vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
Əməkdar artistin növbəti uğuru 20:43 | 14 iyul 2025 | Bazar ertəsi Məqaləyə 34 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əməkdar artistin növbəti uğuru

Tarzən Sahib Paşazadə Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun “Fəxri professoru” adına layiq görülüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin köklü tarixi var. Müasir dövrdə bu əlaqələr daha da genişlənərək inkişaf edir. Bu günlərdə BMM-in direktoru, Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” fəxri adına layiq görüldü. Bu titulun Əməkdar artistə verilməsi əbəs deyildir. Belə ki, Sahib Paşazadə 10 ildən artıqdır ki, Özbəkistanda təşkil edilən mədəni tədbirlərin fəal iştirakçısıdır. Tarzən dəfələrlə Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Nəvai, Xivə, Ürgənc və bir çox şəhərlərində keçirilən çoxsaylı mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.

Məhz bu məhsuldar fəaliyyət nəticəsində hazırda Sahib Paşazadənin rəhbərlik etdiyi Beynəlxalq Muğam Mərkəzi Özbəkistanın bir çox ali təhsil müəssisələri və muğam üzrə mərkəzləri ilə birgə əməkdaşlıq haqqında memorandum imzalayıb. Eyni zamanda Özbəkistanın musiqi təhsili müəssisələrində ustad dərsləri ilə çıxış edən tarzənin yüksək peşəkarlığı nəzərə alınaraq bu ali təhsil müəssisələrinin “Fəxri professoru” adına layiq görülüb.

Sevindirici haldır ki, bu ilin aprel ayında Özbəkistanın Xivə şəhərində keçirilən IV Beynəlxalq Baxşı Festivalı və UNESCO və ICESCO-nun himayəsi ilə təşkil edilən II Türk Dünyası Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edən direktor Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun “Fəxri professoru” adına layiq görülüb. Fəxri professor diplomunu Sahib Paşazadəyə Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib. Bildirib ki, Sahib Paşazadə Özbəkistan və Azərbaycan arasında musiqi sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə bu diplomla təltif olunur. Sahib Paşazadə fəaliyyətinə göstərilən diqqətə görə institutun rektoru Eldor Şermanova təşəkkürünü bildirib. Sahib Paşazadə fəaliyyətinə göstərilən diqqətə görə institutun rektoru Eldor Şermanova təşəkkürünü bildirib. Qeyd edib ki,  hər iki xalq bir-birinin mədəniyyətindən zaman-zaman bəhrələnib və uzun illərdir davam edən dostluq və qardaşlıq əlaqələri  bundan sonra da ortaq musiqi irsimizin zənginləşməsinə zəmin yaradır.

Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun “Fəxri professoru” adına layiq görülmüşdü.