ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
08:18 | 11 iyul 2025 | Cümə
Məqaləyə 269 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Günahkar iqlim dəyişikliyidir?
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
ABŞ dolları son həftələrdə beynəlxalq bazarlarda nisbətən sabitləşsə də, “Goldman Sachs” analitikləri yaxın perspektivdə valyutanın daha riskli alət kimi qiymətləndirilə biləcəyini bildirir.
Bankın analitikləri Karen Reiçqott Fişman və Leksi Kanter, dolların bu status dəyişikliyinə səbəb ola biləcək əsas amillər kimi ticarət tarifləri, ABŞ Federal Ehtiyat Sisteminin müstəqilliyinə dair artan qeyri-müəyyənlik, böyüyən fiskal risklər və ABŞ aktivlərindən uzaqlaşma meyillərini göstərirlər.
Analizdə, Prezident Donald Trampın xarici ticarət tərəfdaşlarına qarşı sərt vergi təhdidlərinin dolların sabit valyuta statusuna xələl gətirdiyi vurğulanır. Bu yanaşma, dolların artıq təhlükəsiz liman kimi deyil, oynaq maliyyə aləti kimi qiymətləndirilməsinə yol açır.
“Bloomberg” göstəricilərinə əsasən, son illərdə dollar ilə “G-10” valyutalarının oynaq indeksləri arasında tarazlığın pozulduğu, korelyasiyanın isə son 7 ilin minimumuna yaxın olduğu qeyd olunur. Bu, dolların ənənəvi “güvənli liman” funksiyasından uzaqlaşması kimi şərh edilir.
“Goldman” analitikləri bildirirlər ki, 2025-ci ilin ən diqqətçəkən tendensiyalarından biri, dolların ABŞ səhm bazarı ilə paralel şəkildə dəyər itirməsi olub. Bu isə ABŞ aktivlərinə inamın zəiflədiyinə işarədir.
Digər tərəfdən, “Bloomberg” analitikləri uzunmüddətli perspektivdə dolların zəifləyəcəyini proqnozlaşdırsalar da, qısa müddətli bərpa ehtimalının yüksək olduğunu vurğulayırlar.