
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Ukrayna Prezidenti Vladimir Zelenski deyir ki, ölkəsində Rusiya ilə davam edən müharibədə qələbə diplomatik həll yolu ilə əldə olunacaq. “Qələbə çətin olacaq, qanlı və döyüş meydanında olacaq, amma sonda diplomatiya ilə əldə olunacaq. Mən buna çox əminəm,” Zelenski cümə günü Ukrayna televiziyasına müsahibəsində bildirib. “Elə şeylər var ki, onlara danışıq masasına oturmadan son qoya bilmərik”.
Ukrayna lideri həmçinin deyib ki, onun ölkəsi Mariupol şəhərindəki “Azovstal” polad zavodunda həftələrlə davam edən döyüşlərdən sonra Rusiya qüvvələrinə təslim olan döyüşçüləri geri qaytarmağa davam edir.
“Hər şey BMT, Qırmızı Xaş və Rusiya Federasiyasının onların təhlükəsiz olacaqlarına və mübadilə proqramını gözləyəcəklərinə dair üzərlərinə aldıqları öhdəliklərdən asılı olacaq,” o deyib. O bildirib ki, Ukraynanın kəşfiyyat xidməti “dialoq və mübadilə üçün” hazırlıqlar görür.
Rusiya təqribən üç ay öncə, fevralın 24-də Ukraynaya geniş-miqyaslı hərbi müdaxiləyə başlayıb.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına əsasən, müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə deyib ki, həm “Azovstal” polad zavodu, həm də şəhər “tamamilə azad olunub.”
Ukrayna Mariupolun tamamilə Rusiyanın nəzarəti altında olduğunu təsdiq etməyib.