
“Azərbaycanla fikir ayrılığımız yoxdur”
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Pashinyan imicə yatırım edib, reallıqdan qaçmaqda ittiham edilir
Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
Rejimin səlahiyyətliləri ucdantutma türk düşmənləridir
Nikol öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir...
Yaxud Zatulinin saxtakar ampluası
Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
.. Yaxud, dəhşətli videogörüntülər Bakıda mühakimə olunanları niyə qorxuya salıb?
... Yaxud müqəddəs gündə quduzlaşan “din xadimləri”
Və yaxud, Paşinyan niyə Parisin yox, məhz Bakının verdiyi “yol xəritəsi” əsasında hərəkət etməlidir?
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
Ermənistan referendumu 2026-da keçirəcək
Fürsətdən maksimum yararlanmalıyıq
SSRİ vaxtı Türkiyə sərhədi boyunca tikilən laboratoriya ABŞ-ın nəzarətinə keçir
Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı bəyanatı işğalçı ölkənin parlamentində də sərt təpki ilə qarşılanıb.
Erməni deputatlar Lukaşenkonun rusiyalı teleaparıcı Solovyova müsahibəsində İttifaq dövlətinin genişlənməsi perspektivlərindən danışarkən “Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdırmı?” fikirlərinə etiraz ediblər.
Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatlar bu cür bəyanatları qəbuledilməz və dövlət lideri üçün yersiz adlandırıblar.
Hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Akopyan isə “Ermənistan kimə lazımdır” sualına cavab olaraq Qazaxıstanda baş verənləri xatırladıb.
“Bu qiymətləndirmələr qınaq doğurur. Tərəfdaş ölkənin rəhbərinin digər tərəfdaş ölkə haqqında belə fikirlər söyləməyə haqqı yoxdur. Mən Qazaxıstanda baş verən son hadisələri xatırlatmaq istəyirəm ki, Ermənistan kimə lazımdır. Əminəm ki, cənab Lukaşenko Ermənistan Respublikasının kimə və kimə lazım olduğunu hamıdan yaxşı başa düşür”, - Akopyan bildirib.
Öz növbəsində, hakim fraksiyadan olan digər deputat Ovik Ağazaryan bildirib ki, Lukaşenko Rusiya hakimiyyətinə “ayı xidməti” göstərir.
O, belə bəyanatlar verməzdən əvvəl Lukaşenkoya məsləhət görüb ki, Minskdə “donuz tövləsini” xatırladan hava limanına getsin. (modern.az)