vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜƏLLİF  
20:38 | 29 dekabr 2016 | Cümə axşamı Məqaləyə 1435 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropanın fəxri alimi

Titulun yerinə bir gödəkcə versəydilər daha faydalı olardı

Bir dəfə rus çarı I Pavel qraf Rostopçinə deyir: - Bildiyimə görə siz əslən tatar mənşəlisiniz. Nə əcəb «knyaz» titulu verməyiblər sizin nəslə? Rostopçin: - Zati-Aliləri, mənim əcdadlarım Rusiyaya qışda gələnlərdəndir. Rus çarları yayda gələn tatarlara «knyaz» titulu verir, qışda gələnlərə isə şuba hədiyyə edirdilər.

Yaxında gözümə bir «fəxri ad» sataşdı. Öz-özümə dedim ki, bu adda tragikomik əyləncə var, ağa. Kəsiləcək ayaqların səhv salındığı, öd kisəsi əməliyyatından sonra öddəki daşın hansı yollasa, hələ də bədəndə qaldığı, elm dedikdə  Folklor və Kulinariyanın bayraqdarlıq etdiyi bir ölkədə bunu bir yüngülcə araşdır, amma təəccüblənmə.

Və nəticəni maraqlananlarla bölüşürəm.

Qeorgiy Tminskiy adlı bir nəfər var. Moskvada doğulub, Gigiyena-epidemiologiya ixtisasına yiyələnir. 1991-ci ildə aspirant ikən, 1994-də o qarışıqlıqda hansısa institutun direktoru filan da olur. Sonra 2001-ci ildə Almaniyaya köçür. Orda da Berlin tibb və dietoloqlar cəmiyyəinin üzvü yazılır. «Yazılır» dedim, «seçilir» demədim. Belə qurumlara sadəcə yazılırlar.

İndi mətləbə keçirəm, Vladimir, Georgiy, Olqa - Tyuminskilər kimdir, haradadır, nə edir bu məni az maraqlandırardı, əgər belə bir QHT təsis etməsəydilər:

«Europäischen Wissenschaftlichen Gesellschaft» (http://www.ewg-board.eu/)  yəni - «Avropa Elmi Cəmiyyəti». Elmə çoxsaylı töhfələri olan Avropada bu adda bir cəmiyyət yaratmaq Tminskilərə qədər heç kimin ağlına gəlməyibmiş.

Tminskinin bu cəmiyyəti həm də illik beynəlxalq elmivari bir konfrans da: EUROECO (http://www.eu-eco.eu/  «Environmental, Engineering - Economic and Legal Aspects for Sustainable Living» şüarı ilə) simpoziumu təşkil edir. Bir sıra Post-Sovetdən rus, qazax, qırğız, azərbaycanlı, xoxol, erməni - nə qədər əcaib fəxri adlar həvəskarı varsa hamısını toplayıb «Avropanın fəxri alimi» adı verir, adlarına marka çap edir(Markalardakı alimlərlə tanış olmaq istəsəniz http://www.eanw.info/marki.html ) , «Leibniz» adlı elm medalı, «Robert Koch» (http://www.ewg-board.eu/ru/marki-koch.html) mükafatı təltif edir və s. «Avropada oturmaq Avropanı təmsil etmək deyil» kimi bir nüans var, təltif edilənlər bunu nəzərə almayıb, bəlkə də o mükafatlarla fəxrlə otaqların divarlarını bəzəyirlər.

Belə dəbdəbəli, boş və mənasız adlardan stimul dəqiq almırsınız, çünki elmimiz göz qabağındadır, bəs nə zövqə nə söz?! Siz zövq işinə barmaqarası baxmayın, müəllimlər, işə zövqdən başlayın...

Əhəmiyyətsiz haşiyə: Avropa Elmi Cəmiyyəti 1990-cı ildə Rusiyada yaradılmış Rusiya Təbiət Elmləri Cəmiyyətinin bir layihəsidir, hələ cəmiyyətin MDB üzrə vitse-prezidenti də bir erməni professordur ki(Rafael Melik-Oqancanyan), heç məsələnin bu məqamına toxunmağa növbə çatmaz.

Elm sahəsinin işçilərinə tövsiyəm odur ki, bəlkə belə qurumlar sizə müxtəlif mövsümdə müxtəlif mükafatlar verə bilərlər. Məsələn yayda quru və mənasız  «Avropanın Fəxri Alimi» adı almaqdansa, qışda «The North Face» və ya «Columbia»dan bir gödəkcə verə bilərlər, bu daha faydalıdır. Rostopçin misalı…