ABŞ-ın yenilməz armadası
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
23:27 | 16 iyun 2014 | Bazar ertəsi
Məqaləyə 1653 dəfə baxılıb
Şriftin ölçüsü
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının silahlıları Bağdada doğru irəlilədikcə onun arxasında dayananlar ortaya çıxır. ANS TV-nin məlumatına görə, rəsmi Bağdad Birləşmiş Ştatları təqsirli bilir. İŞİD isə dəhşət dolu hərəkətlərini indi canı bir, qanı bir bizdən olan türkmənlərin yaşadığı ərazilərdə törədir.
Mosulu aldıqdan sonra İraqda irəliləməyi davam edən İŞİD Bağdad yaxınlığındakı qəsəbələrdə nəzarəti ələ keçirib. Məshəb müharibəsinin daha ağır nəticəsinin olacağını bəhanə edən əsgərlər isə döyüş bölgələrini hələ də qoyub qaçırlar. Hansı ki, bu əsgərlər məhz Amerikanın təlim keçdiyi hərbçilərdir. Hətta geyimləri də Amerika əsgərlərinin formasıdır. Baş nazir Nuri əl-Maliki əsgərlərinin belə addım atmasında məhz elə Birləşmiş Ştatlar əli olduğunu, sünni və şiə savaşında Amerikanın neft kimi maraqları barədə fərziyyələr də ortaya atıb. Bu məsələyə Obamanın reaksiyası da qəribə olub. Biz təlim keçmişik, yerinə isə biz yox, elə siz döyüşməlisiz, deyib. Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza isə Amerikanın bu məsələdə mövqeyinin açıq-aşkar ortada olduğunu söyləyir.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə, Barak Obama İraqdakı vəziyyətin nə qədər gərgin və dramatik olmasını dəyərləndirməlidir: «O, İraq müharibəsini sevmədiyinə görə ilk olaraq əsgərləri İraqdan və Əfqanıstandan çıxartdı. Birləşmiş Ştatlar İraqda və Suriyada vəziyyəti bərpa etmək üçün son bir neçə ildə xeyli iş görüb. İraqda baş verən müharibənin nəticələrini indi demək mümkün deyil. Amma terrorizmin artacağı və bunun Avropa və Amerikaya da təsirsiz ötüşməyəcəyi istisna edilmir».
İŞİD-in Bağdadı ələ keçirəcəyindən ehtiyat edən Vaşinqton, əvvəlcə İraqa hərbi qüvvə göndərməkdən imtina etsə də, sonda problemi həll etmək üçün dünya dövlətlərilə dialoqun vacib olduğunu söyləyib. İndi narahatlıq doğuran İraq torpaqlarında yeni bir dövlətin yaradılmasıdır. Burda İranın yanaşması maraqlıdır. Qərbdən fərqli olaraq İran prezidenti Həsən Ruhani Nuri əl-Malikiyə deyib ki, İraqın süverenliyinin zədələnməsinə onlar imkan verməyəcəklər.
İraqın baş naziri Nuri əl-Maliki orduya könüllü qoşulan şiə iraqlıların toplaşdığı düşərgəyə baş çəkib. Dini liderlərin çağırışlarından sonra minlərlə insan İŞİD təhlükəsini aradan qaldırmaq üçün hərbi xidmətə yazılıb.
İraqın şimalında yerləşən Mosul şəhərindən başlayaraq cənuba doğru irəliləyən İŞİD bu gün türkmanların çoxluq təşkil elədiyi Telafər kəndini işğal edib. Hücum zamanı əksəriyyəti şiə türkmənləri olmaqla, xeyli sayda dinc sakinin öldüyü və yaralandığı xəbər verilir. Blokadada olan türkmənlər isə peşmərgə adlanan kürdlərdən yardım istəyiblər. Türk mənbələri isə xəbər verir ki, İŞİD-in əsas hədəfi məhz şiə təriqətindən olan türkmənlərdır.