«Elə bildim, 3-cü gəlmişəm»
Ramil Quliyev: «Bəlkə gələn yarışda hamı mənə baxacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Türkiyə onu buraxmaz»
Çingiz Hüseynzadə: «Ramil indi qəhrəmandır, 6 il əvvəl isə fərarilik etmişdi»
-
«Ramil Quliyev barədə dediklərimin arxasında dururam»
Çingiz Hüseynzadə: «19 yaşında, hələ bir nəticə göstərmədən Federasiyanın təqdimatı ilə mənzil almışdı»
-
«Vətənimdən heç vaxt incikliyim olmayıb»
Ramil Quliyev: «Türkiyədən əvvəl Rusiyadan təklif almışdım, amma...»
-
«Ramilə şər atırlar»
Dünya çempionunun qardaşı: «O, daha yüksək nəticələr göstərməyi arzuladığı üçün Türkiyəyə getdi»
-
«Azərbaycana gəlsən həbs olunacaqsan»
Ramil Quliyevi təhdid ediblər?
-
«Azərbaycana qayıtmağa hazıram»
Ramil Quliyev: «Bilirdim ki, xalqım məni dəstəkləyəcək»
-
Ərdoğan da Ramil Quliyevi təbrik elədi
Dünya çempionu: «Azərbaycan bayrağını qaldırmaq arzum idi və mən bunu elədim»
-
«Ən böyük istəyim idi»
Ramil Quliyev: «Azərbaycan bayrağıyla tur atmaq kimi bir duyğum vardı»
-
«Növbədə Olimpiya Oyunlarıdır»
Ramil Quliyev: «İlk üçlükdə gəldiyimi bilirdim, ancaq hansı yerdə olduğumdan əmin deyildim»
-
«Səninlə fəxr edirik»
Prezident İlham Əliyev Ramil Quliyevi təbrik etdi
-
«Bu şok deyil, amma real kimi də görünmür»
200 metr məsafəyə qaçış üzrə qızıl medalın sahibi olan Ramil Quliyev: «Dünya çempionu olmağıma çox şadam»
-
200 metrlik məsafəyə qaçış üzrə dünya finalının başlanğıcında sıraya düzülmüş səkkiz finalçı və yarışı izləyən 56 min tamaşaçı arasında yalnız bir nəfər Ramil Quliyevin qalib gələcəyini düşünürdü, o da onun özü idi. Bunu «Reuters» yazır.
Azərbaycanda doğulmuş türkiyəli idmançı tamamilə haqlı idi. Startdan cəmi 20.09 saniyə sonra o, güclü rəqiblərini arxada qoyaraq finiş xəttini keçdi və 2009-cu ildən bəri Hüseyn Bolta (Usain Bolt) məxsus qızıl medalı qazandı.
400/200 metrlik məsafələrdə yarışan Wayde van Niekerk 20,11 saniyə ilə gümüş, ondan saniyənin mində biri qədər geri qalan Trinidad və Tobaqo idmançısı Cerim Riçards (Jereem Richards) isə bürünc medalla kifayətlənməli oldu.
«Bu, şok deyil»
Bütün dünya bu nəticəni şok hissiylə qarşıladı. Ancaq bu şok qətiyyən Quliyevin özünə aid deyildi. 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul etmiş Ramil Quliyev 2013-cü ildə öz yeni vətənini təmsil etmək hüququ qazanıb.
«Bu, şok deyil. Bütün bu yarış ərzində ən yaxşı nəticələrimi göstərmişəm. Düzgün vaxtda ən yaxşı yarışımı ortaya qoymuşam.
...Mən dünyanın ən yaxşı atletlərinə qarşı mübarizə aparırdım, ona görə də diqqətin onların üzərində olması məni narahat etmirdi. Bəlkə gələn yarışda hamı mənə baxacaq», - o deyir.
Adamlar Boltun qələbələrindən danışanda azarkeşləri onun gənclər arasında 200 metrlik yarışlarda 19,93 saniyə nəticə göstərərək dünya rekordu qırmasını vurğulayırdılar.
Dünənə qədər heç kim Boltdan sonra ikinci nəticəni göstərmiş adamın adını bilmirdi. Bəli, yenə də söhbət 20.04 saniyə nəticə göstərmiş, o zaman hələ Azərbaycanı təmsil edən Ramil Quliyevdən gedir.
İtirilmiş illər
Türkiyənin idman rəsmiləri ilə ölkəni təmsil etmək icazəsi uğrunda mübarizə apardığı müddətdə idmançı qiymətli illərini itirir.
Yenidən yarışlara dönərək öz medal kolleksiyasını Aralıq Dənizi Oyunları, Yay Universiadası, İslam Həmrəylik Oyunlarının qızıl medalları, Avropa Çempionatının gümüş medalı ilə zənginləşdirə bilir.
Ramil Quliyev ötən il Olimpiya yarışlarının finalına yüksəlib, bu mövsümdə isə Avropa Komanda Çempionatında yaxşı forma sərgiləyərək qızıl medal qazanıb. O, həmçinin Paris Brilyant Liqası görüşündə yaxşı nəticələr göstərib.
R. Quliyevin çərşənbə günü özünün ilk yarımfinalında göstərdiyi nəticə hamının diqqətini cəlb etməli olduğu halda, nədənsə bütün baxışlar Van Niekerk-ə tuşlanmışdı.
Van Niekerk və botsvanalı Isaac Makwala ötən günkü yarışda diqqət mərkəzində idilər.
Bütün baxışların onlara yönəldiyi bir vaxtda Ramil Quliyev layiq olduğu birinci mükafatı qazandı.
«Mən ilk üçlükdə gəldiyimi bilirdim, ancaq hansı yerdə olduğumdan əmin deyildim.
...Bu mənim arzum idi. Növbədə Olimpiya Oyunlarıdır. Ümid edirəm o da mümkün olacaq», - Ramil Quliyev deyir.