vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
13:12 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Navalnının navala axuru

və yaxud Ermənilər, dövlətçilik, vəhdət...

Səbuhi ASLANBƏYLİ, Rafiq ABDULLAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

26 mart 2017-ci il… Rusiya Federasiyasının onlarla şəhərində on minlərlə insan Aleksey Navalnının təşkilatçılığı ilə mitinq keçirir, 170.000-dən artıq insan Volkovun (Navalnın komanasından) «Youtube»də mitinqlərdən apardığı canlı yayımı izləyir…


Aleksey Navalnı kimdir?


Aleksey Navalnı Rusiya Federasiyasında «Korrupsiya ilə Mübarizə Fondu»nun (www.fbk.info) rəhbəridir və 2018-ci ildə RF prezidentliyinə namizədliyini irəli sürməyə iddialıdır. Adamın güclü liderlik qabiliyyəti və güclü komandası var, reytinqi isə demək olar ki, hər gün yüksələn istiqamətdə gedir. Rusiyada gənclər arasında ən tanımış və rəğbət bəslənilən liderdir. Bu gün də olmasa bu insanın Rusiyada gələcəkdə prezident olması ehtimalı yüksəkdir, hətta adam prezident ola bilməsə gələcəkdə RF-da söz sahibi ola biləcək şəxsdir.


Niyə Navalnını dəstəkləmək dövlətçilik üçün zəruridir?


SSRİ-nin çoxdan dağılmasına baxmayaraq Rusiya ictimai-siyasi həyatında baş verən hadisələr post-sovet ölkələrinin hamısına təsir edir, xüsusilə də Qarabağ kimi problemi olan Azərbaycana. Qarabağı işğal edən Ermənistan dövlət kimi görünsə də əslində Rusiyanın bir proyektidir. Bütün bunlara və hamıya məlum olan digər səbəblərə görə Azərbaycan dövlətçiliyi üçün Rusiya ilə, Rusiyada söz sahibi olan şəxslərlə münasibətləri qaydasına salmaq vacibdir. Ermənilər tarixən həmişə bu metodlarla işləyiblər, Rusiyada söz sahibi olan və ya gələcəkdə söz sahibi ola biləcək (məs. Navalnı ilə) şəxslərlə əvvəlcədən əlaqələr yaradıblar, münasibətlər formalaşdırıblar və onların əli ilə özlərinə heç nədən bir Ermənistan dövləti yaradıblar, Azərbaycanlıların kütləvi qətliamlarını təşkil ediblər və Azərbaycan torpaqlarını da işğal ediblər. Çox-çox təəssüf ki, biz Azərbaycanlılar Ermənilər kimi dövlətçilik maraqları məsələsinə gələndə birləşə bilməyiblər tarixən və indi də bu cür davam edir.

Müşahidələrimiz göstərir ki, Aleksey Navalnının hələ 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı yazısından (https://navalny.com/p/4216/) sonra ermənilər onun sosial şəbələrdəki profillərində və komandasının işində aktivləşmişdilər və indi Navalnı 2018-ci ildə RF prezident seçkilərində iştirak etmək üçün güclü hazırlıqlara başladığı dönəmdə ermənilərin də onun ətrafında yüksək aktivliyi müşahidə olunur. Güman ki, onlar Rusiyanın indiki hakimiyyətindən istifadə etməklə yanaşı həm də Navalnıdan gələcəkdə öz məqsədlərində istifadə etmək üçün indidən Navalnının dəstəyini qazanmaq, onda ermənilər haqqında müsbət fikir yaratmaq və onun komandasında yerləşmək planı qururlar. Hətta çox güman ki, Ermənistan hakimiyyəti özü xüsusi-xidmət orqanlarının əli ilə «Navalnı+ermənilər» yaxınlaşmasını təşkil edir və indiki Rusiya hakimiyyəti ilə münasibətləri korlamamaq üçün bunu hansısa aktivistlərin əli ilə edir. Çünki Navalnı kimi şəxslər gələcəkdə Rusiyada hətta prezident olmasa belə söz sahibi ola bilmə ehtimalı çox yüksəkdir. Necə deyərlər yaxşı iybilmə qabiliyyəti olan ermənilər siyasi prosesləri, qlobal dəyişiklikləri əvvəlcədən hiss edirlər. Həmişə də proseslər başlayana qədər arı şirəyə hücum çəkən kimi daraşırlar və bitəndə isə hadisələrin tam ortasında olurlar. Ukraynadakı Maydan hadisələri və nazir postuna sahiblənən erməni Avakov buna əyani sübutdur. Bu dəvə isə haylar hay çəkərək, Navalnının navala (dəvə yemi) ilə dolu axurlarına yığışıblar. Ermənilər məhz belə yollarla özlərinə heç nədən dövlət yaradıblar, ABŞ-da güclü lobbiçilik qurublar və sair – çünki bütün böyük ölkələrdə potensial liderlərlə həmişə əvvəlcədən münasibət yaradıblar.

Ermənilər belə strateji işlərlə məşğul olarkən bizdə nə baş verir? Yenə də ölkədə ictimai-siyasi sistem pul qazanmaq istəyənlərin, bekar adamların və düşmənçilik edənlərin məkanına çevilib, yenə də müxalifət tənqidlə-təhqiri qarışdırıb bir-birinə siyasi prosesi pozur, yenə də hansısa ictimai təşkilatlar qranta görə bir-birlərini qırırlar, yenə də hakimiyyət ölkənin strateji maraqlarını bir kənara qoyub fərqli fikirli insanları təqib etməklə və sıxışdırmaqla öz vətəndaşı ilə düşmənçilik edir, yenə də televiziyalar insanları maarifləndirmək əvəzinə Avropanı dağıdırlar, yenə də qohumbazlıq, yerlibazlıq davam edir və sair... Biz Azərbaycanlıların əksəriyyəti başa düşmək istəmirik ki, xalq olaraq strateji məsələlərdə bir olmaq lazımdır, hakimiyyətdə də olmaq olar müxalifətdə də, dindar da olmaq olar ateist də amma dövlətçilik maraqları gələndə vəhdət nümayiş etdirmək lazımdır. Özümüz-özümüzə düşmənçilik edə-edə Azərbaycanın tarixi böyük ərazilərini itirə-itirə gəlmişik, indi bu bir balaca ölkəni də qoruyub-saxlaya bilməsək, deməli, biz məhv olmağa layiq xalqıq.


Nə etmək lazımdır?


Bir xalq olaraq kiçik işlərdən başlayaraq vəhdət nümayiş etdirməkdən başlayaq. Bir kiçik ideya yaradırıq və onu həyata keçiririk (Əgər bu ideya uğurla həyata keçirilərsə bizdən sonra gənclər daha uğurlu ideyaları reallaşdıracaqlar, çünki ideya heç zaman ölməz). Kiçik ideya odur ki, gələcəkdə Aleksey Navalnının azərbaycanlılara və Azərbaycan münasibətinin müsbət olması üçün, Qarabağ məsələsində Rusiyanın indiki hakimiyyəti kimi ermənipərəst mövqe sərgiləməməsi üçün indidən «Navalnı-2018» seçki kampaniyası (https://2018.navalny.com/) çərçivəsində onunla münasibətlər yaratmaq lazımdır. Bu münasibətləri Azərbaycan hakimiyyəti yarada bilməz, çünki bu düzgün olmazdı. Azərbaycan hakimiyyətinin borcu Rusiyanın (elə də bütün böyük dövlətlərin) indiki hakimiyyəti ilə müsbət münasibətlər yaratmaqdır və dövlətçiliyi qoruyub inkişaf etdirməkdir. Aleksey Navalnı ilə və eləcə də dünyanın aparıcı dövlətlərinin potensiallı müxalif qurumları və müxalif liderləri ilə münasibət yaratmaq Azərbaycan müxalifətinin (o cümlədən müstəqil subyektlərin) işidir (müxalifətin işi təkcə hakimiyyət uğrunda mübarizə aparmaq deyil) və Azərbaycan hakimiyyəti də düşmənçiliyi kənara qoyub bu işdə müxalifətə açıq və ya gizli dəstək verməlidir, çünki bu dövlətçilik məsələsidir. Necə ki, dövlətçilik məsələsi gələndə bütün ermənilər birləşir elə də Azərbaycanlılar birləşməlidirlər. Ümumiyyətlə dövlətçiliyə aid strateji məsələlərdə xalqın birliyinin olmamasında Azərbaycan hakimiyyətinin günahları çox böyükdür - korrupsiya, qohumbazlıq, yerlibazlıq ölkədə bütün vacib dəyərlər sistemini dağıdıb demək olar ki, amma burada mövzu bu olmadığı üçün şərhi saxlayırıq sonraya.


Nədən başlamaq lazımdır ?


İşlərin aşağıdakı mərhələlərdə aparılması planlaşdırılır:


1) Navalnıya azərbaycanlıların adından mərkəzləşmiş maliyyə yardımının təşkili;


2) Azərbaycanda ictimai-siyasi sektor subyektləri ilə Navalnının əməkdaşlığının təşkili;


3) RF-da 2018-ci il seçkiləri çərçivəsində Azərbaycandakı Rusiya vətəndaşlarının Navalnının komandasına qoşulmasının təşkili (Navalnının 2018-ci il seçki komandası ilə koordinasiya edilməklə);


4) RF-da 2018-ci il seçkiləri çərçivəsində Rusiyada yaşayan milliyətcə azərbaycanlı Rusiya vətəndaşlarının Navalnıya dəstəyinin təşkili (Navalnının 2018-ci il seçki komandası ilə koordinasiya edilməklə).


Ermənilər bütün ölkələrdə, xüsusilə də Rusiyada bizdən daha əvvəl bu tip lobbiçilik və müsbət imic yaratmaq işlərində aktivlik göstərirlər, biz bu işlərə başlamaqda gecikmişik ona görə də bizdən daha çox iş görmək tələb olunacaq. Bu işdə hər bir Azərbaycanlının dəstəyi əhəmiyyətlidir.


Vəhdət....


Bu işləri reallaşdırmaq üçün Azərbaycanın bütün ictimai-siyasi mühitinin subyektlərini (müxalif və müstəqil qurumları və şəxsləri, hakimiyyəti), sahibkarları və bütün vətəndaşları bizimlə əməkdaşlıq etməyə və dəstək verməyə dəvət edirik.