«Müşahidə Şurası qanunsuzluq edib»
ABB-nin rəhbərliyindəki təyinatlar barədə qanun nə deyir?
İlkin ƏHMƏDOV, APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Bank rəhbərləri palataya çağrıldı
MBNP-da iclas başladı
-
ƏSF-nin növbəti israfçılığı
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
-
Aslanlı cütlüyünün İtaliyan elitarlığı
Milyon manatlıq mebel, ipək xalçalar, gizli kassalar və daha nələr ...
-
Beynəlxalq Bank Ali Məhkəmədə də uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Palatadakı şərab düşkünü...
... Yaxud sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?
-
Beynəlxalq Bank məhkəməni uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Dollar borclularına muştuluq
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
-
«Hörümçək toru» əməliyyatı
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir
-
«İndi bütün Azərbaycan bizə borcludur»
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
-
Beynəlxalq Bank «mandraj»da
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
-
Beynəlxalq Bank özünü itirib
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
-
«Dedim qohumdur, yəqin məni tutdurmaz»
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
-
Niyə bağlanmışdı, indi niyə açılır?
Palata valyutadəyişmə məntəqələri ilə mənasız qərarını gec də olsa dəyişdirdi
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
Yeni banklar bağlanacaq?
Palata: «Defoltla bağlı təhdidlər mövcud deyil»
Abbas İbrahimovun «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin (ABB) İdarə Heyətinə üzv və sədrin birinci müavini təyin olunması qanunvericiliyin tələbinə ziddir. «APA-Economics» xəbər verir ki, «Banklar haqqında» Qanunun 26-cı maddəsinə əsasən İdarə Heyəti 3 nəfərdən az olmamalı, o cümlədən tək sayda üzvlərdən ibarət olmalıdır.
Qeyd edək ki, ABB-nin bu gün yaydığı açıqlamada deyilir ki, bankın Müşahidə Şurasının toplantısında İdarə Heyətinə yeni üzvün qəbulu və İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. Bu vəzifəyə A.İbrahimov təyin edilib. Beləliklə, ABB-nin İdarə Heyətinin üzvlərinin sayı 6-ya (sədr + I müavin + 4 müavin) çatıb. Bu təyinatadək A.İbrahimov «Bank of Baku» ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Cari ilin yanvarın 10-da ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib. X. Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi.
Həmin gün Aqşin Əmirov X.Əhədovun müavini təyin olunub. Bunadək A.Əmirov «Bank Respublika» ASC-də analoji vəzifəni tutub.
«Şura ya əlavə bir nəfər də təyin etməli idi, ya da...»
Hüquqşünas Əkrəm Həsənov qanunun həmin müddəasını uğursuz hesab edir. Buna baxmayaraq, mütəxəssis deyir ki, qanunun tələblərinə riayət olunmalıdır: «Dünya praktikasında belə hallara rast gəlinmir. Uğursuz bir müddəadır. Düzdür, bu, başqa mövzudur. Qanunun tələblərinə riayət olunmalıdır. Görünən odur ki, «Azərbaycan Beynəlxalq Bankı»nın Müşahidə Şurasının həmin qərarı da qanunsuzdur. Müşahidə Şurası ya əlavə bir nəfər də təyin etməli idi, ya da bir nəfəri tutduğu vəzifədən azad etməli idi».
Ə.Həsənov əlavə edib ki, təyinata razılıq verən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) da qanunsuzluğu yol vermiş olacaq.
Qeyd edək ki, bankın Müşahidə Şurasının sədri maliyyə nazirinin müavini Azər Bayramovdur. Şuranın üzvləri isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Müşfiq İsrafilov, «Moskva Mehmanxana» ASC-nin İdarə Heyətinin sədri Səidə Bayramovadır. Qərar bu şəxslərin iştirakı ilə baş tutmuş toplantıda verilib.
Bank və tənzimləyici nə deyir?
Bankın mətbuat katibi Yadigar Cəfərliyə sözügedən məsələ ilə bağlı müraciət etsək də o, məsələyə münasibət bildirməkdən imtina edib.
MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov isə «APA-Economics»ə açıqlamasında bildirib ki, Abbas İbrahimovun təyinatının təsdiqlənməsi ilə bağlı palataya müraciət olunmayıb: «Xalid Əhədovun (bir müddət öncə ABB-nin İdarə Heyətinin sədri təyin olunub - red.) təyinatı ilə bağlı bizə müraciət daxil olub, lakin müavinlərinin (birinci müavin Abbas İbrahimov və müavin Aqşin Əmirov - red.) təyinatı ilə bağlı müraciət yoxdur».