
Doha əməliyyatının sirri
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
12 günlük müharibədən sonra Tehran üstün xüsusiyyətlərə malik raketləri olduğunu deyib
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Yarım milyardlıq layihənin 135 milyonunu Berlin ödəyib
İsrailli nazir Xameneyiyə sui-qəsd hədəsini təkrarladı
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
2019-cu ilin yanvarında bəzi KİV-lər ABŞ ordusunun İsrailin “Rafael” şirkətindən iki batareya “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi almaq üçün Konqresdən maliyyə istəyəcəyini xəbər veriblər.
Bu haqda “The National İnterest” yazır. Məlumata görə sövdələşmənin qiyməti 373 milyon dollardır. Bura 240 “Tamir” raketi, 12 buraxılış qurğusu, iki radar və komanda mərkəzi daxildir. Gözlənilir ki, Pentaqon 2013-cü ilə qədər daha iki batareya “Dəmir Günbəz” (”İron Dome”) sifariş verəcək.
İsrail müdafiə qüvvələri “Dəmir Günbəz” sistemini 2011-ci ildən tətbiq edir və o vaxtdan bəri sistem Livan, Suriya və Qəzza sektorundan buraxılmış 1700-dən çox idarəolunmayan raketi, minomyot mərmilərini zərərsizləşdirib. “Dəmir Günbəz” habelə təyyarələri, pilotsuz aparatları, ola bilsin qanadlı və ballistik raketləri də zərərsizləşdirə bilir.
İsrail müdafiə qüvvələri bu sistemin sayəsində idarəolunmayan raketlərin və minomyot mərmilərinin 75 faizə qədərini zərərsizləşdirə bilib. Habelə sistem bu yaxınlarda Suriyadan buraxılan İran ballistik raketini də havada vurub.
Lakin sistemin iqtisadi baxımdan nə dərəcədə mənfəətli olması başqa məsələdir. Çünki “Dəmir Günbəz”in təchiz edildiyi “Tamir” raketlərinin birinin qiyməti 35 min dollardır, hərçənd Pentaqonun sorğusunda raketin qiyməti 150 min dollar göstərilib. Bu baxımdan ehtimal edilir ki, söhbət daha böyük radiusa malik olan və ballistik, qanadlı raketləri də zərərsizləşdirə bilən yeni “Tamir” raketindən gedir. Çünki Pentaqon həmin raketlərin modernizasiyası üçün bir neçə il əvvəl “Rafael” şirkətinə 1.5 milyard dollar ayırmışdı.
“Tamir” raketi hətta 150 min dollara olsa belə ABŞ-ın “Patriot” raketləri ilə müqayisədə qəpik-quruşadır. Çünki “Patriot” raketlərinin qiyməti bir neçə milyon dollardır. Lakin burası da dəqiqdir ki, “Tamir” raketlərinin qiyməti onların məhv etdiyi idarəolunmayan raketlərin və mərmilərin qiymətindən dəfələrlə bahadır.
Bununla belə “Dəmir Günbəz” cəbhəboyu ərazilərdə strateji obyektləri və hərbi kazarmaları düşmənin kütləvi artilleriya-raket zərbələrindən müdafiə etmək üçün effektiv vasitədir. Habelə bu sistem digər hava və raket hücumundan müdafiə sistemləri ilə adaptasiya şəraitində daha çox effektli ola bilər. Hesab edilir ki, 2-4 “Dəmir Günbəz” batareyasının köməyi ilə cəbhəboyu ərazilərə qoşunların müdafiəsini əhəmiyyətli ölçülərdə təmin etmək mümkündür.
Müəllif Sebastayn Roblin yazır ki, “Rafael” şirkəti 2016 və 2018-ci illərdə “Dəmir Günbəz”i Azərbaycana və Rumıniyaya satıb. Hərçənd bu ölkələrin neçə batareya “Dəmir Günbəz” aldığı məlum deyil.
Xatırladaq ki, Azərbaycanın İsraildən “Dəmir Günbəz” sistemləri almaq üçün anlaşdığı, hətta müqavilə bağladığı haqda bundan əvvəl bir neçə dəfə xarici mənbələrdə məlumatlar yayılıb.