

Brüsselin son ümidi Türkiyəyə bağlıykən yunan baş nazir qaşınmayan yerdə qan axtarır
Yunanıstanda 2023-cü ildə baş verən qatar qəzasına qarşı etiraz aksiyası şiddətə çevrilib
Qatar qəzasının ikinci ildönümü ilə əlaqədar etirazlar və tətillər səbəbindən Yunanıstanda həyat durdu
Yunan mətbuatında Türkiyə etirafı – Meteorların satışının qarşısını almaq mümkün deyil
Parisdən əliboş qayıdan Mitsotakisun yeni hədəfi İngiltərə olub
Şəhər mərkəzinə axışan fermerlər baş nazirin olduğu hotelə doğru hərəkət ediblər
Müxalifət ölkəsinin Fransada Ukrayna sammitindən kənarlaşdırıldığnı iddia edir
Qalmaqallı Türkiyə-Yunanıstan müqayisəsi: “ABŞ öz seçimini etməlidir”
Mitsotakis Parisdə gözlədiyini almadı...
Egey dənizində sıx seysmik fəaliyyət davam edir sakinlər Santorinidən getmir
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
Yunanıstan hökuməti kirayə ev sahiblərinə 3 illik vergi azadlığı vəd edib
Görənlər dəhşətə gəlib, 100 tondan çox ...
Nazir fəlakətlərə görə iqlim dəyişikliyini səbəb göstərir
Yunanıstan sahillərində görünməmiş təbii fəlakət
Yunanıstanın “Kathimerini” qəzeti hökumətə Türkiyənin Avropanın təhlükəsizliyində artan əhəmiyyətini qəbul etməyi və ona uyğunlaşmağı tövsiyə edib. Yunanıstanın Türkiyəyə görə Avropadan kənarda qalmamaq üçün diqqətli olması lazım olduğu bildirilən məqalədə Amerikanın kimlik böhranı yaşadığı indiki şəraitdə Avropa və Yunanıstanın Ukrayna və Türkiyə ilə daha sıx əlaqələr qurması lazım olduğu qeyd edilib.
Ottava Universitetinin hüquq professoru Yorgos Monastiriakos tərəfindən Kathimerini qəzetində dərc olunan “Yunanıstan Türkiyənin Avropa təhlükəsizliyində artan əhəmiyyətinə uyğunlaşmalıdır” başlıqlı məqaləsində Avropanın yeni təhlükəsizlik şərtlərinə və Türkiyənin bu mövzuda artan roluna toxunub.
Məqalədə Krım müharibəsi zamanı İngiltərə və Fransanın Osmanlı İmperiyası ilə Rusiya və Yunanıstana qarşı ittifaq qurduğu xatırladılıb və hazırda Avropada qüvvələr balansında da oxşar dəyişikliyin gözlənildiyi bildirilib.
Yunanıstanın Türkiyəyə görə Avropadan kənarda qalmamaq üçün diqqətli olması lazım olduğu bildirilən məqalədə Amerikanın kimlik böhranı yaşadığı indiki şəraitdə Avropa və Yunanıstanın Ukrayna və Türkiyə ilə daha sıx əlaqələr qurması lazım olduğu qeyd edilib.
Məqalədə Ankaranın Rusiya ilə münasibətdə böyük təcrübəyə malik olduğuna diqqət çəkilərək, “Suriyadan tutmuş Azərbaycana, hətta Liviyaya qədər heç bir dünya lideri rus hərbi cinayətkar Vladimir Putinə qarşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimi oynaya bilmədi. Hesab edə bildiyim qədər, Türkiyənin güclü tərəflərindən biri Rusiya diktatoruna qarşı məğlub olmamasıdır”.
Məqalədə Türkiyənin Avropanın müdafiə sənayesinin təməlini gücləndirmək baxımından da əhəmiyyətli olduğu vurğulanaraq, istehsal xərclərinin aşağı olduğu və müdafiə sənayesində böyük bir işçi qüvvəsinə ehtiyac olduğu qeyd edilib.
Məqalədə Türkiyənin ABŞ-ın Avropadakı boşluğu doldura biləcəyi vurğulanıb: “Afina bunun qarşısını ala bilməz, lakin Türkiyənin Avropa ilə yaxınlaşmasının formasına və dərinliyinə təsir göstərməyə çalışa bilər və etməlidir”.
Digər tərəfdən məqalədə Yunanıstana yeni geosiyasi şərtləri nəzərə alaraq Rusiya ilə münasibətlərini yenidən qurması, Avropadan kənarda ABŞ ilə müstəqil əlaqələr qurmağa çalışması və Türkiyənin Avropa ilə yaxınlaşmasına dəstək verməsi tövsiyə edilib.