Rusiyada anti-Azərbaycan bloku fəallaşıb
ÜAK-ın ləğvi məsələsi Sergey Lavrovun müsahibəsi ilə eyni günə təsadüf etdi
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“... Müharibəyə hazır ol”
Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
Rusiya-Azərbaycan sərhəddində yük maşınları uzun növbələrdə dayanırlar. Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılır. Son günlərdə Rusiyanın gömrük işçiləri Azərbaycandan gətirilən tonlarla əti və pomidor məhsullarını geri qaytarıblar.
Rusiya gömrükçüləri Azərbaycan məhsullarına qadağanı iki səbəblə izah edirlər.
Birincisi, deyirlər ki, guya Türkiyə Azərbaycan üzərindən Rusiya bazarına kənd təssərrüfatı məhsulları, o cümlədən pomidor daşıyır. Məlumdur ki, Rusiya Türkiyə pomidorlarının daxili bazara girişinə qadağanı ortadan qaldırmayıb.
İkincisi, deyirlər ki, guya Azərbaycanın bəzi məhsulları sanitar normalara cavab vermir.
Rusiya gömrükçülərinin bu iki izahı həqiqəti əks etdirmir. Ola bilər ki, hansısa biznesmen Türkiyədə yetişdirilən pomidor məhsullarını Azərbaycan üzərindən Rusiyaya keçirmək istəyib. Ancaq bu geniş miqyas almayıb. Tam tərsinə, Azərbaycanda yetişdirilən kənd təssərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına ehtiyac var. Mütəxəssislər Azərbaycanın kənd təssərrüfatı məhsullarının sanitar normalara uyğun olduğunu bildirirlər.
Bəs onda Moskva niyə daxili bazarını Azərbaycanın kənd təssərrüfatı məhsullarına bağlayır?
Məsələ burasındadır ki, Azərbaycan postneft dövrünə keçib. Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji satışından asılılığını azaltmağı hədəf qoyub. Bunun üçün qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasına ehtiyac var. Əsas diqqət kənd təssərrüfatı məhsullarına yönəlib. Azərbaycan kənd təssərrüfatı məhsulları üçün ən münbit Rusiya bazarıdır. Çünki Azərbaycan üçün başqa bazarlarda bu qədər kənd təssərrüfatı məhsulunu satmaq çətindir. SSRİ dövründə də Azərbaycanın əsas kənd təssərrüfatı məhsulları Rusiyanın şəhərlərində satılırdı. Ancaq hazırda Rusiya bazarına giriş qadağan edilirsə, bu Azərbaycanda kənd təssərrüfatı istehsalına mənfi təsir edəcək. Rusiya hakimiyyəti bunu bilir və Azərbaycanda kənd təssərrüfatının inkişafına yardım etmək istəmir. Əksinə Moskva süni maneələrlə Azərbaycanla iqtisadi əlaqələrin artmasına imkan vermir. Halbuki, bəzi rusiyalı rəsmilər Azərbaycanın kənd təssərrüfatı məhsullarının başqa ölkələrin eyni adlı məhsullarından keyfiyyətli olduğunu bildirirlər. Bu cür qadağalar Azərbaycanla Dağıstan arasındakı əlaqələrin inkişafına da xidmət etmir. Halbuki, Dağıstan prezidenti Ramazan Abdulatipov Azərbaycanın Dağıstana investisiya qoymasını istəyir. Əgər Moskva Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar qoyursa, rəsmi Bakının Dağıstana investisiya yatırması, ortaq müəssisələr açması problematikdir.
Rusiya Türkiyə və Belarusla da eyni cür davranır. Belarus Rusiyanın strateji müttəfiqidir, ancaq Rusiya gömrükçüləri uzun müddət Belarusun kənd təssərrüfatı məhsullarının Rusiyaya girişən qadağa qoydu. Yenə eyni səbəbi göstərdilər, guya Polşa Belarus üzərində Rusiyaya meyvə məhsulları daşıyır. Tutaq ki, meyvələrin Belarusa məsus olmadığından şübhələnmək olardı. Ancaq Moskva Belarusun süd məhsullarının da Rusiya bazarına məhdudiyyətlə yaradırdı. Həmin məhsullar isə sırf Belarusa aid idi.
Görünür, Moskva bu yolla Rusiyanın daxili bazarını qorumağa və yerli kənd təssərrüfatı məhsullarının istehsalının artımına çalışır. Ancaq bu cür qadağalar Rusiyanın özünə də zərər verir. Məsələn, Rusiya Türkiyə pomidoruna qadağa tətbiq edərkən, Türkiyə Rusiyadan taxıl almaqdan imtina etdi. Bu Rusiyada taxıl istehsalına mənfi təsir edəcək, çünki taxıl üçün Türkiyə əvəzinə yeni bazarlar tapmalıdır.
Bu arada, Moskvadan Azərbaycanla bağlı bir başqa həyəcanlı xəbər gəlib. Rusiya Ədliyyə Nazirliyi aprelin 11-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi məsələsinə baxacaq. Eyni gündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun «APA» agentliyinə verdiyi müsahibə yayınlandı. Lavrov müsahibəsində dedi ki, Azərbaycan Moskvanın strateji tərəfdaşıdır, iki ölkə arasındakı əməkdaşlığa önəm verirlər. Ancaq Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi perspektivi Rusiya-Azərbaycan münasibətlərinə zərər verəcək. Moskvada anti-Azərbaycan bloku formalaşıb.
Ümumrusiya Azərbaycanlıları Konqresi sıradan bir təşkilat deyil. Birincisi, həmin təşkilat mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. İkincisi, bu təşkilatda Rusiyada yaşayan ən tanınmış azərbaycanlılar yer alıblar.
Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi perspektivindən narahatdır. Təsadüfi deyil ki, bir neçə gündür hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar bu xəbərə münasibət bildirirlər. Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə seyrçi qala bilməz, bu halda Kremllə münasibətlərin strategiyasına yenidən göz gəzdirilməlidir.