
Ukrayna müharibəsi poliqona dönüb
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Medvedevdən Qərbə hücum təhdidi
Kim kiminlədir və Azərbaycan haradadır?
“Axıra qədər müharibəyə hazırlaşır”
Açıq mənbə kodlu modellər böyük maraq doğurur
Çipin üstündəki gözlər
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Demokrat sələfinin 4 ildə etdiyini, Respublikaçı lider 5 ayda bacardı
“Patriot”lar, casus uçuşları və Trampın Putinə mesajı
Tramp: “ABŞ ödənişi alacaq”
Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır
Ukraynaya dəstək üçün “yumşaq əllər cibə” çağırışı
ABŞ prezidenti 92 milyard dollardan çox investisiya ediləcəyini açıqladı
Yaxud Tramp və Ukrayna labirinti
Statistik artım, real zəiflik – deflyasiyanın kölgəsində nikbin proqnozlar
Rusiyanın taktikasının qarşısını almaq üçün Avropa hərəkət etməlidir
Amerikanın keçmiş kəşfiyyatçısı, polkovnik-leytenant Rik Frankona və ABŞ dövlət katibinin keçmiş xüsusi məsləhətçisi Paul A. Qobl “Eurasia Diary”ə müsahibə verib.
Türkiyə Rusiyanın havadan müdafiə sistemi “S-400”ü aldı və onlar artıq Türkiyəyə çatdırılıb. Bu siyasi kurs ABŞ tərəfindən mənfi qarşılanıb. Pentaqon rəsmisi Ellen Lord ABŞ-ın Türkiyəni “F-35” proqramından çıxardığını açıqlayıb. “Eurasia Diary” ABŞ-Türkiyə münasibətlərinin son vəziyyəti barədə amerikalı ekspertlərə müraciət edib.
Keçmiş kəşfiyyatçı, polkovnik-leytenant və Yaxın Şərq üzrə analitik Rik Frankona fikirlərini saytımızla bölüşüb.
Frankona ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyinin mümkünlüyünə toxunub.
“Rusiyanın “S-400” (NATO: “SA-21”) havadan müdafiə sistemini aldığına görə Konqresin hər iki palatası tərəfindən Türkiyəyə qarşı sanksiyaların tətbiqinə dair tələblər var. Prezident Türkiyəyə qarşı iqtisadi sanksiyalarla və Türkiyəni sadəcə “F-35” proqramından çıxarmaq kimi gediş etməklə məsələni həll edəcəyinə ümid edir. Mən onun bunu edə biləcəyinə əmin deyiləm - ABŞ-ın buna görə sanksiya tələb edən qanunu var. O qanunla sanksiyalardan imtina edə bilər, amma Respublikaçı tərəfdarlarının dəstəyini itirərək siyasi riskə getmiş olacaq”, - deyən keçmiş kəşfiyyatçı Türkiyənin “F-35” proqramından çıxarılmasının səbəbini açıqlayıb: “Düşünmürəm ki, ABŞ dünyanın ən qabaqcıl beşinci nəsil, radara düşməyən, görünməz “F-35” təyyarələrini, Rusiyanın ən müasir havadan müdafiə sistemlərinin - “S-400”lərin satıldığı bir ölkəyə çatdırsın. Həssas texnologiyanın Moskvanın əlinə keçməsi riski çox yüksəkdir”.
Rik Frankonanın sözlərinə görə, Türkiyə biznes əlaqələri və təyyarə almaq imkanlarını itirir.
Hərbi ekspert Ərdoğanın Şərq siyasətinin uğurlu olmadığını düşünür. O hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan eyni zamanda həm ABŞ və həm də Rusiya, Çin, İran və hətta Pakistan kimi ABŞ-a düşmən olan dövlətlərlə münasibətləri saxlamaq istəyir: “Əgər o, Şərq istiqamətində bu xarici siyasətini davam etdirəcəyini və eyni zamanda Birləşmiş Ştatlarla yaxşı münasibət saxlaya biləcəyini düşünürsə, hesab edirəm ki, Ərdoğan səhv edir”.
Hərbi analitik həmçinin hesab edir ki, Ərdoğanın yürütdüyü siyasət NATO maraqlarına uyğun deyil.
“NATO hərbi ittifaqı Türkiyə daxil olmaqla Amerika Birləşmiş Ştatları və Avropalı müttəfiqlərimiz üçün ən azından indi önəmlidir. Ərdoğan NATO müttəfiqi olaraq qalmaq istəyirsə, o, birgə hərəkət etməyə başlamalıdır. Bizim əsas düşmənimizdən havadan müdafiə sisteminin satın alınması müttəfiqə xas hərəkət deyil”, - deyə, Rik Frankona bildirib.
ABŞ dövlət katibinin keçmiş xüsusi məsləhətçisi və siyasi analitik Paul A. Qobl da “Eurasia Diary”ə Türkiyə-Amerika münasibətlərini şərh edib.
Paul Qobl Trampın xarici siyasətdəki müvəffəqiyyətin ABŞ üçün pul qazancı kimi müəyyən etdiyini düşünür. O, kiminsə Amerika şirkətlərindən satın ala biləcəyini digərlərindən almasını istəmir.
“Tramp Türkiyənin ABŞ-dan həm təyyarələr, həm də havadan müdafiə sistemi almasını istəyir”.
Siyasi analitik hesab edir ki, ABŞ Türkiyəni Rusiyaya bağlı olmayan və ABŞ-dan asılı halda görmək istəyir.
P.S.: Rik Frankona təqaüdə çıxmış kəşfiyyatçı, bir sıra kitabların müəllifi, şərhçi və hərbi analitikdir. O, Birləşmiş Ştatların Hava Qüvvələrinin Yaxın Şərqdə təcrübə keçmiş təqaüdçü kəşfiyyat zabiti, Milli Təhlükəsizlik Agentliyi, Hərbi Kəşfiyyat və Mərkəzi Kəşfiyyat İdarəsi Agentliyi tərəfindən verilən tapşırıqları yerinə yetirmişdir.
P.P.S.: Paul A. Qobl Amerikalı analitik, yazıçı və Rusiya üzrə təcrübəsi olan köşə yazarıdır. Onun etnik və milli məsələlər üzrə 150-dən çox məqaləsi dərc edilib. Qobl dövlət katibi Ceyms Beykerin Sovet millətçiliyi və Baltik regionu ilə bağlı məsələlər üzrə xüsusi məsləhətçisi vəzifəsini icra edib.