vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
20:29 | 11 dekabr 2016 | Bazar Məqaləyə 1786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dekabrda bahar havası

Həftənin ilk iş günü proqnoz necə olacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

Dekabrın 12-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütünundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.

Bölgələrdə hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.