Lukaşenkonun praqmatik maraqları…
«Biz Azərbaycanda kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq»
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Rusiyadan ixraca məhdudiyyətlər
Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
-
Tramp Putindən inciyib
Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib
-
“Mümkün və zəruridir”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Dünyada LNG-yə tələbat artır
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
-
Gəncliyin sirri
Rusiya prezidenti alimlərə qocalmanın təsirini azaltmaq üçün araşdırma aparmağı tapşırıb?
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə müxtəlif sənədlərə imza atdı. Siyasi müstəvidə iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya davam edir.
Birincisi, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Belarusun Azərbaycana verdiyi dəstəkdən məmnundur. «Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır» fikri prezidentlərin imzaladıqları birgə bəyanatda da yer aldı. Bu bənddə «ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı» cümləsinə xüsusi yer verildi.
Bunun nəticəsidir ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Məsələn İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşdə belə dedi: «Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər».
Aydındır ki, İlham Əliyev Belarus prezidentinin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistan prezidentinin Azərbaycan əleyhinə yönəldilmiş siyasətinə mane olduğunu nəzərdə tutur. Bir neçə dəfə bu cür toplantılarda Belarus və Qazaxıstan prezidentləri Ermənistan prezidentinin Azərbaycan əleyhinə təşəbbüslərinin qarşısını alıblar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sonuncu İrəvan toplantısı da buna nümunədir. Belarus prezidenti həmin toplantıdan narazı qaldığını Ermənistan paytaxtında keçirilən birgə mətbuat konfransında açıq dedi, gündəmə çıxarılan mövzuların çiy olduğunu vurğuladı. Digər tərəfdən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İrəvan toplantısında iştirak etməməsi isə Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin seçilməsinə imkan vermədi. Həmin baş katib Ermənistanın təmsilçisi olmalı idi.
Aleksandr Lukaşenko Azərbaycan-Ermənistan qarşıdurmasına praqmatik nöqteyi nəzərdən yanaşır. Lukaşenko Azərbaycana gəldiyi qədər Ermənistana getmir. Çünki, Lukaşenko bilir ki, o Azərbaycanla Ermənistana eyni münasibət göstərsə, rəsmi Bakı ilə iqtisadi və ticarət əməkdaşlığının miqyasını artıra bilməyəcək. Lukaşenkoya isə hazırda məhz yeni bazarlar lazımdır. Belarus prezidentinin Azərbaycana səfəri də məhz bu faktorla bağlı idi. Digər tərəfdən Belarusla Azərbaycan arasında ortaq müəssisələrin yaradılması aktualdır.
Lukaşenko Rusiyadan narazıdır. Baxmayaraq ki, iki dövlət müttəfiq sayılırlar və Avrasiya İqtisadi Birliyi adında ortaq bazarları var, ancaq Minsk narazıdır. Lukaşenko haqlı olaraq deyir ki, «bu necə müttəfiqlik və ortaq bazardır ki, Belarus məhsullarını Rusiya bazarına buraxmırlar». Lukaşenko ona işarə vurur ki, Rusiya Belarusun yeyinti məhsullarının yüksək keyfiyyətindən və aşağı qiymətindən çəkinir. Belarus mallarını Avropaya da çıxış imkanları yoxdur. Ona görə də Lukaşenko məcbur qalıb kiçik bazarlar axtarışına çıxıb. Bu baxımdan kasıb Ermənistan Lukaşenko üçün maraqsızdır. Ona görə də Lukaşenko Azərbaycanla Ermənistan arasındakı münaqişədə birincinin tərəfini seçib. Belarusla Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.
Bakıdakı görüşdə prezidentlərin əsas fikri bundan ibarət oldu ki, iki ölkə arasında qısa müddət ərzində ticarət dövriyyəsi artırılmalıdır. Bunun üçün potensial var. Məsələn 2017-ci ildə Belarusla Azərbaycan arasındakı əmtəə dövriyyəsinin həcmini 700 milyon dollara çatdırılması planlaşdırılıb. Lukaşenkonun Bakıya verdiyi təkliflərdən biri budur: «Biz Azərbaycanda kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq». Artıq iki ölkə arasındakı əməkdaşlığın konkret nümunəsi var: Gəncədə Belarus markalı traktorların istehsalına başlanılıb.
Bundan başqa Belarus Azərbaycanın dərman istehsalı bazarına da maraq göstərir. Azərbaycan dərman istehsalında tamamən idxaldan asılıdır. Azərbaycan hökuməti bu asılılığı azaltmaq üçün müxtəlif dövlətlərlə danışıqlar aparır. Bakı ətrafında bir neçə dərman zavodunun tikintisi başlayıb. Azərbaycan hökuməti bu işə böyük vəsait ayırıb. Ona görə də müxtəlif dövlətlər pay almaq istəyirlər. Azərbaycanda dərman istehsalına əsas iki ölkə maraq göstərir: Rusiya və İran. Belarus da bu prosesə qoşulmaq istəyir. Vaxtilə Belarus Azərbaycan kimi dərman idxalından asılı idi. Hazırda isə istifadə olunan dərmanların yarından çox Belarusda istehsal olunur.
Aleksandr Lukaşenko Bakıya səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığından da danışdı. Bu Lukaşenko üçün vacib mövzu idi. Çünki, Belarus prezidenti son zamanlar Rusiyanın Belarusa münasibətdə enerji siyasətindən narazıdır və alternativ imkanlar axtarır. Ancaq «Belarus Azərbaycan neftini hansı yolla ala bilər və qiymət baxımından bu hər iki ölkənin maraqlarına cavab verəcəkmi» sualı hələ ki, açıq qalır. Buna İlham Əliyevi b sözləri də dəlalət edir: «Energetika sahəsində əməkdaşlıq uzunmüddətli və möhkəm olmalıdır. Çünki neft əməliyyatları və neft ixracatı sahəsində əlbəttə ki, uzunmüddətli tədarüklər lazımdır». Buna baxmayaraq, Lukaşenko Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstana və Ukraynaya qoyduğu yatırımların onun ölkəsinə istiqamətlənməsinə də ümidlidir.