vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
19:04 | 16 fevral 2017 | Cümə axşamı Məqaləyə 2376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kipr böhranı dərinləşdi

Prezidentlər arasında gərginlik: «Anastasiadis qapını çırpıb, otağı tərk etdi»

F.ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

MT-nin vasitəçiliyi ilə aparılan Kipr probleminin həlli ilə bağlı danışıqlarda ciddi qalmaqal yaranıb. Strateq.az xəbər verir ki, bu gün Kiprin türk və yunan tərəflərinin prezidentləri bir araya gəliblər.

Lakin gözlənilmədən danışıqlar masasında gərginliyin hərarəti artıb və Yunan Kiprinin prezidenti Anastasiadis əsəbi formada qəfil ayağa qalxaraq, otağı tərk edib:

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı olayla bağlı açıqlama verib.

O deyib ki, bir saat sürən müzakirə zamanı Nikos Anastasiadis həddən artıq əsəbi vəziyyətdə «Söyləyəcək bir şeyim yoxdur» deyərək, otağın qapısını sərt formada vuraraq, danışıqları yarımçıq kəsib: «Bundan sonra danışıqları davam etdirmək üçün hər hansı bir zəmin qalmadı».

Akıncı yunan liderinin keçmişdə də belə bir davranış sərgilədiyini deyib. Əlavə edib ki, «Buna dözmək mümkün deyil. Bizim üçün ən vacib məsələ danışıqların davam etdirilməsi, bir-birimizə bu zaman sayğı göstərmək idi. Bu sayğı olmadığı təqdirdə isə, görüşmələrin davam etməsi mümkünsüzdür. İndi çırpıb getdiyi qapını yenidən açmaq, öz əllərindədir. Daha bizlik bir şey qalmadı».