İki strateji yüksəklik işğaldan azad olundu
Azərbaycan ordusunun Naxçıvanda tutduğu Qızılqaya postu Laçın yoluna nəzarət imkanı verir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dirilik suyu Naxçıvanda-İlandağda yerləşir?
Qədim qaynaqlar və əfsanələr haqqında ...
-
Amazonların izi ilə...
Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir
-
Bənəniyar faciəsi ...
... yaxud "Lent.az"dakı işimi necə itirdim?
-
Naxçıvana həyatı qaytarmağın yolu
Bir nazirin oğurladığı pula iki aeroport tikmək olar
-
Talıbov istefa verdi
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib
-
Milli təsviri sənət salnaməsinə töhfə
“Naxçıvan rəssamlarının ensiklopediyası”
-
Süni əngəllərlə boğulan Naxçıvan
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
-
Ləğv edilə bilər, yoxsa yox?
Naxçıvanın muxtar statusu ilə bağlı ciddi sual
-
Dərə xəlvət olanda ...
... Yaxud “Muxtarlıq”ın xanədanı
-
Naxçıvanda həbslər başladı
132 milyon dövlət vəsaiti mənimsənilib
-
“Həddini aşana yer ver, əlinə bel”
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
-
Naxçıvanda nə baş verir?
Yoxlamalar, yasaq, nəzarət ...
-
“Naxçıvanla bağlı ...”
DTX rəsmi açıqlama yaydı
-
Naxçıvan BTQ-yə qoşulur
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
-
Türkiyənin yeni Naxçıvan planı
Ankara muxtar bölgənin müdafiəsini gücləndirir; Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək
-
Naxçıvanlıları sevindirəcək inqilabi qərar
Muxtar respublikaya gedən sərnişin avtobusları İranda gömrük yoxlamasından keçirilməyəcək
Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi tərəfindən bu günlərdə iki strateji yüksəkliyin tutulması ilə nəticələnən əməliyyatının bəzi yeni təfərrüatları məlum olub.
Virtualaz.org xəbər verir ki, “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi Xəbərlər” qrupunda yayılan məlumata əsasən düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti İrəvan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.
Günnüt kəndinin ətraf yüksəklikləri 1992-ci il mayın 9-da Ermənistan silahlı bölmələri tərəfindən tutulmuşdu və nəticədə düşmən həmin kəndi atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin postları arasında neytral zonada qalmışdı. Lakin ordumuzun son əməliyyatından sonra bu kənd atəş altından çıxarılıb.
Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində ordumuzun mövqelərini irəli çəkməsi barədə məlumatlara şərh vermir. Ermənistanda isə hərbi reportyor, “Hetq” online-nəşrinin baş redaktoru Edik Bağdasaryan Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək “böyük ərazini” nəzarətə götürdüyünü bildirmişdi. Sosial şəbəkələrin erməni seqmentində də bu barədə danışılır, Ermənistan Müdafiə Nazirliyi isə şərh vermir.