
“Makron rus əsgərinin çəkmələrini boyayacaq”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukraynada 40 kilometrlik tampon bölgə
Merz: “Putin-Zelenski görüşü baş tutmayacaq”
Rusiya ordusunun son hücumunda 23 dinc sakin həlak olub
Təchizatın dəyəri 825 milyon dollar təşkil edəcək
Ağ Ev: “Prezident bu xəbərə sevindi deməz, lakin təəccüblənmədi də”
Rusiyanın hücumuna Almaniyadan sərt reaksiya
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Raket gəmisinə Azov dənizində bir neçə zərbə vurulub
Fransadan Rusiyaya qınama
Almaniyanın silah satışındakı irəliləyişi müzakirələrin mərkəzində
“Son tarixlər artıq keçib”
Almaniyadan Ukraynaya 50 milyard avroluq dəstək
Ukrayna Silahlı Qüvvələri Rusiya paytaxtının kritik enerji infrastrukturunu hədəfə aldı
Ukrayna Krım tatarlarının dilində xəbərlərin radio vasitəsilə yayımına başlamağı planlaşdırır. Dövlət radio şirkətinin baş prodüsseri Dmitro Xorkin deyib ki, gələn ildən müntəzəm yayımlara başlanacaq.
«Milliyyəti, dini və siyasi baxışlarına görə təqiblərlə üzləşən bu xalq öz dilində radio verilişləri dinləyə biləcəklər», o bildirib.
Rusiya qoşunları Ukraynanın Krım yarımadasını 2014-cü ildə, Kremlpərəst prezident Viktor Yanukoviç devrildikən sonra tutub.
Əhalinin 12 faizini təşkil edən müsəlman Krım tatarları Ukrayna hakimiyyəti altında mədəni muxtariyyətə malik idi. Ancaq Rusiya onların Məclisini «ekstremist təşkilat» kimi qadağan edib.
Cənab Xorkin deyib ki, Ukrayna radiosu son üç ildir ki, Krıma rus dilində xəbərlər yayımlayırdı, indi isə «tatar dilini yaxşı bilən aparıcı və diktorları» işə götürmək istəyir. O, tatar dilinin qorunmalı və yayılmalı olduğunu bildirib.
Krımdakı Rusiya hakimiyyəti hələ ki, Ukrayna Radiosunun bəyanatına cavab verməyib.
Ancaq kommunikasiyaya məsul yerli rəsmi Dmitri Poklonski Sputnik saytına deyib ki, Krıma yalnız Rusiya televiziyası və radiosu yayımlanacaq - «bütün dövlətlər öz ərazilərini və informasiya məkanını müdafiə etmək üçün tədbirlər görməlidir», o deyib.