Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
17:51 | 28 mart 2025 | Cümə
Məqaləyə 238 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ-ın müdafiə naziri Pit Heqset Filippinin paytaxtı Manilaya səfəri zamanı bildirib ki, Tramp administrasiyası Çindən gələn təhdidlərə qarşı Filippinlə “çiyin-çiyinə” dayanacaq. Heqsetin Filippinə səfəri demokratların milli təhlükəsizlik qalmaqalı ilə əlaqədar istefaya çağırdığı bir vaxta təsadüf edir.
Adı ABŞ-da milli təhlükəsizlik qalmaqalında hallanan müdafiə naziri Heqset bu gün Filippin prezidenti kiçik Ferdinand Markos ilə görüşüb. O, Vaşinqtonun bölgəyə sadiqliyini bir daha təsdiqlədi: “Çəkindiricilik bütün dünyada, xüsusilə kommunist Çindən gələn təhdidləri nəzərə alsaq bu regionda, sizin ölkənizdə lazımdır. İstər Cənubi Çin dənizi, istərsə də Qərbi Filippin dənizi adlandırmağınızdan asılı olmayaraq, dostlar çiyin-çiyinə dayanmalıdırlar ki, nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün münaqişənin qarşısını alsınlar”, – Marcoq bildirib.
ABŞ müdafiə naziri Filippini mübahisəli sularda öz maraqlarını müdafiə etmək üçün “çox möhkəm” dayandığına görə tərifləyib.
Filippin son aylarda Çini bütünlüklə iddia etdiyi əsas su yolu olan Cənubi Çin dənizində “təhlükəli” hərbi manevrlər həyata keçirməkdə ittiham edib.
Manila hökuməti fevral ayında Çin helikopterinin mübahisəli Skarboro adasının üzərində Filippin patrul təyyarəsinin üç metrliyində uçduğunu bildirib.
Onların qarşılıqlı müdafiə müqaviləsinə əsasən, Birləşmiş Ştatlar Filippin qüvvələri, gəmiləri və təyyarələri Sakit okeanda, o cümlədən Cənubi Çin dənizində silahlı hücuma məruz qalarsa, Filippinin müdafiəsinə yardım etməyə borcludur.
Markos Heqsetlə görüşü zamanı deyib: “Biz həmişə dünyanın bu hissəsində sülh üçün ən böyük qüvvənin ABŞ olacağı prinsipini başa düşmüşük”.
2022-ci ilin iyununda prezidentliyə başlayandan bəri Markos Çinlə əlaqələri dərinləşdirən sələfi Rodriqo Dutertedən fərqli olaraq ölkəsini ABŞ-a yaxınlaşdırıb.
Heqsetin səfərindən əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib ki, Çin Cənubi Çin dənizinə “xarici dövlətlərin müdaxiləsinə” qarşıdır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun da çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Filippinə xəbərdarlıq edərək, “bir yırtıcıya qapı açmaq yaxşı bir şey deyil. Könüllü olaraq şahmat fiqurları kimi xidmət edənlər sonunda tərk oyunu ediləcəklər”, – şərhini verib.
Heqsetin Filippinə səfəri müttəfiqlərin illik ən böyük hərbi təlimlərini keçirməzdən bir ay əvvələ təsadüf edir.
ABŞ-ın müdafiə naziri regional turu çərçivəsində Yaponiyaya da səfər edəcək.
Vaşinqtonda Demokratlar Heqsetin bu ayın əvvəlində digər yüksək vəzifəli Tramp rəsmilərinə Yəmən üçün müharibə planlarını göndərmək üçün “Signal” mesajlaşma proqramından istifadə etdiyi aşkar edildikdən sonra onu istefaya çağırıb.
Heqsetin tənqidçiləri deyirlər ki, təsadüfən qrup söhbətinə əlavə edilən “The Atlantic” redaktoru Cefri Qoldberq tərəfindən tam şəkildə dərc edilən mesajlar Husi üsyançılarına qarşı hücumlar etməyə hazırlaşan ABŞ hərbçilərinin həyatını təhlükəyə atmış ola bilər.