vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
16:17 | 6 noyabr 2013 | Çərşənbə Məqaləyə 2686 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yığmamız mundiala buraxılmadı...

...Yoxsa maliyyə çatışmazlığından qatılmadı?

apasport.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avro-2015-in seçmə mərhələsinə qatılmayacaq. Bu bərədə Azərbaycan Basketbol Federasiyasının icraçı-direktoru Rüstəm Rüstəmov məlumat verib.

O bildirib ki, yığmanın qarşısında FİBA Avropa «qırmızı işıq» yandırıb. Bunun səbəbi kimi final mərhələsi Ukraynada baş tutacaq Avro-2015-ə qatılmaq üçün təsnifat mərhələsində iştirak etməməsi və 14-15 komanda ilə birgə 1 yer uğrunda oynamaq istəməməsi olub. 
Rüstəmovun fikrincə, qitənin ən mötəbər turnirində iştirak etmək öz maraqlarında da olmayıb: «Bizə təklif gəldi ki, seçmə mərhələ üçün əlavə 1 yer var. Buna 14-15 milli iddialıdır və siz də Avropa çempionatına buradan başlamalısınız. Biz isə bundan imtina etdik. Səbəb həm maliyyə məsələləri, həm də legionerlərin bu qədər komandalarla oyuna gəlməyi idi. Bu üzdən də FİBA bildirdi ki, siz həmin məsələyə görə seçmə mərhələyə qatıla bilməyəcəksiniz. Düzü, biz də bunun marağında elə də ciddi olmadığımız üçün üstünə çox düşmədik».
İcraçı-direktor Basketbol Federasiyasında hazırda əsas diqqətin 3X3-ə yönəldiyini deyib: «İndi məqsədimiz 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında ciddi hazırlaşmaqdır. Bunun üçün böyük basketbolla yanaşı, bu növün də populyarlaşmasına çalışırıq. Çünki orada proqrama yalnız 3X3 daxil olunub». 
Avro-2015-in təsnifat mərhələsi artıq başa çatıb və 13 yığmanın mübarizəsində Estoniya seçmə mərhələyə vəsiqə qazanıb. Burada isə onlara 15 milli qoşulacaq. 
Qeyd edək ki, basketbol yığmamız 2011-də B divizionunun ləğv olunmasından sonra Avro-2013-ün seçmə mərhələsində oynadı. Tarixində ilk dəfə yüksək liqada çıxış edən komandamız qrupda 4-cü olsa da, inamlı oyunu ilə diqqət çəkmişdi.