Çetniklərdən ilhamlanan terrorçu
Türk düşməni, neonasist, antiqlobalist …
Şahin CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İntihar paketi” can almağa davam edir
Yeni Zelandiyadakı 4 ölüm kanadalı aşpazın satdığı qida əlavəsi ilə bağlıdır
-
Havaya qalxan təyyarədən tullandı
Polisdən qaçırmış
-
ABŞ Türkiyədən nə istəyir?
Qərb bir əli ilə terror törədir, digər biri əli “göz yaşını” silir
-
50 cəsədin kimliyi 27 il sonra bilindi
İndiyədək qətliamın 6 min 671 qurbanının kimliyi müəyyənləşdirilərək dəfn olunub
-
“Beş göz”ün gözündən yayınanlar
Asimmetrik təhdidlərə qarşı boşluqlar var
-
«Bosniya qəssab«ına ağır cəza
Müsəlmanların soyqırımında təqsirləndirilən generala ömürlük həbs verildi
-
Alimlər yeni qitə kəşf etdi
Yeni torpağın 95 faizi suyun altındadır
-
Yeni Zelandiya terrorçusu Brenton Tarrant hadisəni törətməyə gedəndə avtomobilində çetnik marşı dinləyib.
Qısaca deyim ki, çetniklər serb-pravoslav radikallarıdır. “Böyük Serbiya” xəyalı uğrunda mübarizə aparırlar. Yuqoslaviya dağılarkən Bosniya və Kosovoda Serbiya ordusu ilə bərabər müsəlmanlara qarşı soyqırım və qətliamlar törədən silahlı serb dəstələri çetniklər idi. Vaxtilə Osmanlı Balkanları və pravoslav xristianlığın mərkəzi Konstantinopolu ələ keçirdiyi üçün antitürk xətti çetniklərdə güclüdür. Görünür, Tarrantın ya bu qruplarla əlaqəsi var, ya da internetdə onların təbliğat materiallarını görüb və təsirlənib. Onun Sultan l Muradı öldürmüş Miloş Obiliç və türklərlə döyüşlərdə tarixi qələbələrə imza atmış gürcü (pravoslav) çarı Qurucu David və çariça Tamaranın əri David Soslanı vəsf etməsi böyük ehtimalla buradan irəli gəlib.
Çetnik qruplarının Rusiya kəşfiyyatı ilə əlaqələri sirr deyil. Onlar Donbasda Ukraynaya qarşı da döyüşür. (Bu barədə “YouTube”da videolar var.) 2016-cı ildə Rusiya Mərkəzi Kəşfiyyat idarəsinin (MKİ – QRU) Monteneqroda təşkil etdiyi uğursuz çevriliş və sui-qəsd cəhdində çetniklərdən də yararlanmışdı.
Terrorun əsas motivi isə budur ki, miqrantların axını qarşısında Avropa mədəniyyəti və identikliyi məhv təhlükəsi ilə üzləşib, avropalıların sayı azaldığı halda, gəlmələr sürətlə çoxalır. Tarrant Fransada gördüklərindən dəhşətə gəldiyini bildirir və buna görə Merkel ilə Makronu lənətləyir. O, hadisədən əvvəl yazdığı manifestdə bu barədə geniş bəhs edib. Yazının ruhu və məzmunu ümumilikdə Qərbdəki (ABŞ başda olmaqla) “alternativ sağ”çı (“Alt-Right”), neonasist, antiqlobalist, liberal düzəni dəyişmək istəyən, bu səbəblə Putini həmfikir kimi görüb ona rəğbət bəsləyən qrupların ritorikası və baxışlarına yaxındır.