02:30 | 22 sentyabr 2013 | Bazar
Məqaləyə 6315 dəfə baxılıb
Şriftin ölçüsü
Ziyafət geyimi necə seçilməli?
Ən uğurlusu dəri rənginə uyğun gələnlərdir
xanim.net
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Cinsiyyətin rəngi varmı?
Və ya niyə qız uşaqları çəhrayı, oğlan uşaqları isə mavi geyinir?
-
Qara paltara uyğun makiyaj
Kölgəli göz makiyajı, ehtiraslı dodaqlar…
-
70-lərin dəbi qayıdır
Yayda uzun don və sarafan geyinənlər üstünlük təşkil edəcək
-
Dar cins geyinənlərin nəzərinə!
Bu geyim Bernard-Rot sindromu və ya əsəb nevritini yaradır
-
Ofis geyimi seçmək qaydası
Paltarınızın sizi pis vəziyyətə salmağınızı istəmirsinizsə...
-
Geyim otaqları üçün məsləhətlər...
...və hər bir şəraitə uyğun təkliflər
-
Hər bir qadın diqqət çəkmək və gözəl görünmək üçün müxtəlif üsullara əl atır və istəyinə hər hansı bir yolla çatmağa çalışır. Baxımlı görünmək xanımlar üçün həqiqətən də çox önəmlidir. Həmcinslərindən hər zaman fərqlənməyə çalışan xanımlara mütəxəssislər ziyafət geyimi seçimində bəzi məsləhət veriblər.
Ən uğurlu ziyafət geyimi məhz dəri rənginə uyğun seçiləndir.
Gözəl görünüş əldə etmək arzusundasınızsa o zaman dəri rənginizi bilməli və ona uyğun olanı geyinməlisiniz. Dəri rəngi deyiləndə gözlərin və saçın da rəngi bura aiddir. Qara saçlı buğdayı xanımlara demək olar ki, bütün rənglər yaraşır. Onlar ağ və qıpqırmızı rənglərə üz tutsalar bu uğurlu seçim hesab edilə bilər.
Dərisi açıq rəngli olan xanımlar paltar seçimi edərkən saçın rənginə mütləq diqqət yetirməlidirlər. Sarışınlara çəhrayı rəngin bütün tonları yaraşır. Onlar çox açıq rənglərdən qaçmalıdırlar.
Açıq dərisi olan və qırmızı saça sahib olan xanımlar açıq yaşıl, sarının tünd tonları, mərcan və boz tonlarını seçə bilərlər. Buğdayı və sarışınlar çəhrayı və açıq mavi rənglərdən istifadə etsələr bu onlara çox gözəl yaraşar.