

Müharibə veteranı və istefada olan general da daxil olmaqla 6 nəfər həbs olunub
Rumıniyadan ABŞ-a gedən Endrü və Riçard Teytlə qardaşları bağlı növbəti araşdırma
Rusiyanın hərbi attaşesi və köməkçisi persona non qrata elan edilib
Rumıniyada ləğv edilmiş prezident seçkilərinin qalibi Corcesku saxlanılıb
Maya Sandu: “Bizim demokratik proseslərimiz bu təhdidlər üçün nəzərdə tutulmayıb”
Rumıniyadan Niderlanda sərgilənmək üçün gətirilmişdi
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
Güclü yağışlarla mübarizə paran Rumıniyada 4 nəfər həlak oldu
NATO-ya Rusiya xəbərdarlığı
Rusiya Moldova diplomatını “persona non-qrata” elan etdi
Rumıniya və NATO rəsmiləri PUA qalıqları ilə bağlı ard-arda açıqlama verib
Rusiya PUA-ları Avropa istiqamətində Ukrayna sərhədini keçib
Daha bir keçmiş sovet respublikası AB-yə üzv olmaqda qərarlıdır
Uzun sürən danışıqlardan sonra Avstriyanın “saqqızını oğurlaya bildilər”
“Qeyri-dost hərəkətlərə artıq alışmışıq”
Qarabağda müharibə başlayır?
Moldova Rusiyadan sürətlə uzaqlaşır. Moldovada Rusiya televiziyalarının informasiya, analitik-informasiya, siyasi və hərbi məzmunlu proqramlarının yayımı qadağan olundu.
Parlament bu barədə ötən ilin dekabrında qanun qəbul edib, lakin prezident Dodon sənədi imzalamaqdan 2 dəfə yayınıb. Bundan sonra parlament üzvləri Konstitusiya Məhkəməsinə müraciət ediblər və KM prezidentin səlahiyyətlərini müvəqqəti dayandıraraq qanunu imzalamaq səlahiyyətini parlament sədrinə verib. Daha əvvəl də nazirlərin təyinatında iki dəfə bu cür situasiya yaranmış və hər dəfə KM hökumətin köməyinə gəlmişdi.
Moldova parlamentli respublikadır. Parlament çoxluğu və hökumət qərbyönlü, prezident isə rusiyayönümlüdür. Konstitusiya Məhkəməsi hakimlərinin əksəriyyətinin qərbyönlü olması hökumət-prezident çəkişməsində birincilərin işini asanlaşdırır. Bu ikibaşlılıq əslində toplumun əhval-ruhiyyəsini də əks etdirir, əhali arasında avrointeqrasiya tərəfdarları ilə Rusiyaya simpatiya bəsləyənlərin sayı təxminən yarı-yarıyadır. Paytaxt Kişinyovda və gənc nəsil arasında avrointeqrasiya tərəfdarları çoxluqdadır, Rusiyanı əsasən orta və yuxarı yaş kateqoriyasından olanlar və bizim qaqauz qardaşlarımız dəstəkləyir. Rusiyaya bağlılıqda məzhəb amili – pravoslavlıq mühüm rol oynayır.
Moskva Qaqauz Yerində separatizm yarada bilər, amma bu bölgə və ümumilikdə Moldova ilə Rusiya arasında quru sərhədinin olmaması mühüm amildir. Bu, Moskvanın imkanlarını xeyli məhdudlaşdırır. Dnestryanı problemin həllində də irəliləyiş var. Separatçı ərazi ilə Moldovanın digər hissəsini birləşdirən körpü açılıb, alver başlayıb, separatçılar öz ərazilərində rumın (moldovan) dilində məktəblərin yenidən açılmasına razılıq veriblər, Kişinyov isə separatçıların Tiraspoldakı ali məktəbinin diplomlarını tanıyacağını bildirib. Yəni yavaş-yavaş Dnestryanı ərazinin Moldovaya reinteqrasiyası başlayıb, Rusiyanın pulunun qurtarması bu proseslərdə önəmli rol oynayır.
Moldovanın qərbyönlüləri isə öz növbələrində ölkənin Rumıniyaya inteqrasiyası istiqamətində addımları sürətləndirirlər. Dövlət dili rumın dili adlandırılıb, məktəblərdə Moldova yox, Rumıniya tarixi öyrədilir, ötən il dekabrın 1-də Buxarestdə Rumıniyanın müstəqillik günü ilə bağlı keçirilən hərbi paradda Moldova əsgərləri də iştirak edib, ölkələr enerji sistemlərini birləşdiriblər, Rumıniyadan Moldovaya qaz kəməri çəkilib, hər iki ölkə parlamentlərinin birgə toplantısı keçirilib, hökumətlərin də birgə iclası keçiriləcək və s...
Bu il Moldovada keçiriləcək parlament seçkiləri ölkənin gələcəyi baxımından tarixi əhəmiyyətə malik olacaq.