vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
KARYERA  
11:14 | 17 avqust 2017 | Cümə axşamı Məqaləyə 3488 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sahibinin adını daşıyan şirkətlər daha çox qazanc gətirir?

Bu müştəridə «sahib buraxacağı məhsulun reputasiyasına əmindir» düşüncəsi yaradır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Economist» jurnalı yazır ki, hər hansı biznesdə ən böyük dəyərlərdən birini onun, yəni şirkət və ya firmanın adı daşıyır. Məqalədə deyilir ki, bir çox biznesmenlər çox da baş işlətməyərək şirkətlərinə elə öz adlarını qoyurlar. Bunlardan biri də Amerikanın hazırkı prezidentidir.

Şimali Karolinadakı Duke Universiteti Fuqua Biznes Məktəbinin alimləri yazırlar ki, şirkətə öz adını verən biznesmen heç də təkcə pula qənaət etmir. Alimlərin fikrincə belə şirkətlər həm də daha çox gəlirli olur.

Alimlər Qərbi Avropanın kiçik biznesləri üzərində araşdırma aparıblar. Bu araşdırma zamanı Amadeus adlanan məlumat bankından istifadə olunub. Bu bankda 2 milyonadək şirkət və firma, onların menecmenti və maliyyə göstəriciləri haqqında təfərrüatlı məlumat toplanıb.

Sözü gedən tədqiqatda firmaların 2002-2012-ci illərdəki fəaliyyəti və gəlirləri nəzərdən keçirilib.

Tədqiqatçılar aşkar ediblər ki, şirkətlərin 19 faizi sahiblərinin adını daşıyır.

Hesablamalar göstərib ki, sahiblərinin adını daşıyan şirkətlərin gəlirləri orta hesabla başqa cür adlanan şirkətlərdən 3 faiz çox gəlir əldə edib.

 

Adın göndərdiyi mesaj

 

Amma burda bir məqam da var ki, söhbət təkcə sahibin adından getmir. Böyük gəlirləri o şirkətlər əldə ediblər ki, onların həm də ən böyük səhmdarları elə şirkət sahibləri olublar.

Alimlər bu nəticəyə gəliblər ki, şirkətinə öz adını verən şəxs siqnal göndərmiş olur. Bu o deməkdir ki, şirkət sahibi buraxacağı məhsulun reputasiyasına əmindir.

Bu həm də böyük riskdir. Müflis olub batan şirkət sahibinin də adını batırmış olur, məqalədə deyilir.

Alimlər bu qənaətdədirlər ki, müştərilər sahibkarın göndərdiyi zəmanət mesajını aldıqdan sonra pullarını məhz bu şirkətə qoyurlar.

Bu nəzəriyyənin isbat edilməsi üçün alimlər bir neçə tip adları müqayisə ediblər.

Onlar bu nəticəyə gəliblər ki, şirkətə qoyulan ad və ya soyad çox da ümumi və çox rast gəlinən ad olmamalıdır. Çünki belə adların göndərdiyi siqnal o qədər də güclü olmur.

Tədqiqatçılar qeyd edirlər ki, müştərilər şirkətin məhsulları və xidmətləri ilə şəxsən tanış olduqdan sonra adın göndərdiyi siqnal onlar üçün bir o qədər əhəmiyyət daşımır.

Məqalədə deyilir ki, biznesmenlər bu nəzəriyyəni olduğu kimi qəbul edib öz ad və soyadlarından istifadəyə tələsməməlidirlər.

Çünki bir çox hallarda ad və ya soyadla gələn qısamüddətli ilkin gəlir, sonrakı uzunmüddətli reputasiyasını korlaya bilər.