Sahibkarların banklardakı pulları batacaq?
Bank qanunvericiliyin son dəyişikliklərinin müdhiş həqiqi mahiyyəti: bilmədiklərinizi biləcəksiz! Sonra deməyin ki, sizi xəbərdar etməmişdilər!!!
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bank rəhbərləri palataya çağrıldı
MBNP-da iclas başladı
-
ƏSF-nin növbəti israfçılığı
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
-
Aslanlı cütlüyünün İtaliyan elitarlığı
Milyon manatlıq mebel, ipək xalçalar, gizli kassalar və daha nələr ...
-
Palatadakı şərab düşkünü...
... Yaxud sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?
-
«Dedim qohumdur, yəqin məni tutdurmaz»
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
-
Niyə bağlanmışdı, indi niyə açılır?
Palata valyutadəyişmə məntəqələri ilə mənasız qərarını gec də olsa dəyişdirdi
-
Yeni banklar bağlanacaq?
Palata: «Defoltla bağlı təhdidlər mövcud deyil»
-
«Zəmanət mexanizmi imkan verəcək ki, …»
Vüsal Qasımlı: «Bu addım bank sektorunu böhrandan çıxaracaq»
-
Bağlanan bankın müştəriləri təlaşda
«Dəmirbank»dakı pulların aqibəti necə olacaq?
-
Maxinasiya sobasında əriyən «DəmirBank»
Lisenziyası alınan bankda nələr baş verirdi?
-
İki maliyyə qurumunun «sözü üst-üstə düşmür»
AMB ilə MBNP-nin hərəsinin ağzından bir avaz gəlir
-
Bank sektoru ilin əvvəlindən 16 faizdən çox kiçilib
Kredit portfelində isə bundan 2 dəfəyə yaxın azalma var
-
«Azərbaycanda kollektorların fəaliyyəti qanunsuzdur»
MBNP xəbərdarlıq etdi
-
Konstitusiya Məhkəməsinin son qərarının pərdəarxası
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
-
Bank məcəlləsi nə vaxt qəbul ediləcək?
Prezidentin iki dəfə verdiyi tapşırığı yerinə yetirməyən, dövlətin nüfuzuna xələl vuran kimdir?
-
Bank sektorunda kritik durum
Aslanlının «ovlayacağı» beşlikdə kimlər var?
Ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə aşağıdakı qanunlara tez-bazar edilən dəyişkliklər qüvvəyə minib: «Banklar haqqında» Qanun, Mülki Məcəllə, Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllə. Dəyişikliklərin bir qisminin olduqca savadsız, hüquq elmi və elementar məntiqə zidd olduğu barədə fikirlərimi artıq bildirmişəm (əlavə olaraq onu deyim ki, dəyişikliklərin dil üslubu belə qüsurludur, hətta çoxdan «dəfn edilmiş» «şərti maliyyə vahidi» terminini də nədənsə «xortdadıblar»). Bu məqalədə isə yeniliklərin əsas mahiyyəti və məramına toxunacağam. Məlum olduğu kimi, bəzi deputatlar (məsələn, Qüdrət Həsənquliyev) dəyişikliklərə kəskin etiraz edib. Amma heç onlar da qəbul edilən yeniliklərin həqiqi mahiyyətini tam açıqlamayıb. Mən açıqlayacağam!
1. Bunun üçün, əvvəlcə, bir il əvvələ nəzər salaq və xatırlayaq ki, 2016-cı ilin martın 1-də «Əmanətlərin tam sığortalanması haqqında» Qanun qüvvəyə mindi. Bankların təşəbbüsü ilə qəbul edilmiş bu Qanun əmanətlərin banklardan çıxarılmasının qarşısını almağa hesablanmışdı. Lakin proqnoz verdiyim kimi, heç bir nəticə vermədi və yalnız dövləti əlavə öhdəliklər yüklədi. Belə ki, həmin Qanunun qəbulundan sonra bağlanmış 5 bank üzrə Əmanətlərin Sığortalanması Fondu əmanətlərin mütləq əksəriyyətini kompensasiya etməli oldu. Öz pulu olmadığı üçün bunu Mərkəzi Bankın kreditləri hesabına etməli oldu. Yəni dövlətin hesabına.
Buna görə də 2016-cı ilin noyabrın 24-də Bank forumunda çıxış edərkən Palata rəhbəri Rüfət Aslanlı dövlətin əmanətlərin sığortalanması sistemindən çıxacağının anonsunu verdi. Xəbər dərhal panika yaratdı və Palata təkzib verərək ictimaiyyətin Aslanlının fikrini düz başa düşmədiyini bildirdi.
Lakin qanunvericiliyə edilən son dəyişikliklər məhz onu göstərir ki, əmanətlərin sığortalanması sistemi faktiki fasiləyə çıxır. Məlum olduğu kimi, hazırda bir neçə bank artıq aylardır ki, əmanətləri qaytarmır. Əmanətçilər məhkəməyə müraciət edir, prosesi udur, amma əmanət yenə ödənilmir. Əmanətçilər Palataya şikayət edir, əmanəti qaytarmayan bankı müflis elan etməyi tələb edir, amma Palata onlara heç cavab da vermir (halbuki, 5 gün ərzində cavab verməlidir qanuna görə). Niyə? Çünki bank müflis elan olunarsa, maksimum 6 ay ərzində Fond əmanətləri tam kompensasiya etməli olacaq. Yəni Fond yenə Mərkəzi Bankdan kredit götürməli olacaq və bankirlərin korrupsiyaçı və quldur fəaliyyətinin bədəlini yenə dövlət ödəməli olacaq. Dövlət ödəmək istəmir (əslində, istəmirsə, heç olmasa quldur bankirlərdən oğurladıqları pulları geri qaytarmağı tələb etməlidir), buna görə də faktiki müflis banklar hələ də fəaliyyət göstərir.
Qanunvericiliyə edilən son dəyişikliklər bankların müflisliyinin rəsmiləşdirilməsinin bir neçə il təxirə salınmasına imkan verəcək (2 ildən sonra «Əmanətlərin tam sığortalanması haqqında» Qanun onsuz da qüvvədən düşəcək, çünki 3 illik qəbul olunmuşdu). Necə? Qanunda bunun üçün müxtəlif üsullar (prosedurlar) nəzərdə tutulub:
a) ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulması;
b) ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən başqa banka köçürülməsi;
c) körpü bankın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması;
d) ödəmə qabiliyyətini itirmiş bankın investora satılması.
Bütün bu prosedurlar bankın kreditorlarının (o cümlədən əmanətçilərinin) razılığı olmadan həyata keçiriləcək (bunun Mülki Məcəlləyə zidd olması haqda ötən həftə ayrıca yazmışam). Bu prosedurlar zamanı da əmanətlərin qaytarılması dondurulacaq. Özü də bir prosedurdan sonra digəri də aparıla bilər. Bir sözlə, əmanətçilərə deyəcəklər ki, gözləyin, səbirli olun!
2. Ən maraqlısı da odur ki, bankın hansı aktiv və öhdəliklərinin başqa banka ötürülməsini faktiki Palata (əlaltısı olan müvəqqəti inzibatçı) özü müəyyən edəcək. Bu isə korrupsiyaya yol açır. Məsələn, faktiki müflis bankın real aktivi 100 milyon manatdır, öhdəlikləri isə 200 milyon manat. Palata cəmi tələbləri 50 milyon manat təşkil edən hansısa kreditorların maraqlarını təmin etmək üçün onların öhdəliklərini və bankın sağlam 50 milyon aktivini başqa banka ötürür və həmin kreditorların tələbi həmin digər bank tərəfindən tam təmin edilir (çünki sağlam aktivi də götürüb axı!). Yerdə qalan kreditorlara (150 milyon tələbi olanlara) isə bankın tör-töküntüsü qalır və ən yaxşı halda bankın müflisləşməsi əsnasında tələblərinin cüzi hissəsi təmin edilir. Bir sözlə, kreditorlar arasında ayrı-seçkilik üçün rəsmi şərait yaradılıb! Halbuki, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanuna əsasən qanuna sui-istifadəyə (o cümlədən korrupsiyaya) şərait yaranmasına səbəb olacaq müddəaların daxil edilməsinə yol verilmir.
3. Bütün bu prosedurları Palatanın müəyyən edəcəyi inzibatçı həyata keçirəcək. «Banklar haqqında» Qanunun 57.7-ci maddəsində belə bir deklarativ müddəa təsbit ediblər: «Müvəqqəti inzibatçı bankın kreditorlarının bankın rezolyusiyası çərçivəsində əldə edəcəyi vəsaitin bankın ləğv ediləcəyi halda əldə edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir». Yəni sözügedən prosedurlar guya elə aparılmalıdır ki, bankın, yəni kreditorlarının vəziyyətini daha da ağırlaşdırmasın. Amma bunun necə qiymətləndiriləcəyi aydın deyil! Həmçinin lap sübut olunsa belə ki, müvəqqəti inzibatçının fəaliyyəti mənfi nəticələrə gətirib, nə olacaq ki? Qanunda bunun üçün hər hansı məsuliyyət nəzərdə tutulmayıb. Yəni inzibatçı bankın olan-qalan əmlakının da başına daş salsa belə, onu heç bir məsuliyyət gözləmir!
4. Ən dəhşətli yenilik isə bankın öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlıdır (əmanətlərin qaytarılmasının niyə təxirə salınmasının və sonradan kimin hesabına qaytarılacağının cavabı da məhz budur!). Restrukturizasiya müqavilə şərtlərinin borclunun maraqları naminə dəyişdirilməsi deməkdir: müddətin uzadılması, faizlərin azaldılması, silinməsi və ya hesablanmasının dayandırılması, borcun qismən bağışlanması və s. Deməli, bundan sonra hər hansı bank borclarını ödəyə bilmədikdə onların bir qismini restrukturizasiya edə biləcək. Bunun üçün həmin öhdəliklər üzrə kreditorların yalnız 2/3 hissəsinin razılığı tələb olunacaq. Məsələn, tutaq ki, 100 milyon manat aktivi olan bankın 200 milyon manat öhdəliyi var. Yəni faktiki müflisdir! Bank elan edir ki, 90 milyon öhdəliyini restrukturizasiya etmək istəyir: konkret borcun yarısını sildirmək istəyir (kobud misaldır əlbəttə, praktika daha incə və mürəkkəb sxemlərdən istifadə ediləcək). Həmin 90 milyon öhdəlik 2 şirkətin (reallıqda əlbəttə daha çox müştəri olacaq, mən misalı asanlaşdırıram sadəcə) cari hesabındakı pul vəsaitidir: «A» şirkətinin hesabında 60 milyon, «B» şirkətinin hesabında isə 30 milyon Bu iki kreditorun ümumi yığıncağı keçirilir: «A» lehinə səs verir, «B» isə əleyhinə. 2/3 səs çoxluğu olduğu üçün restrukturizasiya baş tutmuş hesab olunur və «A» 30 milyon, «B» isə 15 milyon itirir. «A» niyə lehinə səs verir? Bir neçə variant ola bilər. Məsələn, bank «A» ilə qeyri-rəsmi razılıq əldə edə bilər ki, itirdiyi 30 milyon manatı ona başqa yolla kompensasiya edəcək. Məsələn, ona və ya ona yaxın şirkətə kredit verəcək, o da onu qaytarmaz (qabaqcadan qaytarılmayacağı məlum olan o qədərdir ki banklarımızda!). Yaxud hətta ola bilər ki, artıq «A»-ya yaxın şirkətə kredit verilib və həmin kredit onsuz da ödənilmir. Nəhayət, ən rahatı: ola bilər ki, «A» faktiki elə bank sahibinin öz şirkətidir. Yəni bu yolla bank sahibi faktiki kreditorlarının pulunu ödəməkdən yayınır. Nə isə, göründüyü kimi, bank çox asan yolla 15 milyon borcundan xilas olur. Bu mexanizmi bir neçə dəfə təkrarlayıb faktiki müflis vəziyyətdən çıxa bilər. Yəni bank sahibi oğurladığı pulları da rahat mənimsəyəcək, üstəlik bank da heç nə olmamış kimi fəaliyyətini davam etdirəcək və sığortalanmış əmanətləri də özü qaytaracaq, dövlət bu yükdən xilas olacaq (deməli, sığortalanmış əmanətləri sahibkarların hesabına qaytaracaqlar!!!). Necədir, hə? Dünyada heç kəsin ağlına gəlmədiyi fırıldaq üsulu bizim Palatanın ağlına gəlib. Təsadüfi deyil ki, şirkətlərə və sahibkarlara qanunsuz olaraq banklardan pul çıxarmağa imkan vermir. Banklara həmin pulları mənimsəmək üçün şərait yaradır! Halbuki, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanuna əsasən qanuna sui-istifadəyə (o cümlədən korrupsiyaya) şərait yaranmasına səbəb olacaq müddəaların daxil edilməsinə yol verilmir.
5. Digər absurd müddəa isə odur ki, bankın ləğvedicisi həmişə Əmanətlərin Sığortalanması Fondu olacaq, amma hər dəfə məhkəmə bu barədə qərar qəbul etməlidir. Məhkəmə notarius-zaddır ki, qabaqcadan məlum olanı təsdiq etsin? Qanunda ləğvedicinin Fond olacağı yazılıbsa, məhkəmənin təsdiqinə nə ehtiyac? Lakin əsas heç bu da deyil. Əsas odur ki, Fond öz növbəsində ləğvedici səlahiyyətlərini istədiyi digər fiziki və hüquqi şəxsə ötürə bilər. Yəni reallıqda bankların ləğvedicisi məhkəmənin deyil, Fondun, daha doğrusu Palatanın müəyyən etdiyi hansısa özəl qurumlar olacaq. Bir sözlə, növbəti korrupsiya mənbəyi yaradıblar özləri üçün! Halbuki, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanuna əsasən qanuna sui-istifadəyə (o cümlədən korrupsiyaya) şərait yaranmasına səbəb olacaq müddəaların daxil edilməsinə yol verilmir.
6. İnzibati Prosessual Məcəlləsinin 131.2-ci maddəsində isə belə bir müddəa daxil ediblər ki, Palatanın bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir. Yəni Palata səhv qərar verərək bankı məhv edibsə, hər hansı bərpadan söhbət gedə bilməz. Yalnız zərər çəkənlərə kompensasiya ödəniləcək. Görəsən, kompensasiya necə hesablanacaq? Dövlət ehtiyacları üçün vətəndaşlardan alınan daşınmaz əmlaka kompensasiyanın hesablanması kimi birtərəfli olaraq dövlətin maraqlarına uyğun aşağı dəyərlə? Məsələn, mən bank sahibiyəm və yaxın 30 ildə milyonlarla gəlir götürəcəkdim bankdan, amma Palata bankımı səhvən morqa atıb. Gələcək gəlirimi necə hesablayacaqlar? Olmazmı ki, bankımı əvvəlki vəziyyətdə mənə qaytarasınlar? Məsələn, vaxtilə indi «AtaBank»a qoşulan «Caspian Development Bank»ın lisenziyası iki dəfə ləğv olunub, amma o, məhkəmədə lisenziyasını bərpa etdirib.
7. Maraqlısı həm də odur ki, qanunvericiliyə müflislik əsnasında kreditorların hüquqlarının müdafiəsi ilə bağlı qabaqcıl dünya təcrübəsinə uyğun heç bir düzəliş (məsələn, kreditorların ümumi yığıncağının səlahiyyətləri və s.) edilməyib. Palataya sərf etmir axı! Kreditorların komitələrinin yaradılması üzrə biabırçı fəaliyyəti göz qabağındadır və bu barədə ayrıca yazacağam.
8. Edilən dəyişikliklərin müsbət tərəfi yalnız bankların səhmdar və inzibtçılarına dair müəyyən tədbirlərlərin nəzərdə tutulmasıdır, amma onların da effekti az olacaq. Belə ki, səhmdarların və inzibatçıların vurduqları zərərin əvəzinin ödənilməsi haqda müddəa var, amma əslində buna ehtiyac yox idi: hər kəs vurduğu zərərin əvəzini ödəməlidir. Palata bunu bilmədiyi üçün indiyədək tətbiq etməyibsə, işçilərinin savadını artırsın.
Digər yenilik: bank sahiblərinin əmanətlərinin, subordinasiya kreditlərinin nizamnamə kapitalına daxil edilməsi və s. Guya ki, onlar vəsaiti birbaşa öz adlarından yerləşdirir bankda? Xeyr, başqalarının adından! Odur ki, bu da işləməyəcək!
Daha sonra, son 2 ildə bankın mənafeyinə zidd bağlanan əqdlərin etibarsız elan edilməsi nəzərdə tutulub. Niyə 2 il? Bəs devalvasiyadan əvvəlki qələtləri necə olsun bankirlərin? Eyni ilə «Banklar haqqında» Qanuna görə müflis bankın rəhbər vəzifəli şəxsləri 3 il ərzində digər bankda rəhbər vəzifə tuta bilməzdi (10.2.1-ci maddə). Həmin müddəti 3 ildən 2 ilədək azldıblar. Görəsən niyə 2 il məsələsi belə əhəmiyyətli olub? Məsuliyyəti artırmaq əvəzinə, Palata onu niyə azaldıb? Ümumiyyətlə, Palata kimə işləyir?..