vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
22:01 | 5 iyul 2019 | Cümə Məqaləyə 1693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistana silsilə xəbərdarlıq

Con Boltonun səbri tükənə bilər

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın özünü “qərbyönümlü” göstərməyə çalışır. Qərb dövlətlərindən maliyyə qopartmağa çalışan Ermənistan hakimiyyətinin Rusiyanın cızdığı dairədən kənara çıxmağa cəsarət etmədiyini artıq hər kəs yaxşı bilir.

Bu ilin əvvəlində İrəvan Rusiyanın sifarişi əsasında Suriyaya “minatəmizləyən”lərdən ibarət hərbçilərini göndərməklə də Vaşinqtonu qıcıqlandırdı. Məhz bunun nəticəsiydi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a yüksək səviyyədə səfərinin təşkilinə çalışan ermənilər hətta Ermənistan XİN rəhbərinin belə, Amerika rəsmiləri ilə görüşlər keçirməsinə nail ola bilmədilər.

Bu arada “Newtimes.az” portalında “Cənubi Qafqazda geosiyasi dəyişikliklər: Con Bolton Ermənistana qarşı” sərlövhəli məqalə dərc edilib. Məqalədə deyilir ki, Amerikanın Cənubi Qafqaz siyasəti çox maraqlı və diqqət cəlb edəndir. Dünyanın ən güclü ölkəsinin regionla bağlı mövqeyinin əsas cəhətləri həmişə ekspertlər üçün maraqlı təhlil predmeti olub. Xüsusilə, hazırkı mərhələdə qlobal geosiyasi proseslərin mürəkkəb və ziddiyyətli məqamları başqa regionlara olduğu kimi, Cənubi Qafqaza da öz təsirini göstərir. Bunun fonunda Vaşinqtonun siyasi kursunun Qafqazla bağlı hissəsi bizim üçün daha da aktuallaşır. Ekspertlər Yaxın Şərq və Cənubi Qafqaz istiqamətində ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun fəal işlədiyini ifadə edirlər. Erməni ekspertlər də bu mövzuya bir sıra hallarda maraq göstərirlər. Onlardan birinin yazısında C.Boltonun Cənubi Qafqazla bağlı mövqeyinin şərhi diqqətimizi çəkdi. Yervand Bozoyan cəhd edir ki, ABŞ Prezidentinin müşavirinin siyasətçi və diplomat kimi kimliyini açsın.

Məqalədə deyilir ki, erməni ekspert C.Boltonu qatı anti-irançı və Türkiyə tərəfdarı kimi təqdim edir. Hesab edir ki, C.Bolton Cənubi Qafqazda əsas geosiyasi güc kimi Türkiyə-Azərbaycan cütlüyünü görür. Bu gücdən istifadə edərək Vaşinqton İrana qarşı daha sərt mövqe tuta bilər. Eyni zamanda, Amerikanın Ermənistandan istədiyi İranla sərhədlərin bağlanmasıdır. Güclü Azərbaycan və güclü Türkiyəni Ermənistan da qəbul etməlidir. Çünki İrəvanın başqa yolu yoxdur. Əgər bunu qəbul etməsə, Dağlıq Qarabağdan Ermənistan dərhal çıxmalı olacaq və hətta Ermənistanın özü bir dövlət olaraq mövcud olmaya da bilər.

“Bunlardan başqa, Nikol Paşinyan Qarabağ klanını məhv etməli və reallığı erməni cəmiyyətinə anlatmalıdır. Lakin N.Paşinyanın bunun öhdəsindən gəlib-gəlməyəcəyi məlum deyil. Bu da təbii ki, Ermənistan rəhbərliyinin hələ də qeyri-müəyyən vəziyyətdə qalması deməkdir. Buna baxmayaraq, Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq, cəmiyyətdə antitürk əhval-ruhiyyəsini dəyişmək gərəkdir. Çünki Türkiyə Cənubi Qafqazda əsas geosiyasi gücdür. N.Paşinyan da cəmiyyətdə bu istiqamətdə rəyi dəyişdirmək üçün lazımdır”, yazıda bildirilir.

Yazıda bildirilir ki, Mehri rayonu ilə Dağlıq Qarabağda bir rayonu dəyişməklə Ermənistanın İranla sərhədini kəsmək olar. “Guya, Bakı və Ankara buna razıdır. Gürcüstana gəldikdə isə, C.Bolton bu ölkəni Rusiyanın cənubunda maneə kimi görür. Gürcüstandan İrana qarşı hərbi əməliyyatlarda da istifadə etmək olar”, - müəllif qeyd edir.

N.Paşinyan hakimiyyətinin ilk aylarında demişdi ki, İran ətrafında təhlükəli vəziyyət yaransa, Ermənistan-İran sərhədini bağlamaq lazım gələcək. Hətta bu mövqeyinə görə, o, erməni ekspertlərinin hədəfinə tuş gəlmişdi. Lakin sonrakı dönəmlərdə C.Boltonun İrəvanda Ermənistan hakimiyyətinə şablonlardan əl çəkmək çağırışı etməsi, Vaşinqtondan istəklərin çin olmaması İrəvanı “kurs dəyişikliyi”nə sövq etdi. İndi yenə də Ermənistan hakimiyyəti üzünü İrana çevirib.

Bu arada İran prezidenti Həsən Ruhani Ermənistanla qarşılıqlı ticarətdə milli valyutalara keçirməyi təklif edib. Ermənistan mediasının yayığı xəbərə görə, prezident milli valyutalara keçidin iki ölkə arasında ticarət həcminin artmasına səbəb olacağını deyib. Tehran siyasi və iqtisadi sahələrdə İrəvanla münasibətləri inkişaf etdirmək və dərinləşdirməyə hazırdır.

Qeyd edək ki, bu ilin iyun ayında İran parlamenti Avrasiya İqtisadi Birliyi (EAEU) ilə sərbəst ticarət zonası (ETA) ilə bağlı müvəqqəti razılığa imza atıb. Bu razılaşma İran və ittifaq ölkələri arasında əməkdaşlığı genişləndirmək üçün yaxşı bir imkan yaradır.

“Məlumdur ki, cənab Bolton ABŞ Prezidenti Donald Trampın inandığı şəxslərdəndir və demək olar ki, istər İran, istərsə də Yaxın Şərqlə bağlı xarici siyasətdə vacib bir fiqur kimi ondan istifadə olunur”.

Politoloq Arzu Nağıyev qeyd etdi ki, eyni zamanda Boltonun Cənubi Qafqazla bağlı hesabatları da sonradan Trampın verdiyi bəyanatlarda öz əksini tapır: “Birmənalı şəkildə qeyd etmək olar ki, öz anti-Rusiya mövqeyi ilə seçilən Boltonun Cənubi Qafqaz siyasətində də əsas xətt Rusiyanın bu regionda nüfuzunun azaldılmasına və öz gələcək strateji planlarında hər üç dövlətin strateji tərəf müqabili kimi görmək istəyidir. Məlumdur ki, ən gərgin vəziyyət Gürcüstanla bağlıdır və istəkləri hələ ki, öz sonluğuna çatmayıb, son zamanlar baş verənlər də bunun bariz nümunəsidir”. Azərbaycana gəldikdə, A.Nağıyev dedi ki, ölkəmizlə bir çox sahələrdə mühüm əlaqələr mövcuddur. Maneələr isə təbii ki, yox deyil. Politoloq: “Dağlıq Qarabağ münaqişəsinin həlli də ATƏT-in Minsk Qrupunun üzvü kimi öhdəliklərlə tənzimlənsə də, konkret effekt vermir və buna mane olan əsas məsələ Ermənistanın destruktiv mövqeli siyasəti və Rusiya faktorudur. Bolton bununla bağlı Ermənistana bir neçə dəfə xəbərdarlıq edib və bunun ABŞ dövlətinin mövqeyi kimi qəbul edilməsini bildirib. Lakin bu, hələ son demək deyil. Tək xəbərdarlıqlarla bu proseslərə yekun vurmaq olmaz. Təbii ki, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi vacib faktordur, bu, ABŞ-da keçən son danışıqlarda da hiss olundu və hətta danışıqlardan sonra az da olsa, müəyyən irəliləyişlərin olduğu hiss olunur. Təbii ki, regionda nüfuz savaşı da gedir. Buna görə də Rusiyaya təzyiqlər və bununla bərabər Ermənistana da təsir mexanizmi həyata keçirilməlidir”.

Təəssüf ki, Ermənistanın destruktiv fəaliyyətinin qarşılığında ABŞ Konqresində Ermənistana, üstəlik, Qarabağ ermənilərinə yardım proqramı müzakirə olunur. Özü də milyonlarla dollarlıq yardım...