Pentaqon Azərbaycanda laboratoriya açır?
ABŞ Müdafiə Nazirliyi rus əsgərlərinin canlı molekullarını almaq üçün tender elan etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ruh” təqdim olundu
“B-21 Raider” 1 trilyon dollarlıq layihənin bir hissəsidir
-
“Tamamilə axmaqlıqdır”
Pentaqonu, ABŞ prezidentinin idarəetmə mərkəzini “Sirkon” raketi ilə vurmaq?
-
Pentaqon da sifariş verib …
Azərbaycan İsraildən “Dəmir Günbəz”i alıbmı?
-
Putin nüvə müharibəsinə hazırlaşır?
Rusiya prezidenti arsenalını aqressiv şəkildə artırmaqla yanaşı, yeraltı bunkerlərin tikintisini genişləndirməyi planlaşdırır
-
«Bu çox unikal prezidentdir»
Tillerson Trampın «dağıtdığını» sahmana salır
-
Qlobal zərbə
ABŞ Rusiyanı 60 dəqiqəyə məhv edəcək
-
«Daha sərt olsa yaxşıdır...»
Tramp ona «gicbəsər» deyən dövlət katibi haqda ...
-
«Kim Çen In və Şimali Koreya xalqı məhv olacaq»
ABŞ və müttəfiqlərinin hərbi gücü hazırda ən yüksək səviyyədədir
-
ABŞ İranın hərbi bazalarını yoxlamaq istəyir
Pentaqon lazımi sübutların axtarışı üçün kəşfiyyat aparır
-
ABŞ-ın hərbi büdcəsi 700 milyard dollar oldu
Bu bütün dünya dövlətlərinin hərbi büdcələrinin cəmindən 2, Rusiyanın ümumi büdcəsindən isə 12 dəfə çoxdur
-
Putin dünya müharibəsinə hazırlaşır?
Moskvada 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib...
-
III Dünya müharibəsinin 1 metrliyində
ABŞ-la Rusiyanın təyyarələri möcüzə nəticəsində toqquşmadı
-
ABŞ-ın Suriyada kürd döyüşçüləri dəstəkləməsi Ankaranı narahat edir
«Belə addımlar Suriyanın birliyi və ərazi bütövlüyü üçün son dərəcə təhlükəlidir»
-
ABŞ Şimali Koreyanın «raket zərbəsinə» hazırdır
Pentaqon qitələrarası raketlərə qarşı müdafiə sınaqlarından üzüağ çıxdı
-
ABŞ Əsədi bombaladı...
...Rusiyaya açıq şəkildə meydan oxudu
-
Pentaqona verilən möhlət bitdi
Bu həftə Trampa İŞİD-lə mübarizə planı təqdim olunacaq
ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya təlim komandanlığı avropoid irqindən olan Rusiya hərbi qulluqçularının canlı RNK nümunələrinin alınması üçün tender elan edib. (RNK bütün canlı orqanizmlərin hüceyrələrində olan üç əsas makromolekuldan biridir, digər ikisi DNK və zülaldır).
Virtualaz.org «Arqumenti i Faktı» nəşrinə istinadən xəbər verir ki, tender barədə elan ABŞ-ın dövlət satınalmaları saytında yerləşdirilib. Elana əsasən təchizatçı şirkət Rusiyadan olan donorlardan 12 RNK molekulu nümunəsi və əzələ toxumasının 27 sinovial maye nümunəsini alıb ABŞ Hərbi Hava Qüvvələri komandanlığına təqdim etməlidir.
«Bütün nümunələr avropoid irqinə mənsub olan, yetkinlik yaşına çatmış və kişi cinsinə məxsus sağlam donorlardan götürülməlidir. Hökumət Ukraynadan olan toxuma nümunələrini qəbul etməyəcək»-sənəddə deyilir. Formal olaraq toxumaları hərbi təyyarəçilər hazırlayan struktur alır, lakin toxumalar Texas şttatındakı Leklend şəhərində yerləşən 59-cu Amerika hərbi tibb komandanlığına çatdırılacaq. Satınalmaların kuratoru Markus Mettinqli bu tenderi şərh etməkdən imtina edib.
Və Rusiya nəşri dərhal bu nəticəyə gəlib ki, ABŞ-da elan olunan bu tender ruslara qarşı hansısa yeni bioloji silah hazırlamaq cəhdlərinin bir hissəsidir. «Görürsünüzmü, RNK nümunələrini ancaq orduda xidmət edən sağlam kişilərdən əldə etmək tələb olunur», - hərbi ekspert və BMT-nin bioloji silahlar üzrə komissiyasının keçmiş üzvü İqor Nikulin deyir.
Ekspert deyir ki, son illər ABŞ Rusiyanı hər tərəfdən bakterioloji laboratoriyalarla əhatələyib. Pentaqon dünyada biolaboratoriyaların yaradılmasına milyard dollardan çox pul xərcləyib. Belə laboratoriyaların sayı artıq 400-ü keçib.
«Onlar əsasən Afrikada, Latın Amerikasında, Asiyada yerləşiblər. Lakin keçmiş SSRİ ərazisində də onların sayı 20-dən az deyil. Bu laboratoriyalar Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Ukraynada yerləşiblər. Ötən il üç belə laboratoriya Ermənistanda açıldı, növbədə Azərbaycandır», - Nikulin deyir.
Ekspert iddia edir ki, ABŞ qəsdən Rusiyanı hər tərəfdən biolaboratoriyalarla əhatə dir. Bundan əlavə Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ABŞ-a sovet dövründən laboratoriyalarda saxlanılan təhlükəli xəstəlik törədicilərinin kolleksiyasını veriblər. «Və bunlar ABŞ-a imkan verdi ki, Rusiyanın bu sahədə hansı potensiala malik olduğunu öyrənsin», - Nikulin deyir.
ABŞ keçmiş sovet ölkələrindən təhlükəli xəstəlik daşıyıcıları olan mikroorqanizmləri onların yayılması riskinin qarşısını almaq üçün aldığını bildirir. Lakin Rusiyada bu izahla razı deyillər və hətta XİN ABŞ-dan tələb edib ki, keçmiş sovet respublikalarında biolaboratoriyalar açmasını və mikroorqanizmlərlə işləməsini izah etsin.