Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
14:53 | 16 mart 2022 | Çərşənbə
Məqaləyə 1909 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
ABŞ Senatı martın 15-də Rusiya prezidenti Vladimir Putini “hərbi cani” kimi pisləyən qətnaməni yekdilliklə qəbul edib. “Reuters” yazır ki, Senatda çox nadir hallarda müşahidə edilən yekdilliklə qəbul olunmuş bu sənədi respublikaçı senator Lindsi Qrem təqdim edib. Sənəddə deyilir: “Vladimir Putin Ukrayna xalqına qarşı törətdiyi qəddarlığa görə məsuliyyətdən yayına bilməyəcək”.
Qətnamədə hər iki partiyadan olan millət vəkilləri Haaqadakı Beynəlxalq Məhkəməni Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törədilmiş müharibə cinayətlərinin araşdırılmasına çağırırlar.
Səsvermədən əvvəl danışan demokrat senator Çak Şumer deyib: “Bu palatada bizim hamımız – demokratlar və respublikaçılar bəyan edirik ki, Vladimir Putin Ukrayna xalqına qarşı törətdiyi qəddarlığa görə məsuliyyətdən yayına bilməyəcək”.
Martın 15-də habelə prezident Co Bayden Ukraynaya 13.6 milyard dollarlıq hərbi, humanitar və iqtisadi yardımı nəzərdə tutan qanunu imzalayıb.
O qanunu “ikipartiyalı dövlət maliyyələşdirmə” sənədi adlandırıb.
Bayden bildirib ki, bu sənəd habelə “amerikalılara respublikaçı və demokratların bir araya gələ bilmək əzmi barədə mesaj verəcək”.
Britaniya Rusiyanın Ukraynaya müdaxiləsinə görə martın 15-də Moskva üzərinə sanksiyaları genişləndirib.
London sanksiya siyahısına Rusiyanın daha 350 fiziki və hüquqi şəxsini əlavə edib.
Yeni siyahıda Rusiyanın baş naziri Mixail Mişustinin, habelə keçmiş prezident Dmitri Medvedevin də adları var.
Onlardan başqa sanksiya siyahısına iri biznesmenlər – Mixail Fridman, Pyotr Aven, German Xan, Dmitri Pumpyanski, Rusiya Dövlət Dumasının üzvləri, müdafiə naziri Sergey Şoyqu, Kreml administrasiyasının başçısı Anton Vayno, XİN-in sözçüsü Mariya Zaxarova, RT-nin baş redaktoru Marqarita Simonyan və onun əri Tiqran Keosoyan, Putinin sözçüsü Dmitri Peskov, televiziya aparıcıları Olqa Skabeyeva və Vladimir Solovyovun adları salınıb.
Britaniyanın son sanksiya siyahısında Rusiya Təhlükəsizlik Şurasının Ukraynaya hücum qərarına səs vermiş bütün üzvlərinin adları var.
Kommunistləri Yaponiyanın hədəfində
Martın 15-də Yaponiya Rusiyanın 17 vətəndaşının adını sanksiya siyahısına salıb.
Yaponiyanın yeni siyahısında Renovo şirkətlərinin təsisçisi Viktor Vekselberqin, Putinin yaxın dostu Yuri Kovalçukun adları var.
Tokio habelə Gennadi Züqanov olmaqla Kommunist Partiyasının 11 fraksiya üzvünə sanksiyalar elan edib.
Bu arada Yaponiyanın daxili işlər naziri Yosihisa Furukava bildirib ki, ölkəyə gələn ukraynalı qaçqınlara bundan sonra vizalar üç aylıq yox, birillik veriləcək.
Yaponiya bundan əvvəl Sergey Lavrova, Dmitri Peskova, Ramzan Kadırova, Rotenberq qardaşlarına, Yevgeni Priqojinə, Əlişir Usmanov və bir sıra başqalarına sanksiyalar elan etmişdi.
Martın 14-də və 15-də Rusiyaya qarşı Kanada, Avstraliya və İsveçrə də sanksiyalar elan ediblər.
“Qara siyahı”da Abramoviç də var
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynanı işğalına görə sanksiyaların dördüncü paketini təsdiqləyib. “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç daxil bir sıra oliqarxların aktivləri dondurulur.
Tədbirlər martın 15-də dərc olunan kimi qüvvəyə minir. Rusiyadan polad və dəmir idxalı, bu ölkəyə 300 avrodan baha malların və 50 min avrodan baha avtomobillərin ixracı, neft şirkətləri və enerji sektoruna investisiyalar yasaqlanır.
Müharibəni dayandırmaq
“Prezident Vladimir Putin Ukrayna xalqına qarşı müharibəni davam etdirdikcə, biz də Ukraynanı qətiyyətlə dəstəkləyir, Kremlin müharibə maşınının maliyyəsini kəsirik”, – Aİ-nin xarici siyasət rəhbəri Cozef Borrel deyib.
Borrelin sözlərinə görə, sanksiyaların məqsədi Putinin bu qeyri-insani və mənasız müharibəsini dayandırmasıdır.
Sanksiyaların öncəki üç raundunda Rusiya mərkəzi bankının aktivləri dondurulub, Rusiya və Belarusun böyük bankları SWIFT bank sistemindən çıxarılıb.
Yeni sanksiyalar Aİ-nin kredit reytinqi agentliklərinin Rusiya və Rusiya şirkətləri üçün reytinq hazırlamasını yasaqlayır. Məqsəd onların Avropanın maliyyə bazarlarına çıxışını daha da məhdudlaşdırmaqdır.
Ticarət statusu ləğv olunmur
Sanksiyalarda Rusiyanın “ən çox istənən ölkə” ticarət statusunun ləğvi nəzərdə tutulmayıb. Amma Aİ bildirir ki, Dünya Ticarət Təşkilatının digər üzvləri ilə birlikdə “əsas təhlükəsizlik maraqlarımızı qorumaq” üçün lazımı addımlara hazırdır.
Martın 11-də ABŞ Böyük yeddilərin G7 qrupu ilə yekdil şəkildə Rusiyanın “normal ticarət partnyoru” statusunu ləğv edib. Rəsmən “ən çox istənən ölkə” adlanan bu status ona malik olan ölkəyə daha sərfəli və güzəştli sövdələşmələr imkanı yaradır.
Abramoviçlə yanaşı siyahıda bankir German Xan, polad maqnatı Viktor Raşnikov, “kremlpərəst təbliğatçı” Dmitry Kulikov, media maqnatı Konstantin Ernst, “Rosneft” rəhbəri İqor Seçinin və onun keçmiş həyat yoldaşı Marina Seçina da var.