“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
16:40 | 28 mart 2025 | Cümə
Məqaləyə 274 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada Konstitusiya Məhkəməsinin bütün apellyasiya prosesi bitmədən bir siyasətçinin həbs cəzasına məhkum edilməsinin qanuni olması barədə qərarı ifrat sağçı lider Marin Le Penin prezidentlik yarışına girməsinə mümkün maneə kimi şərh edilib.
“Politico”nun məlumatına görə, bəzi fransız hüquqşünaslar hesab edirlər ki, Konstitusiya Məhkəməsinin yerli siyasətçi haqqındakı hökmü apellyasiya şikayətlərini bitirmədən qüvvədə saxlamaq qərarı Avropa Birliyinin (AB) vəsaitlərini mənimsəməkdə ittiham edilərək mühakimə olunan və apellyasiya şikayəti verilərsə, işi illərlə yekunlaşa sürəcək Le Penə də şamil oluna bilər.
Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayan Le Penin işində prokurorlar Paris Cinayət Məhkəməsində məhkəmə sisteminin etirazlarının və apellyasiya prosesinin yekununu gözləməkdənsə, ifrat sağçı liderə 5 illik qadağanın dərhal tətbiqini tələb edirlər.
Hakimlər Konstitusiya Məhkəməsinin qərarı əsasında apellyasiya prosesinin yekunlaşmasını gözləmədən hökmün icrasına qərar versələr, ifrat sağçı Le Pen 2027-ci il prezident seçkilərində iştirak edə bilməyəcək.
Digər tərəfdən, bəzi hüquq ekspertləri Fransada təqsirsizlik prezumpsiyasının əsas olduğunu, Konstitusiya Məhkəməsinin qərarının yerli hakimiyyət orqanları ilə məhdudlaşa biləcəyini və bunun Le Penin işinə tətbiq edilə bilməyəcəyini iddia edirlər.
Konstitusiya Məhkəməsi 2024-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinərək mühakimə olunan Fransanın Mayotte koloniyasının keçmiş yerli nümayəndəsi Raçadi Sayndunun apellyasiya prosesinin yekununu gözləmədən işdən azad edilməsi barədə Cinayət Məhkəməsinin qərarının qanuna uyğun olduğuna qərar verib.
Paris Cinayət Məhkəməsi Le Penlə bağlı qərarını martın 31-də açıqlayacaq. İddia olunur ki, Le Pen Avropa Parlamentinin deputatı olduğu müddətdə uydurma məsləhət xidmətləri üçün AP vəsaitləri ilə iki nəfərə maaş ödəyib.
2015-ci ildə Fransada Milli Cəbhə (FN) Partiyasından seçilmiş bəzi deputatlar, o cümlədən 2004-2016-cı illər arasında Avropa Parlamentində qondarma iş yaratmaqları iddiası ilə istintaq başladılmışdı.
2018-ci ildə adı “Milli Birlik” (RN) olaraq dəyişdirilən aparıcı sima və keçmiş prezidentliyə namizəd Le Pen, onun atası Jan-Mari Le Pen, həmçinin Lui Aliot və Bruno Qollniş də daxil olmaqla 27 partiya üzvünün Avropa Birliyinin maliyyə vəsaitlərini sui-istifadə etməsinə görə mühakimə olunduğu iş üzrə proses 2024-cü ilin sentyabrında Paris Cinayət Məhkəməsində başlayıb.