vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
13:49 | 12 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makron yanlışını təkrarlamasa ...

... İki ölkə arasındakı münasibətlərdə buzlar əriyə bilər

ŞAHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada prezident kim olursa-olsun ermənilərə simpatiya bəsləyəcək. Misal üçün Fransanın keçmiş prezidenti Nikola Sarkozi Makrondan fərqli olaraq Azərbaycana bir neçə dəfə səfər etmiş, Azərbaycanla əlaqələrin əhəmiyyətindən danışrdı. Ancaq o belə ermənilərə simpatiyasını gizlətmir, “ermənilər bizim kiçik bacımızdır” ifadəsini səsləndirirdi. Prezident seçkisində ikinci tura keçən Emmanuel Makronun sağçı Li Pen üzərində qələbə çalmaq ehtimalı yüksəkdir. Ötən dəfə də belə olmuşdu. Çünki seçkidə üçüncü sırada qərarlaşan Melanşon tərəfdarlarını Li Penin əleyhinə səs verməyə çağırıb. Bu isə onu tərəfdarlarının əksər hissəsinin Makrona səs verəcəyi anlamına gəlir.

Makron erməni sevgisini İkinci Qarabağ müharibəsində kifayət qədər nümayiş etdirdi. O prezidentliyi dövründə Azərbaycana səfər etmədi. Ancaq müharibədən aylar sonra müşavirləri Makrona anlatdılar ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla da hesablaşmaq lazımdır. Makron Azərbaycana yönəlik xarici siyasətini bir qədər korrektə etməyə məcbur qaldı. Fransanın bir qrup şirkətinin təmsilçisinin bugünlərdə Azərbaycana gəlişi, investisiya imkanlarını öyrənməsi, hətta Qarabağın azad olunmuş bölgələrində çalışma imkanları iki ölkə arasındakı münasibətlərdə buzları əridə bilər, yetər ki, Makron ikinci dəfə prezident seçildikdən sonra əvvəlki yanlışını təkrarlamasın...