vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
14:39 | 30 mart 2017 | Cümə axşamı Məqaləyə 1933 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xəzərdə fırtına olacaq

Neftçilərin əksəriyyəti evakuasiya edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ekologia və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, martın 31-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq da edib. Belə ki, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

ETSN tibbi-meteoroloji xəbərdarlıq edir ki, martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.


***


12:22

Martın 31-də hava kəskin dəyişəcək, güclü külək əsəcək, Xəzər dənizində fırtına olacaq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara xəbərdarlıq edib.

Bu barədə virtualaz.org-a nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində temperatur xeyli aşağı düşəcək: «Respublika ərazisində martın 31-dən havanın kəskin dəyişəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda hətta sulu qar yağacaq. Sabahdan havanın temperatur tədricən 7-10 dərəcə aşağı düşəcək. Güclü qərb küləyi əsəcək. Xəzərdə sürəti saniyədə 38 metrə çatan güclü külək olacaq. Biz hava şəraiti ilə bağlı bütün müvafiq qurumlara, o cümlədən SOCAR-a məlumat vermişik», - deyə G. Məmmədova bildirib.

Direktor müavini Bakıda və Abşeron yarımadasında da güclü külək əsəcəyini söyləyib. Bildirib ki, paytaxtda və Abşeron yarımadasında hava ilə bağlı əhaliyə xəbərdarlıq hazırlanır və yaxın vaxtlarda təqdim ediləcək.

Qeyd edək ki, Xəzərdə fırtına ilə bağlı təhlükəsizlik məqsədilə mədənlərdən işçilərin evakuasiya edilməsini SOCAR-ın mətbuat xidməti də təsdiqləyib. Bildirilib ki, mədəndə yalnız operatorlar saxlanılacaq.

Əldə etdiyimiz son məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində mədənlərdən demək olar ki, işçilərin əksər hissəsi artıq evakuasiya edilib. Operatorların sayı isə iki dəfə azaldılıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında mədəndə fırtına səbəbindən 10 nəfər itkin düşmüşdü. İki il öncə «Günəşli» neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olmuşdu.