Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:34 | 1 iyun 2017 | Cümə axşamı
Məqaləyə 1419 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Son həftələrdə ABŞ prezidenti Donald Trampın işi-gücü ancaq Almaniyanı tənqid etməklə keçib. Tramp gah Almaniyanın müdafiə xərclərini tənqid edir, gah da onun ticarət balansındakı üstün mövqedə olmasına əsəbiləşir.
«The Washington Post» qəzetinin müxbiri Rik Noakın məqaləsi bu mövzu üzərindədir.
«Trampın seçkiqabağı çıxışlarının hədəfi olan almanlar prezidentin niyə məhz onları «qaralaması»ndan olduqca qəzəblidirlər. Onlar müttəfiq bir ölkə başçısının Almaniya haqqında sanki insan haqlarını kütləvi surətdə pozan dövlət olaraq bəhs etməsini anlaya bilmirlər», məqalədə deyilir.
«Avropalılar düşünür ki, Tramp onlara Rusiya və Səudiyyə Ərəbistanından daha pis münasibət göstərir», Regensburq Universitetinin (Bavariya-red.) transatlantik münasibətlər üzrə eksperti Ştefan Birlinq məqalə müəllifinə bildirib.
«Daima söylədiyi sözləri həmişə ehtiyatla seçən, lakin son dövrlərdə Trampın Almaniyaya qarşı hücumları ilə toqquşan Merkel isə artıq iki ölkə arasında münasibətlərin gərginləşdiyini daha açıq dillə ifadə etməyə başlayıb», - məqalədə qeyd olunur.
Buna rəğmən alman mütəxəssislər kansleri hələ də təmkin olmağa dəvət edirlər.
«Merkel özü ilə Tramp arasında məsafə saxlamağı bacarmalıdır. Lakin Almaniya hələ də Birləşmiş Ştartlardan, xüsusilə onun ordusundan olduqca asılı vəziyyətdədir. Almaniya istəsə də, istəməsə də ABŞ-la əməkdaşlığa məhkumdur», məqalədə Kil Universitetinin professoru Marsel Dirsusun fikirlərinə yer verilib.
Trampın Qərbdəki müttəfiqlərinə bu cür ehtiyatsız və etinasız davranışı Britaniyanın Financial Times qəzetinin yazarı Martin Vulfun da yazısının əsas mövzusunu təşkil edib.
«Donald Tramp cəmi dörd aydır ki, ABŞ-ı idarə edir. Lakin indidən onun prezidentliyinin nəyə gətirib çıxaracağını hələ heç kim bilmir. O, bizlərin ABŞ haqqındakı bütün təsəvvürlərimizi dəyişir. Biz Amerika tərəfindən qurulan dünyada yaşayırıq. İndi yeni rəhbərlik onu dağıtmaqla məşğuldur», - məqalədə yazılıb.
Məqalə müəllifi ABŞ-ın dünya lideri rolunu üzərindən atması ilə bu funksiyanın başqa böyük, lakin anti-demokratik və aqressiv dövlətlər tərəfindən həvəslə qəbul edilə bilməsi ehtimalına toxunub: «Hər cür xeyirxah hisslərdən, qabiliyyət, bilik və təcrübədən məhrum olan bu adamın seçilməsi demokratik sistemin cazibəliyinə böyük zərər vurub. Artıq digər ölkələr ABŞ-a deyil, gündən günə böyüyən Çinlə yaxınlaşmaq barədə fikirləşirlər. Tramp öz ölkəsini Sakit Okean Əməkdaşlığı təşkilatından çıxarmaqla bütün ticarət meydanını Çinin liderliyinə təslim etsin. Artıq ABŞ rəhbərliyində olan dünya düzəninin sonu gəlmək üzrədir».