vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
01:03 | 21 fevral 2014 | Cümə Məqaləyə 2689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vyana Yanukoviçi qəbul etmədi

Vyana və Almaniya hava limanları Ukrayna təyyarələrini qəbul etmir; hakim «Regionlar Partiyası»nın 14 deputatı istefa verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Musavat.com-a daxil olan məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviçin ailə üzvlərinin də olduğu təyyarə Vyana hava limanına qəbul olunmayıb və geri qaytarılıb. Xarici media qaynaqları da ad çəkmədən ümumi şəkildə məlumat yayıblar ki, Ukraynanın bir sıra vəzifəli şəxslərini və onların yaxınlarını daşıyan təyyarələr ayrı-ayrı Avropa ölkələrinin paytaxtlarına qəbul olunmayıblar. Onların bəzilərini isə hava limanında gözlədərək, daha sonra geriyə uçan təyyarələrə mindiriblər.

Musavat.com-a elektron poçtla Avropadakı qaynaqdan gələn xəbərdə iddia olunur ki, Yanukoviçin çarter reyslə Avstriyanın paytaxtı Vyanaya gələn bəzi ailə üzvləri də hava limanında saxlanıblar və geriyə, onların öz seçimi ilə Moskvaya uçan təyyarəyə otuzdurulublar. Məlumatı digər qaynaqlardan təsdiqlədə bilmədik.

Lakin 20 avqust tarixli xəbər gününün sonunda Ukrayna mediası məlumat yaymışdı ki, Yanukoviçin ailə üzvləri - böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə «Borispol» aeroportundan havalanıb. Bu barədə Ukrayna deputatı Oleq Lyaşko Facebook hesabında yazıb. O, əlavə edib ki, »Borispol» aeroportunun VİP terminalında hakim «Regionlar Partiyası»nın deputatları Saldo və Povaliy da olublar: «Xalqın qəzəbindən qaçırlar. Qoy, o zaman heç qayıtmasınlar». 

Əlavə olaraq onu da qeyd edək ki, eyni qaynaq müsavat.com-a yazıb ki, hakim «Regionlar Partiyası»nın 14 üzvü istefa verib.

P.S. Saat 03.30 radələrində Avropadakı qaynağımız yazdı ki, Frankfurt hava limanı ukraynadan uçan təyyarəni içərisində vəzifəli məmurlar və onların yaxınları olması məlumatı üzündən qəbul etməyib: «4 ədəd xüsusi təyyarə isə Ştutqart hava limanından geri, havalandıqları Odessaya qaytarılıb».