Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
23:53 | 6 noyabr 2016 | Bazar
Məqaləyə 912 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Amerika Birləşmiş Ştatları 50 ştatdan ibarətdir. Lakin prezident seçkilərində qalibin kim olacağını təxmin etmək üçün ölkənin 10-dan çox ştatına diqqət vermək lazımdır. Bunlar «tərəddüd edən», ya da əsas mübarizənin getdiyi ştatlar kimi tanınır, çünki seçkilərin nəticələrinin necə olacağı burada əvvəlcədən məlum olmur və prezidentliyə namizədlər vaxtlarının böyük hissəsini məhz bu ştatlarda keçirir və kampaniya fondlarının əsas qismini burada sərf edir.
Bu vəziyyət bir neçə səbəblə izah olunur.
Ştatbaştat rəqabət
Birincisi, ABŞ seçki sistemində prezident birbaşa səsvermə yolu ilə seçilmir. Bunun yerinə namizədlər ayrı-ayrı ştatlarda səsvermənin nəticələrinə əsasən formalaşan Seçki Kollegiyasının üzvlərinin əksər səslərini almağa çalışır. Ştatda əhalinin sayı nə qədər çoxdursa, həmin ştatda qalib gələn namizəd Seçki Kollegiyasında daha çox səs alır.
İkincisi, elektorat demoqrafik və siyasi meyl baxımından seçkilərarası müddətdə bir o qədər dəyişmir. ABŞ-da prezident seçkiləri hər dörd ildən bir keçirilir və bu vaxt ərzində elektoratın tərkibi demək olar dəyişməz qalır, belə ki ştatda yalnız müəyyən sayda adam səsvermə yaşına çatır, ölür və ya da ştatın hüdudularından kənara köçür.
Beləliklə də demokrat Hillari Klinton və respublikaçı Donald Tramp Nyu York, Havay adaları, Vayominq və yaxud da Alabama kimi ştatlarda kampaniya aparmağa çox vaxt sərf etmir. Sonuncu dəfə respublikaçılar bu ştatlardan birinci ikisində 1984-cü ildə qələbə qazanıb, demokratlar isə sonuncu iki ştatda 1964-cü ildə qalib gəlib.
«Seçkiqabağı kampaniya beləliklə bu 12 ştat ətrafında cərəyan edir. Buna görə də adətən hər iki namizəd bu ştatlarda yerlərdə geniş iş aparır, televiziyada saysız reklam videoları yayımlayır, seçicilərə telefon zəngləri edir və robotların köməyindən istifadə edərək seçicilərə telefon mesajları göndərir» - deyə Corc Meyson universitetinin eksperti Ceremi Mayer Amerikanın Səsinə müsahibədə bildirib.
Bu il prezident seçkilərində həlledici ştatlar ABŞ-ın müxtəlif bölgələrində yerləşir. Bunlar Florida, Ohayo, Kolorado, Pensilvaniya, Nevada, Virciniya, Miçiqan, Şimali Karolina, Ayova, Arizona, Viskonsin, Nyu Hempşir və Corciya ştatlarıdır.
Çox sayda seçici sayı ilə Florida və Ohayo demək olar bütün seçkilərdə həlledici rola malik olur. 1976-cı ildən başlayaraq respublikaçı namizəd Floridada altı dəfə, demokrat namizəd isə dörd dəfə qələbə çalıb. Ohayoda hər ştatda hər partiyadan namizəd bərabər olaraq beş dəfə qalib olub.
Corciya ştatı göstərilən müddətdən bəri yeddi dəfə respublikaçı namizədə səs verib. Lakin ştatda demoqrafik dəyişikliyə işarə olaraq, Obama 2008-ci və 2012-ci il seçkilərində bu ştatda qələbə əldə edib.
Obama bu və ya digər partiyaya meyl göstərən bölgələrə malik Virciniya ştatında da hər iki dəfə qələbə qazanıb.
Nəticələr gecikə bilər
Ştatlarda seçicilərin səslərinin bölünməsi medianın qalibin
Tramp, ya da Klinton olduğunu nə zaman təxmin edə bilməsini müəyyən edəcək.
2004-cü ildə Ohayo ştatında namizədlər arasında fərqin çox olduğu zaman ABŞ-ın
iki media şəbəkəsi seçki günündən sonra səhər saat 1 olmamış Corc Buşun bu
ştatda qələbəsini elan etsə də, o biri media qurumları günortaya qədər gözləmək
qərarı vermişdi.
2000-ci ildə isə Floridada səsvermənin nəticələri Corc Buşun birinci dönəm prezidentliyə seçilməsini təmin etdi. Lakin onun opponenti olan demokrat Al Qor seçki nəticələrini şübhə altına qoydu və hüquqi proses başladı. Proses ABŞ-ın Ali Məhkəməsinin səsvermədən bir aydan çox vaxt keçəndən sonra qərarı ilə başa çatdı.