vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
01:00 | 12 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycana və İsrailə qarşı təxribat

Rusiyanın ermənipərəst saytları, Mossad rəhbərinin adından «müsahibə» dərc ediblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən bir sıra rusiyayönümlü (Rusiyadakı erməni diasporunun təsiri altında olan) və ermənipərəst saytlar İsrail Mossadının rəhbəri Yosi Koenin uydurma müsahibəsi şəklində dezinformasiya yayıblar. Həmin «müsahibə»də Koen baş nazir Binyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərini guya ki, şərh edir. Ermənipərəst və rusiyayönümlü saytlar məşhur İsrail saytı «Breakingisrailnews»a istinad ediblər.

Virtualaz.org aydınlaşdırıb ki, İsrail xüsusi xidmət orqanının rəhbəri müsahibə verməyib və heç bir açıqlama ilə çıxış etməyib, Mossad başçısının adından yayımlanmış məlumat isə uydurma və dezinformasiyadır. Bundan əlavə, məşhur İsrail saytı «Breakingisrailnews»da Mossad rəhbəri ilə müsahibə dərc edilməyib. Söhbət üzümüzə gələn həftə iki ölkə rəhbərinin görüşü ərəfəsində İsrailə və Azərbaycana qarşı informasiya təxribatından gedir.

Oxuculardan İsrailin baş naziri Binyamin Netanhayunun Bakıya vacib səfəri öncəsi təxribatçı vəziyyətlər modelləşdirən bir sıra xarici qüvvələrin təxribatlarına uymamağı və rəsmi informasiya mənbələrindən qaynaqlanmağı xahiş edirik.