“Moskva” kreyseri...
Rus donanmasının flaqmanı kənardan vuruldu, yoxsa daxildən?
İlqar ALTAY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
“Heç kim heç nə izah etmir”
“Moskva”dan sağ çıxan dənizçinin anası gəminin vurulduğunu, 40 nəfərin öldüyünü deyib
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov yeni müharibəyə səbəb olacaqmı?
“Son təxribatının” arxasında dayanan güclər ...
-
“Onlarda alınmayacaq”
Putin Zaxarçenkonu öldürənləri hədələdi
Rusiyanın Qara Dəniz Donanması Komandanı, admiral İqor Osipov artıq “Moskva” kreyserinin batmasının günahkarı bilinərək FSB tərəfindən həbs edilib. Bir məsələ aydın deyil ki, bu günah nə ilə əlaqələndirilir. Kreyserin raketilə vurulma müdafiəsizliyinə görəmi, ya kreyserin daxilində partlayışa səbəb olan yanğın səhlənkarlığına?! Rusiya açıqlamasa da, bu, təhlil edilməlidir: kreyser kənardanmı vurulub, yoxsa daxildənmi partlayıb?
Kənardan vurulmadırsa, Rusiya bunu niyə gizli saxlasın? Əksinə Kiyevə, Ukraynaya raketlər atmaq, qırğınlar törətmək üçün əlavə bəhanə yaranır. Onsuz da bu saat Ukraynaya qarşı sərhəd yaxınlığında Belqorod və digər şəhərlərini bombalamaq suçu yaratmaqdadır. Belə bir hazır fürsət düşmüşkən, kreyser bəhanəsini niyə əldən versin ki?
Və həm, bunu NATO-nun üzərinə qoyardı və ya, Qərbin müasir raketləri ilə Ukraynanın vurması kimi. Nəinki, Ukrayna istehsalı olan “Neptun”la. Ukrayna tərəfin öz adına çıxarması olan şeydir müharibədə öz prestiji və stimul, təbliğat üçün. Heç Qərbin kəşfiyyatı da təsdiq etməyib bunu.
Həm də, daxildə intizamsızlığın, səhlənkarlığın nəticəsi olan partlayış Rusiya və ya istənilən ölkənin hərbi prestiji üçün daha böyük biabırçılıqdır. Nəinki raketlə vurulması hansı ki, hərbidə olan şeydir. Xüsusilə də, şiddətli müharibə zamanı.
Ancaq, Kreyser daxilindəki səbəbdən partlayış ola bilməsi də müəyyən suallar doğurur. Necə oldu ki, müharibənin qızğın dövrü baş verdi bu təsadüf daxili partlayış, əvvəlki dövrlərdə yox? Özü də ki, donanmanın digər gəmilərində deyil, məhz, önəmli aparıcı flaqman, Rusiyanın qürur mənbəyi, paytaxt Moskvanın da adını daşıyan kreyserdə? Bu versiyanın özü də məntiqə sığmayan, izahı çətin olunan təsadüfdür!
Ancaq mənim fikrimcə, tərəzi gözündə daxildə olan səbəbdən partlayış daha ağır çəkidə gəlir.
1. Bir, hətta 2 raket zərbəsilə, bu möhkəmlikdə kreyserin müvazinətini itirib batması dərəcədə zədələnməsi elə də inam doğurmur. Kreyserdə belə raket zərbəsinə müqavimət və dayanıqlıq tədbirləri var. Daxildəki, içəri qatda çoxlu raket və mərmilərin olduğu yerdə detonasiya və tam xeylisinin birdən partlaması bəli, bu kreyserdə həmin ölümcül və batırıcı zədəni törədə bilərdi. Bu hal Rusiyanın sualtı gəmisində də olmuşdu. Döyüş gəmilərində gəmi səthinə dəyən raket zərbəsindən gəmidəki öz raket və mərmilərini partlatmama tədbirləri də əvvəlcədən ölçülür, biçilir.
2. Partlayış zamanı Kreyserin kapitanı da ölüb. Kapitan, gəminin raket dəyən kənarında olmur və təbii ki, raket atəşinə davamlı daxildə oturur. Demək daxildə detonasiyadan onlarca mərmi və raket partlayıb ki, komandir heyətini ölümcül zədələyib. 2 raketlə yüksək rütbəli zabitləri 400-dəən artıq komanda heyəti ilə birlikdə məhv etmək mümkündürmü?
3. Bütün Qara Dəniz Donanması Komandanını, admiralı vəzifədən almağın (hətta həbs etmək) səbəbi Kreyserin vurulmasından çox, daxildəki, ümumi donanmadakı nizam-intizam problemi, cinayətkar səhlənkarlıq, nəzarətsizlik ola bilər. Kənardan, raket atəşi səbəbindən çətin olsun. Çünki, kreyseri əvvəla o idarə etmir, kreyserdə də oturmur. İkinci də ki bu, döyüş maşınıdır və onun raket atdığı kimi, ona da raketin atılması heç də möcüzə deyil, özü də müharibə anında.
Hesab edirəm ki, Rusiya tərəfinin bərk rüsvay, məyusluğu, onun (elə, ya istənilən ölkənin də) hərbisinin də prestijinin zədələnməsi məhz bu “batma çöküşü” günahının özünün, öz içindən olmasıdır. Bir var, 500 nəfərlik qoşunu düşmən partlada və öldürə. Bu olan şeydir. Bir də var ki, səhlənkarlıqdan qoşun özünü vurub, partlada. Ordu nizam-intizam sevir, içki keflənəməni yox.
Bir də ki, dünyanın, taleyin haqq-nahaq, ədalət tərəfi də var. Belə ağır qəzaya rast gəlməyin də.