Böyük müharibə hər an başlaya bilər
ABŞ Çinin 65 ölkəni əhatə edən layihəsini durdura bilmir
Ərgün DİLƏR,
“Takvim”, Türkiyə
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
23 iyun gəlib keçdi. Haqlı olaraq hər kəs İstanbul seçkilərini şərh edir. Bu, uzun sürəcək.
AKP cəbhəsi başqa, CHP cəbhəsi isə bambaşqa şeyləri qələmə ala bilər. Mən suların bir az da axmasından, durulmasından yanayam. Hazırda kitab yazacaq qədər çox material olsa da, hələlik onları saxlamağı daha uyğun hesab edirəm. Ancaq seçkidən öncə 17-25 dekabr, Oslo, 7 fevral MİT böhranları haqqında dəfələrlə yazmışam. Günlərlə TBMM-in qərarından (1 mart 2003-cü ildə ABŞ qoşunlarının Türkiyə ərazisindən İraqa girməsinə icazə verilməsini nəzərdə tutan qərarın rədd edilməsi – tərc.) bəhs etmişəm. İqtisadi əməliyyatla ilk dəfə qarşılaşdığına görə də, ən çətin sınağın bu olacağını əlavə etmişdim.
Türkiyə çox əməliyyatla qarşılaşsa da, hamısından güclənərək çıxmağı bacarıb. Lakin pul işi fərqli idi. Əməliyyat mərhələ-mərhələ həyata keçirildi. Xatırlayanlar bu əməliyyatın hədəfinin Ərdoğan olduğunu bilirlər. Çox yazdım. Dəyişən bir şey də yoxdur. Çox adam görməsə də, əməliyyat davam edəcəkdir. Bütün işarətlər bu yöndədir. Məqsəd Ərdoğanı neytrallaşdırmaqdır. Qarşıdakı günlərdə bu mövzuya yenə qayıdacağıq.
İndi isə bizi maraqlandıran xaricdə baş verən hadisələrə baxaq. Bəlkə hadisələrin mahiyyətini daha çox anlamağa yardım edər. “Bir qurşaq, bir yol”, yəni “İpək yolu” layihəsi bu gün dünyanın diqqət verdiyi ən önəmli məsələdir. Çin bu layihə üçün 7 ildə 65 ölkədə qoyduğu investisiyaları artırıb. Sadəcə 65 ölkədirmi? Əlbəttə, xeyr.
Çin ABŞ-da şirkətlərin alınmasına 193 milyard dollar qoyub. ABŞ-da “General Electric”in məişət əşyaları istehsal edən platformasını təqribən 6 milyard dollara satın alan Pekin, “Ingram Micro”nu da alıb. Son günlərdə İBM-in, – “Huawei”yə qarşı həyata keçirilən əməliyyatın bir parçası olsa da, – önəmli bir bölümü də çinlilərin olub. “Uber” və “Tesla”nın da önəmli ortaqları çinlilərdir. ABŞ-ın ən böyük kino şəbəkəsi olan AMC də çinlilərin nəzarətindədir.
ABŞ-da 193 milyard dollarlıq şirkət alan Çin Avropa, Asiya və Afrikaya da 800 milyard dollardan çox investisiya qoyub, “şirkət evlilikləri” ilə böyüyüb. Bu səbəblə, Vaşinqton panikadadır.
Çin güclənməsi, böyüməsi hesabına, amerikalı iş adamları ilə olsa da, bu gün nəzarətediləbilməz güc halına gəlib. ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyi düşünülən Çin, Vaşinqtonun öncəlikli hədəfidir. Doğrusu, dünyada gedən mübarizənin səbəbi də budur.
ABŞ-dan başqa, Almaniya, Hindistan, Türkiyə, İndoneziya, Fransa və Rusiya kimi ölkələrdə də artan çinli investorlar “İpək yolu” layihəsinin güclənməsini təmin ediblər. Bu gün 65 ölkənin yollarını bir-birinə pətək kimi bağlayan şirkətlər ABŞ şirkətlərini təhdid edir.
ABŞ da İranı hədəf seçərək, Türkiyə ilə gərginlik yaşayaraq, Fransa ilə maraqların toqquşmasını körükləyərək, Rusiyaya qarşı sanksiyaları artıraraq həm Çinə, həm də “İpək yolu”na zərbə vurmağı planlaşdırır.
Türkiyə, Çin, Hindistan, Rusiya, İran, az da olsa, Almaniya və Fransa “dollarsız dünya” qurulması üçün çalışırlar. Türkiyə, Çin, Hindistan, Rusiya və İran açıq şəkildə dolları ehtiyat valyuta vahidi olmaqdan çıxarmaq istəyirlər. Bu, atılması 100 il içində düşünülən və əlbəttə, böyük riskləri olan bir addımdır. Ona görə də Vaşinqton bir çox ölkənin içində olacağı müharibə planı da hazırlayır. Çünki “dollarsız dünya” istəyi hər bir regionda müharibəyə səbəb ola bilər.
Ancaq Çin də bilir ki, ABŞ-la qarşı-qarşıya gəlmək asan deyil. Ən azı, bu gün.
Türkiyə, Çin, Hindistan, Rusiya və İran həqiqətən birlikdə olarsa, ABŞ-a qarşı zəfər əldə etmə ehtimalları vardır.
Çin və Rusiya bu qərarı verdiyi anda qüvvələr nisbəti baxımından, daxildə bir problem yaşamazlar. Lakin bu gün ABŞ-la müharibə ritmində yaşasa da, Tehranda Vaşinqtonla əməkdaşlıq edən bir müxalifət qrupu var. Bu qrup çox təsirlidir.
ABŞ eyni qaydada Türkiyə və Hindistanda da təsirlidir. Yəni, Türkiyə, Hindistan və İran “dollarsız dünya” istiqamətində atılan addımlarını sürətləndirərsə, daxili çəkişmələrlə qarşı-qarşıya qalarlar.
Almaniya və Fransanın yaşadığı daxili qarışıqlıqların səbəblərindən biri də onların Çinlə olan yaxınlaşma və gizli də olsa, “dollarsız dünya” istəkləridir.
Çinlə Rusiya iki böyük güc olaraq “dollarsız dünya” üçün addım atsalar belə, uğur qazana bilməzlər.
Ancaq ABŞ-ın çətinliyə düşməsi üçün öncəlikli olaraq dolların gücünün azalması önəmlidir. Yəni seçim bəllidir, ancaq nəticə, hələ ki, elə də yaxın görünmür.
ABŞ Çinə qarşı ticarət silahından istifadə etməyə qərar verdiyi an müəyyən dərəcədə uğur qazandı. Bu məsələdə ciddi nəticə almaq istərsə, Çini iflasa yaxın həddə gətirə bilər.
Çin ABŞ-da olan maliyyə fondlarını geri alacağına çox da ümid bəsləmir. Bu səbəblə, onun trilyon dollarlıq fondu böyük bir silah deyil. Çünki böyük güc olan ABŞ istədiyini aldığı üçün xarici ölkələrə fond satır. Çinlilər “almıram” deyə bilmədi. Hətta maraqlı bir detal vermək lazımdırsa, Çin ABŞ-a göndərdiyi, hardasa, 100 milyard dollarlıq məhsulun pulunu fond olaraq aldı. Yəni, əslində, bir dollar belə almadı. Dünyada durum belədir.
Türkiyədə də, İstanbulda da gedən mübarizənin arxa planı budur. Doğrusu, başqa cür və fərqli ola bilməz də. Mübarizə gedirdi, alovlandı və böyüyəcək. Bu, siyasi yolla hədəfə doğru getmək istəyənlərlə hədəfindən dönmək istəməyənlərin mübarizəsidir.