
“Apple” “Formula 1”in yayım hüquqlarını aldı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Psixoloji səbəblər və elmi baxış
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Qədim qızıldərili mifologiyası gündəmdə
Türkiyə açıq mətnlə deyir ki, İstanbuldakı terror ABŞ-ın sifarişi ilə həyata keçirilib. Buna zərrə qədər şübhə yoxdur. ABŞ “dirijor çubuğu”nu qaldıran kimi PKK/YPG Türkiyədə günahsız insanların qanını tökür. Lazım gələndə İŞİD və FETÖ-nü də Türkiyəyə qarşı qaldırılır. Birləşmiş Ştatlar başda olmaqla Qərb Türkiyədən nə istəyir? İtaət, təzim, vassalıq. Türkiyəni sözəbaxan ölkə olmasını arzulayırlar.
Əgər yadınızdadırsa, Co Baydenin prezident seçkisindən əvvəl Türkiyəni hədələmişdi, Ərdoğanı devirəcəyini bildirmişdi. Özünü demokrat adlandıran, insanın belə işlərlə məşğul ola bilməz. Co Baydenin düşüncəsi tipik faşist yanaşmasıdır...
2016-cı il 15 iyulunda Türkiyədə dövlət çevrilişi edə bilməyən ABŞ və Avropa Birliyi rəsmi Ankaraya qarşı qəsd planları hazırlayır və bu planları terrorçu təşkilatların əli ilə həyata keçirir.
Türkiyənin böyüməsi, güclənməsi, Türk Dövlətlərinin bir araya gəlməsi Qərbi ciddi şəkildə narahat edir. Məntiq də onu deyir ki, Türkiyəni ram edə bilməyən Qərb Türk Dövlətlər Birliyini qətiyyən ram edə bilməz. Mümkün olan iş deyil...
Sirr deyil ki, 2015-ci ildən bu yana ABŞ Yaxın Şərqdə YPG terrorçuları ilə birlikdə hərəkət edib, bu terror şəbəkəsinə minlərlə yük avtomobili silah-sursat və hərbi yardım göstərib. Vaşinqton-Ankara arasında bununla bağlı kəskin müzakirələr aparılıb. ABŞ və Avropa Birliyi PKK-nı terrorçu təşkilat kimi tanıyır. Ancaq Qərbə gələn PKK-çılara həmən oturum verir, xüsusi qayğı göstərirlir. YPG-ni isə ümumiyyətlə, terrorçu təşkilat kimi tanımırlar. Halbuki 2011-ci ildə yaranan YPG PKK-nın bir parçasıdır. O da yaxşı məlumdur ki, PKK/ YPG silahlı birləşmələrində Qərb ölkələrindən gəlmiş xeyli könüllü xidmət göstərir. Onlardan neçəsi hazırda Türkiyədə həbsdə yatır...
YPG ilə bağlı bir faktı deyim. Cənab Ərdoğan bəyanatlarının birində YPG-nin Suriyada etnik təmizləmə siyasəti apardığını bəyan etdi. “Amnesty International ” 2015-ci ilin oktyabrında bu faktı təsdiqlədi. Rəsmən bəyan etdi ki, YPG 100 ailəni (əsasən ərəbləri) yaşadığı ərazidən sürgün edib. Sonra nə oldu? BMT-də müzakirələr zamanı “Amnesty International” iddiası rədd edildi. Təbii ki, Qərbin fırıldağı nəticəsində YPG-yə bəraət verildi. Sonra nə oldu? YPG etiraf etdi ki, həqiqətən də bəzi ailələri nəzarət etdikləri ərazilərdən sürgün ediblər...
40 ildə 50 mindən çox insanı qətlə yetirmiş PKK Türkiyənin ayağına vurulmuş buxovdur.
2021-ci ilin fevralında Türkiyə PKK-ya qarşı “Pəncə-Qaplan-2″ əməliyyatı keçirdi. Terror təşkilatı o vaxt da Türkiyədə terror aktı törətmişdi. 13 nəfər, o cümlədən 3 Türkiyə hərbçisi şəhid olmuşdu. Həmin hadisədə də da ABŞ öz müttəfiqinin yanında olduğunu və şəhid hərbçilərin ailələrinə başsağlığı verdiyini bəyan etdi. İndi də Amerika NATO-da müttəfiqi olan Türkiyənin yanında olduğunu deyir. Amerika bir əli ilə terror törədir, digər biri əli “göz yaşını” silir. Və elə zənn edir ki, Türkiyə, bütövlükdə türklər bunun fərqində deyil.
Onu da xatırladım ki, onda Tayyib Ərdoğan ABŞ-ın sərt tənqid etdi və hətta onu “terror dövləti” adlandırdı.
Amma bəziləri inad edir ki, Amerika demokratik ölkədir. Şübhəsiz ki, Amerika demokratik ölkədir. Ancaq Amerika eyni zamanda imperialistdir və bütün dünyanı istismar etməklə məşğuldur. Kim bunu görmürsə və ya özünü korluğa qoyursa, namuslu hesab olunmur...
Elə Azərbaycana münasibətdə də biz ABŞ-ın qərəzli münasibətini görürük. Erməni lobbisinin parası ilə qidalanan bir sürü konqresmen, senator, it-qurd həyasız şəkildə erməniləri müdafiə edir. Hətta elələri var ki, qondarma “Artsax” haqqında müstəqil dövlət kimi danışır. Açıq şəkildə separatizmi müdafiə edir...
Hər bir azərbaycanlı dünyada nə baş verdiyini dəqiq bilməlidir. Bəzəksiz, düzəksiz real həqiqəti bilməsək düşmənlərimiz bizi əzəcək. Bizi öz maraqlarına tabe edəcək. Azərbaycanınsa kiməsə nökərçilik etməyə haqqı yoxdur. Biz türklər dünyanın ən şərəfli və ən məğrur xalqlarından biriyik. Kiməsə təzim etmək bizlik deyil...
P.S.: PKK/ YPG-yə dəstək verən təkcə Qərb deyil, Rusiya və İran da bu sırada yer alır. Hətta bəzi ərəb ölklərinin də bu işdə əli var...