“İran su böhranı yaşayır”
Pezeşkian xəbərdarlıq etdi
10:56 | 18 iyun 2025 | Çərşənbə
Məqaləyə 271 dəfə baxılıb
Şriftin ölçüsü
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Yaxın Şərqdə tarixi və ideoloji ziddiyyətlərin mərkəzində dayanan İran–İsrail qarşıdurması artıq üçüncü tərəflər vasitəsilə aparılan dolayı savaşdan açıq silahlı qarşıdurmanın astanasına keçib. Tərəflər arasında ötən ilin ortalarında baş vermiş qarşılıqlı raket hücumları regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına gətirib çıxarır. Bu vəziyyət təkcə İsrail və İranı deyil, regionun bütün dövlətlərini – o cümlədən Azərbaycan və Türkiyə kimi mühüm geosiyasi aktorları da strateji mövqe sərgiləməyə vadar edir.
İsrailin İrana qarşı son hərbi əməliyyatları təkcə nüvə infrastrukturu və hərbi obyektlərlə məhdudlaşmayaraq, ölkənin elmi kadr potensialına da yönəlib. Nüvə fiziklərinin hədəf alınması Tehran üçün təkcə maddi və texniki deyil, həm də strateji və psixoloji zərbədir. Burada məqsəd açıq şəkildə İranın texnoloji dirçəlişinin qarşısını almaq, hərbi balansı İsrailin xeyrinə dəyişmək və Tehranın öz ərazisində təzyiq altında saxlanmasını təmin etməkdir.
Digər tərəfdən, ABŞ və İran arasında Oman vasitəsilə başlayan dolayı dialoqun davam etməsi, Donald Trampın yenidən siyasi səhnəyə qayıdışı fonunda Tehrana diplomatik mesajlar göndərməsi danışıqlar masasına dönüş ümidini az da olsa canlı saxlayır. Lakin Vaşinqtonun nüvə fəaliyyətinin tam dayandırılması, zənginləşdirmənin başqa ölkədə aparılması tələbi, eyni zamanda Tehranın suverenlik və təhlükəsizlik iddiaları ilə toqquşur.
Bu qarşıdurmanın regional təsirləri də danılmazdır. Türkiyənin vasitəçilik niyyəti, Körfəz ölkələrinin ehtiyatlı mövqeyi və Azərbaycanın həm İran, həm də İsraillə strateji münasibətləri fonunda neytral, dialoqyönlü siyasəti, bölgədə barış platforması üçün ümid doğuran faktorlardır.
Azərbaycan üçün bu münaqişədə tərəf seçmək nə strateji, nə də milli maraqlara cavab verir. İranla ortaq sərhədlər, mədəni və etnik bağlar, eləcə də ölkədəki milyonlarla azərbaycanlının taleyi Bakının Tehranla münasibətlərində həssaslıq tələb edir. Eyni zamanda, İsraillə qurulmuş hərbi-texniki və diplomatik tərəfdaşlıq, Qarabağ müharibəsində göstərilmiş dəstək, Azərbaycanın yəhudi diasporu ilə əlaqələri bu münasibətlərin strateji xarakter daşıdığını göstərir.
Azərbaycanın mövqeyi aydındır: regionda müharibənin sonlanması, beynəlxalq hüququn qorunması və tərəflərin danışıqlar masasına dönməsi. Rəsmi Bakı, İsrail və İran arasında balanslı siyasət yürüdərək, Yaxın Şərqdə sülhə töhfə verə biləcək nadir regional güclərdən biri olduğunu bir daha sübut edir.
Bu müharibə də bitəcək. Tərəflər diplomatiyanın alternativsizliyini anlayacaq. Amma bu baş vermədən öncə, bölgədə yeni risklər, kövrək sabitlik və kəskin qütbləşmələr qaçılmaz olacaq. Tarix sübut edib ki, hər silahın sonunda masa var – sual budur: hansı şərtlərlə və hansı balansla?