
Finlandiya sərhədində hərəkətlilik
Ukrayna müharibəsindən sonra NATO-ya daxil olan ölkə peyk görüntülərindən narahat olub
Ukrayna müharibəsindən sonra NATO-ya daxil olan ölkə peyk görüntülərindən narahat olub
“ABŞ zənginləşdirmə qadağasında israr etsə, danışıqlar uğursuz olacaq”
Zelenskinin məktubunda Trampa nə yazılıb?
Tramp gözünü Yunanıstan limanlarına dikib
ABŞ-ın keçmiş prezidentində xəstəliyin ən aqressiv forması tapılıb
Ukrayna ABŞ-la müdafiə və ticarət sahəsində əməkdaşlıq istəyir
Üç ay əvvəl Oval kabinetdə mübahisələri olmuşdu
2300 illik İpək Əlyazmalarının birinci cildi şəxsi kolleksiyadadır
ABŞ Qara dənizə nəhəng kəşfiyyat təyyarəsi göndərib
Məxfi Xidmətlə Ceyms Komini qarşı-qarşıya gətirən “kod”
Rusiya bu günə qədər Ukraynaya ən hücumu həyata keçirib
Rusiyada böyük türk hərəkatı ideyası
3 dirəyin sınması nəticəsində 2 ölü, 20 yaralı var
Tramp: “Əmir İrana, əslində, böyük kömək edir”
“Oyunu dəyişdirən addımlar” amerikalı olmağın nə demək olduğunu hiss edəcək
Çiplərdə gizli hissələr var, dünya təlaşlanıb
Rusiya prezidenti Vladimir Putinin ötən həftə Federal məclis qarşısında hesabat xarakterli çıxışı zamanı ABŞ-ı hipersəs sürətli yeni raketlərlə hədələməsindən sonra “Rossiya 1” kanalı bu təhdidləri daha da konkretləşdirib. Telekanal “Vesti nedeli” proqramında bildirib ki, Vaşinqtondan təhdid yaranacağı halda min kilometr mənzilli, hipersəs sürətli “Sirkon” raketləri Pentaqonun binası və ABŞ prezidentinin idarəetmə mərkəzi də daxil olmaqla bir neçə strateji hədəfi vuracaq.
Putin həmin raketlə bağlı çıxışında demişdi ki, ABŞ Rusiyanın “yastığının altında” daha nəyin olduğunu nəzərə almalıdır. Onun sözlərinə görə, bu 9 Max sürətlə (saniyədə 3 kilometrdən çox) uçan “Sirkon” raketidir və həmin raketin sınaqları uğurla davam edir.
“Sirkon” raketi gəmilərdə yerləşdiriləcək və Rusiya ekspertlərinə görə həmin raket ABŞ sahillərinə 500 kilometr məsafədən buraxılsa sahildən 500 kilometr dərinlikdəki strateji hədəfləri vuracaq. Və həmin raketlərə qarşı heç bir müdafiə yoxdur, çünki sürəti olduqca yüksəkdir və buraxıldıqdan cəmi 4-5 dəqiqə sonra hədəfə çatır. Bu vaxt ərzində onu aşkar etmək mümkündür, amma vurmaq mümkün deyil.
“Rossiya 1” telekanalı bildirir ki, “təhdid yaranacağı” halda ABŞ-ın şərq sahillərində vurulacaq hədəflər bunlardır: Vaşinqtonda Pentaqonun binası, Kemp-Deviddəki hökumət idarəetmə məntəqəsi və ABŞ prezidentinin Merilend ştatında, Fort-Riçdə yerləşən idarəetmə mərkəzi ilə qərargah rəisləri Komitəsinin komanda mərkəzi.
Daha iki potensial hədəf isə Qərb sahilində yerləşir-Kaliforniya ştatında, Mak-Klellanda strateji hücum qüvvələrinin idarəetmə mərkəzi və Vaşinqton ştatında, Cim-Krikdə nüvə qüvvələrinin idarəetmə məntəqəsi.
Beləliklə, istər Rusiya rəhbərliyi, istər Kremlin təbliğat maşını ABŞ-la hərbi qarşıdurmanın dozasını getdikcə artırır və Birləşmiş Ştatlarla potensial müharibədə qarşı tərəfin cavab şansı olmadığını qabartmağa çalışır. Çünki planlaşdırıldığı kimi heç bir raketdən müdafiə sisteminin tuta bilmədiyi “Sirkon” raketləri yuxarıda sadalanan hədəfləri vursaydı o zaman ABŞ-ın cavab zərbəsi endirmək şansı praktiki olaraq qalmazdı. Başqa sözlə, Rusiyada belə əminlik yaranır ki, onlar ABŞ-ı potensial qarşıdurmada sürətlə məğlub etməyə imkan verən vasitələrə malikdirlər.
Hərçənd Rusiyanın ekspert çevrələrində heç də hamı “Rossiya 1” telekanalının qənaətini bölüşmür. Hərb elmləri doktoru, 1-ci dərəcə kapitan Konstantin Sivkov deyir ki, ABŞ-ın strateji idarəetmə mərkəzlərinə qarşı “Sirkon” raketini tətbiq etmək fikrinə düşmək “tamamilə axmaqlıqdır”. Çünki həmin raketlərlə silahlanmış gəmilər heç ABŞ sahillərinə 500-1000 kilometr də yaxınlaşa bilməz.
“Çünki orada gülü suüstü və sualtı nəzarət sistemi qurulub. “Sirkon” raketləri daha çox gəmi qruplaşmalarını məhv etmək üçün nəzərdə tutulub. Onunla yerüstü hədəflərə də atəş açmaq olar, amma sürəti yüksək olsa da adi döyüş başlığı daşıyır. Ona görə də yerin altında, güclü mühafizəyə malik komanda mərkəzlərini sıradan çıxarmaq üçün bu raketlər kifayət deyil”, - ekspert deyib.
Sivkov hesab edir ki, Sakit okean və ya Atlantik okeanı akvatoriyasından ABŞ ərazisinə raket zərbəsi endirmək üçün iki-üç Rusiya gəmisi ayrılarsa onları qorumaq üçün azı 15 başqa gəmi lazımdır. Bu qədər sayda gəminin cəmləşməsinə isə ABŞ imkan verməz.