vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ENERGETİKA  
15:06 | 6 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2906 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SOCAR Gürcüstanda benzini ucuzlaşdırdı

Səbəbkar «LUKoil»dır

«Trend»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanda neft məhsullarının parakəndə satışı ilə məşğul olan şirkətlər yeni il bayramı günlərində benzinin və dizel yanacağının qiymətini aşağı salıblar.

«Trend»ə xəbər verir ki, «LUKoil Georgia» şirkəti yanvarın 5-dən etibarən benzin və dizel yanacağının parakəndə satış qiymətlərini müvafiq olaraq 5-10 tetri (1 lari =0.58 ABŞ dolları) ucuzlaşdırıb.
Beləliklə, Gürcüstanda «euro regular» markalı benzinin 1 litri 1,97 lari, yəni 1 dollar 16 sent, yaxud 90 qəpik olub. «Euro super» markalı yüksək oktanlı benzinin 1 litri isə 2,22 lari olub.
«Premium avangard» markalı benzin 10 tetri ucuzlaşaraq 2,12 lari, dizel yanacağı isə 5 tetri ucuzlaşaraq 2,17 lari olub. 
Bundan əvvəl «Sun Petrolium Georgia» şirkəti də benzinin və dizel yanacağının qiymətini aşağı salmışdı. Həmçinin Gürcüstan bazarında  benzin və dizel bazarında əhəmiyyətli ölçüdə paya malik olan «SOCAR Georgia» şirkəti «euro regular» markalı benzini və «energy» markalı dizel yanacağını 5 tetri ucuzlaşdırıb. Ucuzlaşmadan sonra nefti olmayan Gürcüstanda benzinin qiyməti təxminən Azərbaycandakı qiymətlərə yaxınlaşıb.
Xatırladaq ki, dekabrın 3-də Azərbaycanda benzin və dizel yanacağı bahalaşıb, Aİ-92 markalı benzinin 1 litri 70 qəpik, Aİ-95 markalı benzinin 1 litri isə 80 qəpik, yəni 1 dollardan yuxarı olub. Gəzən şayiələrə görə, hökumət benzini yenidən bahalaşdırmağa hazırlaşır.