Nankor rəfiqələr...
...Azərbaycanda ərlərini, Türkiyədə isə azı iki nəfəri zəhərləyib öldürdülər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyənin Bolu şəhərinin məhkəməsi Azərbaycanda ərlərini zəhərləyib öldürən və daha sonra bu ölkəyə gedib azı iki nəfəri eyni üsulla o dünyaya göndərən iki azərbaycanlı qadının məsələsini araşdırır. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Məhəbbət Ç. və Gülarə S. adlı qadınların əleyhinə əvvəllər onlarla tanışlıq münasibətlərində olan Ayla D. adlı qadın ifadə verib. Onun bildirdiyinə görə, Gülarə S. Boluda Türkiyə vətəndaşı olan Niyazi S. adlı şəxsə ərə gedib, sonradan onu zəhərləyərək öldürüb. Məhəbbət Ç. isə Kastamonuda ərə getdiyi Türkiyə vətəndaşını eyni üsulla aradan götürüb.
Bolu Ağır Cəza Məhkəməsində ifadə verən Ayla D. deyib ki, birinci zəhərləmə hadisəsi 2013-cü ildə baş verib. Gülarə xəstə olan Niyazi S.-ə baxmaq üçün onun yanında işə başlayıb. Daha sonra onunla evlənib. Daha sonra Gülarə onun kimi Türkiyədə xəstə baxıcısı olan Məhəbbət adlı qadınla plan quraraq Niyazi S.-nin yeməklərinə noradol adlı dərmandan az-az qatmağa başlayıb, onun zəhərlənməsinə səbəb olub. Niyazi S.-ə bir ildən sonra Alzeymer xəstəliyi diaqnozu qoyulub və o, ürək tutmasından ölüb.
Həmin vaxtlar Gülarə və Məhəbbətlə rəfiqə olan Ayla D. özünün dediyi kimi «vicdan əzabı çəkərək» Niyazi S.-in zəhərləndiyi barədə onun Boluda yaşayan övladlarını məlumatlandırıb, qadınların bu işdən pul qazandıqlarını deyib. Nəticədə Niyazi S.-in övladları atalarının ölümünü şübhəli hesab edərək şikayət veriblər.
İttihamla bağlı Gülarə və Məhəbbət Bolu Ağır Cəza Məhkəməsində dindirilib, deyilənləri rədd edib. Lakin Ayla D. ilk dəfə məhkəmə qarşısına çıxaraq ifadə verib və dediklərinin «tam arxasında olduğunu» bildirib.
«Mən Məhəbbət Ç. ilə Ankarada xəstəxanada tanış olmuşdum. İkimiz də tənha yaşayan qadınlar idik. Rəfiqə olduq, bir-birimizə gedib-gəlməyə başladıq. Bir gecə Məhəbbətin telefonuna zəng gəldi, o qəfildən qışqırmağa başladı. «Məni yaxalayacaqlar» dedi. Nə baş verdiyini soruşdum. Azərbaycanda xəstəxanalardan birində baş tibb bacısı işlədiyini, öz ərini və daha bir neçə nəfəri də bu şəkildə zəhərləyib öldürdüyünü mənə danışdı»-qadın ifadəsində bildirib.
Ayla D. ifadəsində deyib ki, Məhəbbət ona tək yaşamaqdan əl çəkməyi və evlənməyi təklif edib. «Dedi ki, Kulada Hacı deyilən bir adam var. Kulanın yarısı onundur. Gəl səni onunla evləndirək. 3 ay içində zəhərləyib öldürərik, mirası da sənin olar. Bu təklifdən sonra mən Məhəbbəti döyərək evimdən qovdum»-qadın məhkəməyə deyib.
Ayla D. bu əhvalatdan sonra Məhəbbətlə görüşmədiyini bildirib. Deyib ki, Məhəbbətin rəfiqəsi Gülarə S.-in də ərini zəhərləyərək öldürdüyünü eşidəndə vicdan əzabı çəkib, dərhal Niyazinin Boludakı övladlarına zəng edib. «Bunun əvəzində onlardan pul-filan istəmədim. İki Türkiyə vətəndaşını öldürdülər. Mən şikayət etməsəm kim bilir daha neçə nəfəri öldürəcəkdilər», - o bildirib.
Ayla D.-nin dediyinə görə şikayət edəndən sonra bəzi adamlar onunla əlaqə saxlayaraq şikayətini geri götürməsi üçün 50 min TL təklif ediblər. O isə qəbul etməyib. «Gəlib burada bizim vətəndaşlarımızı öldürürlər. Məhəbbət Ç.-nin Kastamonuda ərin öldürdükdən sonra Atilla adlı şəxslə İstanbula getdiyini öyrəndim», - o deyib.
Məhkəmədə təsdiqlənib ki, Məhəbbət Ç.-nin Kastamonudakı əri Mehmet Ç. də Niyazi S. kimi Altzeymer xəstəliyinə tutulub, ürək tutmasından ölüb. Bu haqda həkim rəyi məhkəməyə təqdim edilib. O da məlum olub ki, Məhəbbət Ç. Kastamonudakı ərinin ölümündən sonra qoşulub İstanbula getdiyi Atilla adlı Türkiyə vətəndaşı da 2015-ci ildə müəmmalı şəkildə ölüb. Lakin ölüm səbəbi hələ müəyyən olunmayıb.