vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
16:52 | 11 yanvar 2017 | Çərşənbə Məqaləyə 586 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Saatlarla yerimizdən tərpənə bilmədik…»

Erməni əsgərlərindən «aprel döyüşü» haqda etiraf

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı ilin aprel ayında Ağdərə və Füzuli rayonları ərazisində baş verən döyüşlərdə Ermənistan Ordusunun itkiləri ilə bağlı faktlara söykənən video məlumat yayılıb.

«AzeriDefence»nin məlumatına görə, video görüntülər erməni mediası tərəfindən hazırlanıb və sosial şəbəkədə paylaşılıb.

Video materialda erməni hərbçilər aprel döyüşlərində itkilər haqda danışır, baş verənləri xronoloji ardıcıllıqla söyləyirlər.

Onlar bildirir ki, döyüşlərdə Azərbaycanın atəş zərbələri nəticəsində Ermənistan hərbi birləşmələri çoxlu sayda tələfat veriblər.

Videoda Ermənistan Ordusunun mayoru Edqar Martirosyan döyüşdə Azərbaycan tanklarının onların əsgər saylarından çox olduğunu etiraf edir.

Aprel döyüşünün ilk günündə qırx nəfərə qədər erməni hərbi qulluqçunun öldüyünü deyən əsgər Narek Nikoğosyan postda yeganə sağ qaldığını bildirir. N. Nikoğosyan qeyd edir ki, atəş zərbələrindən saatlarla yerlərindən tərpənə bilməyiblər.

Videoda aprel döyüşünün digər iştirakçısı əsgər Arman Kirakosyan isə bütün döyüş yoldaşlarının həlak olduğunu, onlardan yalnız iki nəfərin sağ qaldığını deyir.

Həmçinin, video süjetdə aprel döyüşləri vaxtı ölən erməni hərbi qulluqçularının bir hissəsinin adları və şəkilləri də qeyd olunub. Materialda qısa şəkildə ölən ermənilər haqda da məlumat verilir.

Qeyd edək ki, Ermənistan tərəfi aprel döyüşlərində həlak olmuş 163 hərbçinin adını açıqlamışdı. Lakin sonrakı müddətdə bu say xeyli artmışdır. Ümumilikdə aprel döyüşlərində ermənilərin 500-ə yaxın canlı qüvvə itki verdiyi ehtimal olunur.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin kurasiyasında olan «Ermənistan Milli Qvardiyası» təşkilatı dövlətin sifarişi ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Ermənistanın itkilərini gizlətməyə yönələn geniş təbliğat işi aparıblar.

Bu material isə həmin qurumun fəal üzvləri Arşak Zaxaryan, Hrand Toxadyan, Vardan Xaçatryan, Areq Nazaryan, Haryur Hambarçyan, Artur Xocabağyan və Davit Paryanın yalanlarını üzə çıxartmaq üçün yaxşı vasitədir.