«Harrasment»
Şəhvətpərəst siyasilər üçün qorxunc kəlmə, şorgöz siyasətçilərin qadın düşkünlüyü başlarına bəla olmaqdadır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“O biri dünyaya gedən yol”
Əsrarəngiz abidələrin sirri açıldı
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
Təbiətlə əlaqə tələbi
Hər 4 uşaqdan 3-ü canlı aləmlə ünsiyyətdə olmaq istəyir
-
Viza şərtləri sərtləşdirir
Qərb dəyərlərinə hörmət etməyən və cinayət riski yüksək olanlar Britaniyaya buraxılmayacaq
-
“Yaşıl” təyyarə
Çox ucuz qiymətə və ən səmərəli hava gəmisi
-
Murun İrəvan səfəri
“MI-6” rəhbərini Ermənistana gətirən səbəb
-
Murun İrəvan səfəri
“MI-6” şefinin “ayaq izləri” hara aparır?
-
1 milyon funt-sterlinq qazanıb
Vəzifədən getməsi Boris Consona düşüb
-
Mühafizəkar ingilislər bəyənmirlər
Ailəsi haqqında serial şahzadə Harrinin populyarlığını minimuma endirib
-
La-Manşda qayıq batıb
30-50 arası miqrantın axtarışına başlanılıb
-
Sıxılmış qaz ixracı artırılacaq
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
-
30 ildə ilk dəfə ...
Britaniya hökuməti kömür mədəni layihəsinə lisenziya verdi
-
“Sərt qanunlar üzərində işləyirəm”
Baş naziri Sunakdan tətil qərarı verən həmkarlar ittifaqına sərt xəbərdarlığı
-
“Əminəm ki, əsəbləşəcəklər”
İngiltərədə dəmiryol işçiləri tətil edir
-
İngiltərədə bir ənənənin sonu
Lordlar palatasını ləğv etmək istəyirlər
-
Təyyarədə bomba əndişəsi
Polşadan İngiltərəyə uçan hava gəmisi Praqada məcburi eniş edib
«Harrasment» - Qərb siyasətində indi ən dəbdə olan sözlərdən birinə çevrilib. Bunu Azərbaycan dilinə daha çox «sataşma» kimi tərcümə etmək olar. Dünyanın əksər yerlərində, daha doğrusu, demokratik ölkələrdə tabeçiliyi altında olan qadına seks obyekti kimi baxan siyasətçilər bir gün ilişəcəklərindən əndişəlidirlər. Çünki yaxalandıqları və ifşa olunduqları anda onların karyerası, demək olar ki, bitmiş olacaq.
Lakin bunu parlamentdəki qadın müxbirlərə sataşan Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski haqqında söyləmək çətindir. Olub-bitənlər Slutskinin heç vecinə də deyil. Çünki müstəqil hüquq-mühafizə sisteminin mövcud olmadığı, Krılovun məşhur təmsilində olduğu kimi, güclülərin zəifləri əzdiyi Rusiyada Qərbdən fərqli olaraq belə işlər «ayıb» hesab edilmir.
Məsələn, uzaq Şərqin ən uzaq ölkələrindən birində, Cənubi Koreyada hakim partiyanın üzvü və vilayət quebrnatorlarından biri, An Hi Çjon zorlama ittihamı ilə üzləşdikdən sonra istefaya getməyə məcbur olub.
An Hi Çjon partiyasının yüksəlməkdə olan ulduzlarından və hətta 2022-ci ildə keçiriləcək prezident seçkilərində real namizədlərdən biri hesab olunurdu.
Onunla bağlı qalmaqal isə köməkçisi Kim Çi Inın təcavüz ittihamı ilə mətbuatda çıxış etməsindən sonra başlayıb. Əvvəlcə An Hi Çjon köməkçisi ilə intim əlaqəsini inkar etməyib və bunun qarşılıqlı istək zəminində baş verdiyini söyləyib. Lakin daha sonra o, nədənsə bu ifadəsindən vaz keçib və günahkar olduğunu ictimaiyyətə çatdırıb. Koreyalı siyasətçi Çxunçxon-Namdo vilayətinin rəhbəri postunu tərk etməli olub.
Kim Çi In An Hi Çjonin onu 4 dəfə zorla cinsi əlaqəyə məcbur etdiyini bildirib. Görünür, siyasətçi canını təkcə istefayla qurtara bilməyəcək. Çünki Cənubi Koreya polisi artıq cinayət işinə başlayıb.
Siyasətdəki seks qalmaqalları məsələsində lider olaraq ABŞ və Böyük Britaniya sayılır. Bu da olduqca təbiidir. Çünki başqa ölkələrdən fərqli olaraq burada siyasətçilər üzərində ictimai nəzarəti təmin edən azad mətbuat var.
ABŞ-da hazırda bu cür sataşma ittihamı ilə ən çox ölkənin birinci şəxsi, yəni Donald Tramp üzləşir. Bundan başqa, Minnesota senatoru El Franken, Nümayəndələr palatasının üzvü Stiv Libsok, Kolorado ştatından deputat (demokrat) Pol Rozentalın başı bu cür qalmaqallarla dərddədir.
Eyni sözləri Böyük Britaniya haqında söyləmək olar. Keçən ilin payızında bir neçə qadın birdən Uels hökumətinin naziri və Leyborist partiyasının üzvü Karl Sarceni onlara qarşı uyğunsuz davranış sərgilməkdə günahlandırdılar.
Bu ittihamlardan sonra Sarcen həm hökumətdəki, həm də Leyborist partiyasındakı mövqelərindən məhrum oldu. Bir neçə gün sonra isə onu öz evində ölü olaraq tapdılar.
Böyük Britaniyada bənzər ittihamlarla vəzifələri ilə vidalaşan siyasətçilər arasında keçmiş müdafiə naziri Maykl Fellon, mühafizəkar deputat Çarli Elfikeni də göstərmək olar. Bundan başqa, baş nazirin müavini Demien Qrirə qarşı da eyni ittihamlar səsləndirilib.
Fransanın Milli Assambleyasının vitse-spikieri Deni Bopen, Avstraliyanın baş nazirin müavini Barnabi Coysun adları da bu kimi qalmaqallarda çəkilib.
Seksual sataşmaya görə real olaraq həbs cəzası çəkənlərin başında isə İsrail prezidenti Moşe Katsavı qeyd etmək lazımdır. Katsav nə az nə çox, düz 10 qadını zorlamaqda ittiham olunub. Israil məhkəməsi onu 2011-ci ildə 7 il həbs cəzasına məhkum edib.