
Daha çox tüstü
««Light» siqaret çəkənlərin xərçəngə yoluxmaq riski daha çoxdur»
««Light» siqaret çəkənlərin xərçəngə yoluxmaq riski daha çoxdur»
Kölgəli göz makiyajı, ehtiraslı dodaqlar…
Ən uğurlusu dəri rənginə uyğun gələnlərdir
Yayda uzun don və sarafan geyinənlər üstünlük təşkil edəcək
Bu geyim Bernard-Rot sindromu və ya əsəb nevritini yaradır
Paltarınızın sizi pis vəziyyətə salmağınızı istəmirsinizsə...
...və hər bir şəraitə uyğun təkliflər
...və hər bir şəraitə uyğun təkliflər
...və hər bir şəraitə uyğun təkliflər
Alimlər paltarları düzgün qurutmağın yollarını açıqladılar. Məlum oldu ki, biz çamaşırlarımızı səhv asırmışıq.
Əksər insanların gündəlik işi olan çamaşırların qurudulması əslində böyük risk daşıyır. Birmingem Universitetinin doktoru Rebekka Drummond çamaşırların düzgün qurudulmaması üsullarının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayıb.
Yaş paltarların xüsusilə havalandırmanın zəif və ya qeyri-kafi olduğu evlərdə kif əmələ gəlməsini artırdığı müəyyən olunub. Drummond mümkünsə paltarları bütün il boyu açıq havada qurutmağı tövsiyə edir: “Kif təkcə pis qoxuya və estetik problemlərə səbəb olmur, həm də bəzi hallarda ölümcül ola bilər”.
Yaş ikən asdığınız paltarlar qapalı mühitlərdə tez qatılaşacaq və divarlarda qara və ya yaşıl kif əmələ gəlməsinə səbəb olacaq. Bu, zəif immun sistemi olan insanlar üçün sağlamlıq riskləri yaradır.
Doktor Drummond, “Kiflər sporlar (mikroskopik törəmələr) əmələ gətirir və bu sporlar tənəffüs olunduqda, xüsusilə bronxial astma və AXOX (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) kimi tənəffüs yolu xəstəlikləri olan insanlarda infeksiyaya, hətta bəzi hallarda ağciyərlərə yerləşərək qanaxmaya səbəb ola bilər”, – xəbərdarlığını edib.
Mütəxəssislər bildirirlər ki, paltarlarını açıq havada qurutmaq imkanı olanlar bunu etməlidirlər. Və ya nəmləndiricilər və qızdırılan paltar asılqanları kimi alternativ həllər təklif olunur. “Evdə yaxşı ventilyasiya sistemi ilə nəmin yığılmasının qarşısını alın”, – Drummond fikrini yekunlaşdırıb.