Dollarsız və səyahətsiz
Rusiyanın 24 fevraldan sonrakı vəziyyətini SSRİ dövrü ilə müqayisəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
İfrat sağ və irqçiliyin fəsadları
Tarixdə bəşəriyyətin törətdiyi ən böyük fəlakət – İkinci Dünya müharibəsi
-
Krım tatarları soyqırıma uğrayıb
Polşa 1944-cü il sürgününü tanıyan 5-ci ölkə oldu
-
Yaşın nə fərqi var?
Bütün xatirələrin özün kimi cavandır
-
Ov tüfəngi ilə silahlanan kosmonavtlar
SSRİ kosmonavtlarının gizli həqiqətləri ...
-
Stalinin şəxsi tərcüməçisi ...
... 43-cü ildə Tehranda keçirilən “Böyük üçlük” görüşünün təşkilatçısı olan azərbaycanlı
-
Çapaladıqca batır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
-
Eyni məqsədin müxtəlif formaları
“Oktyabr” bolşevizimi və “Fevral” teokratizmi
-
Xəzərdən Baltikə
“Adamlar və kitablar” silsiləsindən
-
Tsinpin ənənəni pozur
Pekin hansı “strateji səhvi” təkrarlamaq istəmir?
-
SSRİ dağıldısa onun qərarları da qüvvəsini itirdi
Qərb və Rusiya 1920-ci ilin Qafqaz xəritəsinə qayıtmalıdırlar
-
80 il əvvəlki Çerek qətliamı
Sovet əsgərləri 1500-ə qədər balkarı niyə öldürdü?
-
SSRİ-nin sonuncu amansızı
Putin imperiyanı qurmaq üçün cəlladını görəvləndirdi
-
Qırmızı imperiyanın avantürist rəhbəri
Qorbaçov Azərbaycan xalqının yaddaşında qanlı cəllad kimi qalacaq
Rusiya qoşunları Ukraynaya hücum etdikdən sonra rusiyalıların həyatı sürətlə dəyişməyə başlayıb. Sərhədlər bağlanır, rubl ucuzlaşır, qiymətlər artır. Qərb şirkətləri kütləvi şəkildə Rusiyadakı fəaliyyətlərinə son verir, bu ölkədən olan müştərilərinə xidmət göstərməyi dayandırırlar.
“Boeing”, “Airbus”, “Apple”, “Nokia”, “IKEA”, “ExxonMobil”, “BMW” və “Ford”, eləcə də, digər yüzlərlə başqa şirkət Rusiyadan getdiyini açıqlayıb.
Ölkənin böyük bankları SWIFT sistemindən çıxarılıb, “Visa” və “MasterCard” Rusiya banklarının kartlarına xidməti dayandırıblar. Kapitalizm yönlü dəyişikliklərin simvolu olan “McDonalds” da bu ölkədəki fəaliyyətini dayandırdığını elan edib.
Rusiyada son 30 ildə - SSRİ dağıldıqdan sonrakı dövrdə yaranmış şeylərin böyük əksəriyyəti əlçatmaz olur.
Valyuta SSRİ-də necə idi? ...
Sovet İttifaqında valyutanın sərbəst dövriyyəsi qadağan olunmuşdu, qanunsuz valyuta əməliyyatlarına görə cəzalar, hətta ölüm hökmü nəzərdə tutulurdu. Xarici valyutaların rəsmi məzənnəsi gülünc idi - 1 dolların qiyməti 64 qəpik müəyyənləşdirilmişdi, halbuki qara bazarda dollar dəfələrlə baha qiymətə satılırdı.
Yalnız xaricə ezamiyyətə və ya turist səfərinə gedənlər qanuni şəkildə və az miqdarda xarici valyuta ala bilərdilər, bu pulların xərclənməmiş hissəsi ölkəyə döndükdən sonra geri qaytarılmal idi (Hərçənd Sovet vətəndaşları, adətən, bütün məbləği xərcləyirdilər).
... Rusiyada necə oldu?
Çərşənbə günü gecə saatlarında Rusiya Mərkəzi Bankı nağd valyutayla əməliyyatlara məhdudiyyətlər tətbiq etdi - artıq Rusiyada dollar almaq mümkün olmayacaq.
Bankın açıqlamasına görə, hətta xaricə səyahət üçün də vətəndaşlara nağd valyuta satılmayacaq. Yeganə variant valyutanı Rusiyanın “Mir” kartından çıxarmaqdır. Ancaq bu kart çox az ölkədə - Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda işləkdir.
Banklarda valyuta hesabı olan şəxslər sadəcə 10 min dollar nağdlaşdıra bilərlər, bu məbləğdən artığını rubl olaraq götürməlidirlər. Avro çıxarmağa isə ümumiyyətlə icazə verilmir.
Vətəndaşlar yeni valyuta hesabları və depozitlər aça bilərlər, amma onlardan vəsaiti yalnız rublla çıxarmaq mümkün olacaq. Mərkəzi Bankdan verilən məlumata görə, bu “müvəqqəti qayda” sentyabrın 9-dək qüvvədə olacaq.
Sərhəd SSRİ-də necə idi?...
Xaricə gedə bilmək üçün sovet adamının “qüsursuz tərcümeyi-halı” olmalı və o, özü haqqında çoxlu arayış və xasiyyətnamə toplamalıydı. Xarici səfərlərə gedəcək namizədlərin hamısı KQB tərəfindən diqqətlə yoxlanılırdı. Diplomatlar və kəşfiyyatçılardan başqa, xarici pasportu dənizçilər, idmançılar, sənətçilər və sosialist düşərgəsi ölkələrinə turist səfərlərinə gedənlər də ala bilərdilər.
Xaricə getmək sovet vətəndaşlarının böyük əksəriyyəti üçün əlçatmaz idi.
... Rusiyada necə oldu?
Formal baxımdan Rusiyanı tərk etmək hələ ki qadağan olunmayıb, amma xeyli çətinləşdirilib. Bir çox ölkələrlə hava əlaqəsi dayandırılıb - Avropa İttifaqı, Avropanın bu quruma daxil olmayan digər dövlətləri, ABŞ və Kanada öz səmalarını Rusiya təyyarələrinə bağlayıblar.
Federal Hava Nəqliyyatı Agentliyi isə Rusiya aviaşirkətlərinə xaricə uçmamağı tövsiyə edib - əks halda icarəyə götürdükləri təyyarələri orda onların əlindən ala bilərlər.
Yeniliklərdən biri də budur ki, bəzi ölkələrin viza mərkəzləri rusiyalılardan viza üçün sənəd qəbulunu dayandırıb. Eyni zamanda, vətəndaşlara dollar satışına qadağa qoyulması da xaricə səyahət imkanını məhdudlaşdırıb.
KİV SSRİ-də necə idi?
Mixail Qorbaçov yenidənqurma elan edənə qədər SSRİ-də müstəqil KİV yox idi. Bütün qəzet və jurnallar, radio və televiziya kanalları dövlət büdcəsi tərəfindən maliyyələşdirilirdi, hamısı kommunist partiyasının və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərirdi.
Sovet KİV-lərinin əsas vəzifəsi sosializmi təbliğ etmək, Qərb ideologiyasına qarşı təbliğat aparmaq və Sov.İKP-nin (Sovet ittifaqı Kommunist Partiyası) idarəçilik metodlarını kütlələrə istiqamətverici və ən doğru mövqe kimi çatdırmaq idi.
Rusiyada necə oldu?
Fevralın 24-dən sonra “Roskomnadzor” müstəqil KİV-lərin bir çoxunu blokladı. Hazırda oxucular xəbərləri bu media quruluşlarının “Teleqram” kanallarından izləyirlər.
“Dojd” telekanalı fəaliyyətini dayandırdığını elan etdi (Keçən il bu kanalı “xarici agent” statuslu KİV-lər reyestrinə daxil etmişdilər).
“Qazprom-media” holdinqin tərkibindəki “Exo” radiosu qurumun Direktorlar Şurası tərəfindən ləğv edildi, efiri “Sputnik” radiosuna verildi.
Rusiya hərbçilərinin “diskreditasiyasına” görə 15 ilə qədər həbs cəzası nəzərdə tutan “hərbi yalan” haqqında qanun qəbul edildi. Bu, bir çox redaksiyaları əməkdaşlarını ölkədən çıxarmağa məcbur etdi.
İctimai iaşə SSRİ-də necə idi?
Sovet İttifaqında ictimai iaşə müəssisələrinin üç növü vardı.
Ucuzluq olanlar bir rubla doyunca yemək yeyə bildiyiniz zavod yeməkxanaları kimi idi. İddiasızları - rəngsiz çay və qurumuş kökələr satılan vağzal bufetlərini xatırladırdı.
Bahalı restoranlarda isə delikateslər və yüksək səviyyəli xidmət vardı, bu yerlər Sovet vətəndaşlarının böyük əksəriyyəti üçün əlçatmaz idi.
1990-cı il yanvar ayının 31-də Moskvada ölkə üzrə ilk “McDonalds” açılmışdı. Onda SSRİ hələ dağılmamışdı.
Rusiyada necə oldu?
Martın 8-də Mcdonalds elan etdi ki, Rusiyadakı bütün restoranlarını bağlayır və ölkə bazarındakı əməliyyatlarını dayandırır.
Hazırda Rusiyanın restoran biznesinin perspektivləri barədə fikir yürütmək çətindir.
“Starbucks”, “KFC” və digərləri Rusiyadakı fəaliyyətlərini tamamilə və ya qismən dayandırdıqlarını açıqlayıblar (Hərçənd “Burger King” kimi “KFC” də franşiza üzrə işləyir və bu restoranlar işlərini davam etdirə bilərlər).
Ukraynada müharibə başladıqdan sonra Moskvanın kafe və restoranlarında müştərilərin sayı azalıb. Bazar iştirakçıları deyirlər ki, rublun məzənnəsi kəskin düşdüyü üçün ərzaq məhsullarının qiyməti arta bilər və restoran biznesi bu yeni şərtlərə uyğunlaşmalı olacaq.
Ərzaq və geyim SSRİ-də necə idi?
SSRİ-ni boş mağaza rəfləri və total defisit ölkəsi adlandırırdılar - uzun növbələr, mal qıtlığı, alverçilər, ikinci əl alverçiləri. Sovet İttifaqında əldə edilməsi ən çətin olan məhsullar avtomobil və məişət texnikasıydı.
Bundan başqa, elektrik avadanlıqları, keyfiyyətli geyim və ayaqqabı, kitablar və kosmetika da defisit idi. Ancaq sovet vətəndaşları Qərb ölkələrində ticarət rəflərinin dolu olduğunu bilir, ya da təxmin edirdilər.
Rusiyada necə oldu?
Hələ ki Rusiyada total mal qıtlığı müşahidə olunmur, amma təchizat zəncirinin pozulması artıq hiss olunmaqdadır.
Bir çox məşhur brendlər Rusiyanı tərk edir, digərləri mal tədarükünü dayandırır. Onların məhsullarını əvəz etmək asan olmayacaq.
“Apple”, “Microsoft” və digər texnologiya nəhəngləri Rusiyaya yeni texnikaların tədarükünü və satışını dayandırıblar.
Nəqliyyat və logistika şirkətləri “DHL”, “FedEx”, “Kuehne+Nagel”, “Maersk” və “UPS” malların Rusiyaya çatdırılmasını dayandırıb.
Rusiya markası olan Lada avtomobillərinin bütün modelləri mart ayından etibarən 15 faizdən çox bahalaşıb - bu, müasir tarixin ən rekord artımıdır.
Fərqli düşünənlərin təqib edilməsi SSRİ-də necə idi?
İstənilən azadfikirlilik faktiki olaraq vətənə xəyanətlə eyniləşdirilir və qarşısı alınırdı. Sovet dissidentlərini vətəndaşlıqdan məhrum edir, həbsxanaya salır, ya da akademik Saxarov kimi ev dustağına çevirirdilər.
Antisovet məzmunlu zarafatlara insanları görə Stalin dövründə həbs edib güllələyə, Brejnev dövründə isə psixiatriya xəstəxanasına göndərə və ya etibarsız adamlar siyahısına sala bilərdilər.
Rusiyada necə oldu?
Artıq bir neçə ildir ki, Rusiyada bütün etiraz aksiyaları dağıdılır və müxalif siyasətçilər müxtəlif bəhanələrlə seçkilərə buraxılmır.
Ukraynadakı müharibəyə qarşı etirazlar yatırılır - buna görə Rusiyada minlərlə insan saxlanıb, cərimələnib və ya haqqında inzibati həbs hökmü çıxarılıb.
“OVD-İnfo”nun hesablamasına görə, təkcə martın 6-da ölkədə 5 mindən çox adam saxlanıb. Eyni zamanda, şahidlər bildirirlər ki, saxlananlar arasında aksiyalarda iştirak etməyənlər də var.
Artıq rusiyalıları “hərbi yalan” qanununa əsasən cərimələməyə başlayıblar. Hüquq müdafiəçiləri bununla bağlı 144 inzibati iş açıldığını bildirirlər. Yeni qanun sonrakı mərhələdə artıq cinayət işinin açılmasını nəzərdə tutur.