vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
15:31 | 1 may 2013 | Çərşənbə Məqaləyə 2547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heydər Əliyev və türk dünyası”

Türkçülük günündə jurnalistlər mükafatlandırıldı

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

“Heydər Əliyev və türk dünyası” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, müsabiqə “Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın KİV-ində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində keçirilib. Müsabiqə Azərbaycan mediasında türkdilli ölkə və toplumların həyatının işıqlandırılması vəziyyətini müəyyənləşdirmək məqsədilə keçirilib. Sonra mükafatlar müəlliflərinə təltif olunub. Təltif olunanlar arasında APA İnformasiya Agentliyi də olub.

Tədbirdə mövzu ilə bağlı müzakirələr də təşkil olunub. Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışaraq, belə mövzulara diqqətin yönəlməsini zəruri hesab edib.
Azərbaycanın inkişaf dövrünü xarakterizə edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ölkənin və regionun inkişafındakı fəaliyyətinə görə Heydər Əliyevi türk dünyasının lideri adlandırıb: “Azərbaycan Heydər Əliyevin yolu ilə gedərək uğur qazanıb. Bu gün artıq Azərbaycan dünya ölkələrinin hesablaşdığı dövlətə çevrilib və burada Heydər Əliyevin əməyi danılmazdır”.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə çıxışında Mustafa Kamal Atatürklə Heydər Əliyevin dövlətin qurulmasında və ölkənin inkişafındakı fəaliyyətinə görə müqayisə edib. O qeyd edib ki, gənc nəsil bu liderlərin yolunu uğurla davam etdirməlidir. Səfir mükafat alan mətbuat nümayəndələrini təbrik edərək, türk dünyasının uğurlu inkişafı naminə birgə fəaliyyətin zəruriliyini vurğulayıb.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Müzəffər Talıblı bildirib ki, H.Əliyev sovet zamanında belə Azərbaycanın türk dünyasındakı yeri və rolunu bilirdi. O, türk dünyasının inteqrasiyasında H.Əliyevin fəaliyyətinin danılmaz olduğunu da söyləyib: “Heydər Əliyev türk dünyasının inteqrasiyası ilə bağlı əməli fəaliyyətə üstünlük verib. Heydər Əliyev ona qədərki deklorativ addımları konkret fəaliyyətlə əvəzləyə bildi. Bununla da türkdilli ölkələrlə əlaqələr genişləndi və inkişaf etdi”. M.Talıblı çıxışında jurnalist fəaliyyəti zamanı H.Əliyevlə bağlı xatirələrini də bölüşüb.
Tədbirdə Milli Məclisin deputatları Vahid Əliyev, Fəzail İbrahimli, Musa Qasımlı və digərləri də çıxış ediblər.