vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
09:50 | 7 mart 2014 | Cümə Məqaləyə 1404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mesaj alındı»

Obama ondan Fətullah Güləni istəyən Ərdoğana belə cavab verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarından birinin gündəmlə bağlı suallarını cavablandırıb. «Axar.az» Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlama verərkən Obama ilə danışıqlarından da bəhs edib.

Ərdoğan Obama ilə telefon danışıqlarından bəhs edərək Fətullah Gülən haqqında ondan istədiklərini deyib: «Mən hörmətli ABŞ prezidenti Obama ilə bu mövzunu müzakirə elədim, ona görə də ümidliyəm. Ölkəmdəki narahatlığın qaynağı oradadır və sizdən lazım olanı gözləyirəm, dedim. Amerikanın daxili təhlükəsizliyini təhdid edənləri məndən necə istəyirsinizsə mən də sizdən bu mövzuda kömək istəyirəm, dedim və o da bunu müsbət qarşıladı. Mesaj alındı, dedi».