
“Jackson Hole” gözləntisi
“Qızıl 3.400 dollara yüksələ bilər”
“Qızıl 3.400 dollara yüksələ bilər”
Qiymətli metala “təhlükəsiz liman” tələbi davam edir
“Göy üzünü Ay kimi işıqlandırdı”
Yaponiya və Cənubi Koreyada nüvə silahı müzakirələri; Trampın siyasətləri müttəfiqlərində narahatlıq doğurur
ABŞ və Yaponiyanın ixracı gözləntiləri aşdı
FED sədrinin açıqlamaları qiymətlərə təsir edə bilər
Maliyyə iştirakçıları mərkəzi bankların siyasətini izləyir
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
ABŞ Prezidenti qızılda nöqtəni qoydu
100 dolları aşan qiymət fərqi 60-a düşdü
“F-2A”nın pilotu xilas edildi
... Yaxud bir yaponla, amerikalının fərqi
Qiymətli metal sentyabrda faiz endirimi gözləntiləri fonunda mövqeyini qoruyur
ABŞ-dakı zəif məşğulluq göstəriciləri fonunda qiymətlər sabitləşdi
Yaponiya qurtuldu, Hindistan isə nikbindir
Tarif danışıqlarındakı irəliləyişlər qiymətlərə təsir edir
Yaponiya öz valyutasının (yen) ucuzlaşması, ticarətin zəifləməsi və son illərin ən yüksək inflyasiyası ilə mübarizə aparır. “Reuters” xəbər verir ki, yenin ucuzlaşmasının qarşısını almaq üçün cümə günü müdaxilə edən Yaponiya Bankının bu gün yenidən hərəkətə keçəcəyindən şübhələnir.
Yen günün əvvəlində dollara nisbətdə bahalaşsa da, ABŞ və Yaponiya arasındakı faiz dərəcələrindəki fərq səbəbindən yenidən ucuzlaşıb. Yerli vaxtla 18.10-a olan məlumata görə, 1 dollar 148.89 yen səviyyəsində ticarət edilir. Keçən il bu rəqəm 110 civarında idi.
Yaponiya irəliləyən mənfi 0,10 faiz dərəcəsini niyə belə aşağı saxlayır?
Yaponiya Bankı hazırkı monetar ekspansiya siyasətini 2013-cü ildə o vaxtkı baş nazir Şinzo Abenin iqtisadiyyatdakı tənəzzülə son qoyacağına söz verdiyi zaman həyata keçirib. Dövlət xərclərinin sərbəst buraxılması, qadınların əmək fəaliyyətində iştirakı üçün həvəsləndirici proqramların hazırlanması və bununla da ölkə iqtisadiyyatının yenidən formalaşdırılması nəzərdə tutulurdu.
“The New York Times” (NYT) yazır ki, siyasətin ən mühüm elementi yenləri ucuz və asanlıqla əldə etməkdir. Yaponiya Bankı bu məqsədə faiz dərəcələrini aşağı salmaqla, istiqraz və səhmlər almaqla nail olmağı qarşısına məqsəd qoyub.
Bu arada, Yaponiya Bankı ultra aşağı faiz dərəcələrinə sadiq qalır. Rəsmilər düşünürlər ki, yeni daha bahalı etmək onsuz da aşağı olan tələbata təsir göstərəcək və COVİD-19 pandemiyası səbəbindən kövrəkləşən iqtisadi bərpanın qarşısını alacaq.
Baş nazir Fumiyo Kişida keçən həftə yenin dollara nisbətdə son 32 ilin ən aşağı səviyyəsinə düşməsinə baxmayaraq, mərkəzi bankın pul siyasətini dəstəklədiyini bildirib.
Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda da qısa müddətdə kurslarını dəyişməyəcəklərini vurğuladı. Kuroda bildirib ki, onlar “mövcud iqtisadi şəraitdə monetar yumşaltmanın davam etdirilməsinin məqsədəuyğun olduğunu” düşünüblər.
Məsələn, ABŞ Federal Ehtiyat Sistemi (FED) yüksək faiz dərəcələrinin inflyasiyanın artmasının qarşısını alacağını düşünür.
Lakin Yaponiya rəsmiləri hesab edirlər ki, faiz artımı xeyirdən çox zərər verəcək. Xəbərdə, Yaponiyanın böyüməni stimullaşdırmaq üçün aşağı faiz öhdəliyinin ölkəni faiz artımının verə biləcəyi zərərlərə qarşı müdafiəsiz hala gətirdiyi yazılıb.
Asiya ölkəsində mənzil alıcıları arasında dəyişən faizli mənzil kreditlərinin payı faizlərin artmayacağı nəzərə alınmaqla 39,3 faizdən 73,9 faizə yüksəlib. Bununla belə, faiz dərəcələrinin dəyişməsi xərcləri artıraraq ailələrin büdcəsini gərginləşdirə bilər.
NYT bildirdi ki, faiz artımı Yaponiyada borcun ödənilməsini də çətinləşdirə bilər. Yaponiyanın dövlət borcu ÜDM-nin təxminən 260 faizinə bərabərdir. Çünki Tokio son zamanlar iqtisadiyyata dəyən ziyanı kompensasiya etmək üçün həm müəssisələrə, həm də şəxslərə maliyyə dəstəyi verib.