
Trampın NATO planları tutur
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İmtina ediləcək 5 lüks
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
Şəxsi məlumatların Çinə ötürülməsinə görə...
Avrozona birinci rübdə 0,4 faiz artıb
Hansı ölkələrdə vəziyyət daha pisdir?
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
NATO ölkəsi Trampın tələb etdiyi 5 faizlik həddi keçdi
Tanınma nişanı olmayan Rusiya hərbi təyyarəsi narahatlıq yaradıb
Eks-prezident NATO ölkələrini hədələdi
Dünya ölkələri müdafiəyə 2024-cü ildə 2,7 trilyon dollar xərcləyib
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
AB Şurasının sədri Antonio Kosta və AB Komissiyasının sədri Ursula von der Leyen prezident Ərdoğanın da qatıldığı həmfikir ölkə liderlərinin onlayn toplantısını sosial media hesablarından paylaşıblar.
Prezident Ərdoğanın da dəvət olunduğu həmfikir ölkə liderlərinin onlayn görüşündən sonra AB Şurasının sədri Antonio Kosta NATO tərəfdaşları ilə əməkdaşlığın həyati əhəmiyyət daşıdığını və koordinasiyanın davam etdiriləcəyini bildirib.
Kosta, dünən səhər saatlarında Brüsseldə keçirilən Ukrayna və Avropanın müdafiəsi ilə bağlı zirvə toplantısı barədə prezident Ərdoğan, İngiltərə baş naziri Keir Starmer, Kanada baş naziri Castin Trüdo, Norveç baş naziri Conas Qahr Stor və İslandiya baş naziri Kristrun Mjoll Frostadottirə video konfrans vasitəsilə məlumat verdiklərini bildirib.
“Bizim həmfikir NATO tərəfdaşları ilə əməkdaşlığımız beynəlxalq təhlükəsizlik, Ukrayna və birgə müdafiə səylərimizi artırmaq üçün çox vacibdir. Ukraynanı dəstəkləmək və ədalətli və davamlı sülhə nail olmaq üçün Avropada və Atlantikanın o tayındakı tərəfdaşlarımızla birgə işləməliyik”, – Kosta bildirib.
Von der Leyen də həmçinin, Avropa xalqlarının müdafiəsi və Ukraynanın uzunmüddətli təhlükəsizliyi üçün hazırladıqları “Avropanın yenidən silahlanması” adlı müdafiə planı ilə bu sahədə səyləri artırdıqlarını açıqlayıb.
Videokonfrans iclasında Von der Leyen və Kosta ilə yanaşı, AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da iştirak edib.
***
AB rəsmisi liderlərə sammitin nəticələri barədə məlumat verərək, Kostanın əsas diqqəti Ukraynaya, von der Leyenin isə müdafiə məsələlərinə yönəltdiyini deyib.
“İştirakçı ölkələr bu təşəbbüsü alqışlayıb və tərəfdaşlar arasında sıx koordinasiyanın vacibliyini vurğulayıblar. Onlar Ukraynaya dəstək və müdafiə sahəsində əməkdaşlığın artırılmasında birgə səylərə töhfə vermək əzmində olduqlarını bildirdilər. Onlar həmçinin NATO-nun əhəmiyyətini və onun bütün səyləri tamamlaması zərurətini vurğulayıblar”, - deyə rəsmi bildirib.
Rəsmi həmçinin qeyd edib ki, Kosta bu formatda koordinasiyanı davam etdirməyi öhdəsinə götürüb.
Dünən keçirilən fövqəladə sammitin yekun bəyanatında deyilir: “Avropa Şurası həmfikir olan qeyri-AB tərəfdaşları ilə birgə işləməyin vacibliyini vurğulayır”.